writer1

Elmin Həsənli

Məqalə sayı

24
clock15:17 calendar-gray 13 Aprel 2011 view-gray685 dəfə oxunub
view-gray685 dəfə oxunub

Mənim İpadım

İnternet kəşf olunub inkişaf etdikdən sonra dünyanı bir sual düşündürdü: “Qəzetlərin axırı necə olacaq?”

İnternet çap mediasına üstün gələcəkmi?

Qəzetçiliyin sonu necə olacaq?

Artıq bu sualın cavabı tapılıb. Çap mediasının sonu gələcək, amma qəzetlər yaşayacaq.

Çünki artıq planşet kompüterlər var. Söhbət Apple firmasının məhsulu olan iPad-dən gedir.

***

Təxminən bir il qabaq iPad-ın reklamını görəndə, bunun çox ciddi bir yenilik olduğuna şübhəm yox idi.

Hələ mən bu yeni texnologiya ilə tanış deyildim. Bir dəfə də olsun barmağımı toxundurmamışdım.

Bir müddət sonra iPad-lə tanış olmaq imkanım yarandı. Təxminlərimdə yanılmamışdım. Hisslərim məni aldatmamışdı.
Əlimdə inqilaba səbəb verən Apple məhsulunu tutmuşdum.

***

iPad haqda qısa məlumat verim. iPad dünyaca məşhur Apple firması tərəfindən 2010-cu ilin aprel ayında satışa çıxarılıb. iPad-də barmaqlarınız toxunduraraq fotoları, videolar və digər media faylları ilə işləyə bilərsiniz. WiFi və ya 3G vasitəsilə internetə qoşulmaq imkanı var. Saytları oxuya bilərsiniz.

***

iPad inqilabı əsasən media bağlıdır. Siz gündəlik qəzetləri buradan yükləyərək oxuya bilərsiniz. Səhv başa düşməyin. Söhbət qəzetlərin internet saytlarından getmir. Söhbət məhz qəzetlərin özündən gedir.
Məsələn, Türkiyənin ən böyük qəzetlərindən biri olan “Hürriyet”in proqramını yüklədikdən sonra hər gün səhər qəzeti yeniləyib oxuya bilirsiniz. Qəzetin yeni sayını yeniləmək üçün sizə bir neçə dəqiqə internetə bağlı olmaq lazımdır. Sonra istədiyiniz yerdə, internet olmadanda qəzeti oxuya bilərsiniz.

Bir toxunuşla qəzetin səhifəsini dəyişirsiz. Oxumaq istədiyiniz yazını barmaqlarınız ucu ilə böyüdürsünüz. Yüz səhifəlik qəzetləri balaca bir tabletdə oxumaq imkanı yaranıb. Qəzet köşkünə getməyə ehtiyac yoxdur. Evdə qəzetlərdən ibarət dağ yaranmayacaq.
Təsəvvür edin gündə milyonlarla ton kağız məhvə gedir. Tablet kompüterlər geniş yayıldıqdan sonra bunun da, sonu gələcək.

***

Ötən ilin sonlarında ABŞ-ın media maqnatlarından biri olan Murdok ilk iPad qəzeti buraxmaq ideyasını ortaya atdı. Bu qəzet yalnız və yalnız iPad üçün nəzərdə tutulurdu. Qəzetin qiyməti də ucuz idi. Həftəlik 1 dollardanaz.

***

Bu ideyanı Türkiyədə ilk olaraq istedadlı jurnalist Cüneyt Özdemir reallaşdırdı. Artıq onun baş redaktoru olduğu “Dipnot” adlı planşet jurnalını hər həftə iPad-dən yükləmək olur. Hələ ki, dərgi pulsuzdur. Dərginin içində reklamlar da, var.

***

iPad təkcə qəzetlərdən ibarət deyil. Burda müxtəlif proqramlar var. Oyunlar, dil öyrənmə proqramları, sağlıq və idman üçün proqramlar, həyat tərziylə bağlı proqramlar. Nəhayət, elektron kitablar və elektron jurnallar.

Kitablarda qeyri-adi heç nə yoxdur. Adi kitab kimi vərəqləyib oxuyursuz. Sadəcə barmaqlarınız kağıza deyil, şüşəyə toxunur. Amma siz yüzlərlə kitabı balaca bir planşetin içində daşıya bilirsiz.

***

Jurnalların üzərində də dayanmaq istəyirəm. iPad jurnallar çox fərqlidir. Jurnalın içində musiqilər və videolar var. Hansısa bir roker haqqında məqalə oxuyursunuzsa, eyni zamanda rokerin bir klipinə də, baxa bilirsiniz.

***

Apple store-də (iPad proqramlarını yüklədiyiniz yer) jurnalların, qəzetlərin sayı hər gün artır. Deməli burada da rəqabət yaranır. Qrafika, görünüş keyfiyyətli olması öz yerində. Jurnalların içərisindəki yazıların keyfiyyətli olması da vacibdir təbii ki. Çap mediasında olduğu kimi burda da, dərgi və qəzetlərin sahibləri çalışırlar onlarda ən yaxşı yazarların imzası olsun.

Burdan yazarlara xoş xəbər vermək olar. Sizin gələcəyinizə təhlükə yoxdur. Yaxşı yazarlara həmişə ehtiyac olacaq. Özü də, indikindən daha çox ehtiyac olacaq. Facebook və twitter kimi sosial şəbəkələr informasiyanın yayıldığı əsas məkanlardır. Biz xəbər almaq üçün xəbər saytlarından, qəzetlərdən qabaq sosial şəbəkələrə baxırıq. Texnologiyaları istifadə edən adamlar qəzetlərə daha çox müəllif yazılarını oxumaq üçün baxır.

***

Bu mediada inqilabdır. Əlbəttə siz kağız haqqında romantik düşüncələrə sahib ola bilərsiniz. Bu artıq şablon ifadədir: kağızın yerini heç nə vermir. Mən iPad-dən “Hürriyyət” qəzetindəki sevdiyim köşə yazarı Ahmet Hakanı oxuyanda başa düşdüm ki, bu romantikadı. Kağızın ölümü baş verəcək. Gün gələcək ki, kağız istifadə etməyəcəyik. Yəqin ki, bir zamanlar at arabasından da, hamı zövq alırdı...

***

Hələ ki, Azərbaycanda biz ağ-qara qəzetlər oxumaq məcburiyyətindəyik. Bizdə iPad-ı olan neçə baş redaktor var görəsən? Ümumiyyətlə onların bu yeniliklərdən xəbəri varmı?
Dünyanın bir yerində ağ qara qəzetlər oxuduğumuz vaxt, başqa yerində içində videolar olan qəzetlər çıxır.

Bütün bunlara baxmayaraq mən çox optimistəm. Belə inqilabi bir dövrdə yaşadığıma görə özümü xoşbəxt sayıram. Bütün dəyişikliklər bizim gözümüzün qabağında baş verir...

P.S. Mənim də iPad-ım yoxdur.
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
16:30 30 İyul 2021
Qısa hekayə: Yanğın
15:30 30 İyul 2021
Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?
14:26 30 İyul 2021
Hüquqşünas teatra rəhbər gəldi
13:40 30 İyul 2021
Rejissorumuz beynəlxalq festivalda jüri sədri oldu
13:06 30 İyul 2021
İçimizi yanır! – Türk sənətçilərin yanğın harayı
12:20 30 İyul 2021
Türkiyə evimizdir - evimiz yanır
11:45 30 İyul 2021
Yazıçımız Beynəlxalq ədəbiyyat festivalında qalib gəldi
11:21 30 İyul 2021
Ssenarimiz Ukraynada ən yüksək balı topladı
10:40 30 İyul 2021
Özü torpağın altında, saatı cibimdə... - Orxan Cuvarlı yazır
10:09 30 İyul 2021
Tural Abbaslının hay-küyü, Aysel Əlizadənin kukla eksperimenti - “Elin sözü” düzdürmü?
09:01 30 İyul 2021
Ən gözəl sevgilərlə xərçəng belə sağalar - Bahar Zamanının şeirləri
21:00 29 İyul 2021
Kino Günü açıq havada qeyd olunacaq
18:06 29 İyul 2021
Müəllifi kim öldürüb? - Qismət yazır...
17:20 29 İyul 2021
Azərbaycan almanlarından bəhs edən kitab çıxdı
16:51 29 İyul 2021
Dünya şöhrətli musiqiçi vəfat etdi
16:07 29 İyul 2021
APA TV-yə yeni baş direktor təyin olundu
15:21 29 İyul 2021
Rus məktəbində oxudu, əxlaqsız qadına görə “KQB”-yə çağırıldı, ad günündə öldü: Nəbi Xəzri onu niyə şilləylə vurmuşdu? - Xalq yazıçısının qeyri-adi həyatı
15:01 29 İyul 2021
İngiltərə şahzadəsinin toy tortu hərraca çıxarıldı - Foto
14:34 29 İyul 2021
Kukla Teatrı şəhid övladlarına tamaşa göstərib
14:01 29 İyul 2021