news-inner
clock12:38 calendar-gray 02 Avqust 2016 view-gray227 dəfə oxunub
view-gray227 dəfə oxunub

Diş çöpündən qurban gedən yazıçı – QƏRİBƏ ÖLÜMLƏR

Kulis.Az qeyri-adi şəraitdə ölmüş yazıçılar haqqında məlumatı təqdim edir.

Evripid - Yunan faciəsinin görkəmli nümayəndəsi olmuş və öz yaradıcılığı ilə yunan faciəsinə yeniliklər gətirməklə yanaşı, onun yaradıcılığı antik yunan faciəsinin son mərhələsi olmuşdur. Aristotel onu “şairlərin ən faciəlisi” adlandırıb. Deyilənə görə, Evripidi itlər parçalayaraq öldürüb.

Onero de Balzak – Məşhur fransız yazıçısı. Onu “Qorio ata”ya görə tanıyırıq. Ölümü də qəribədir Balzakın. Çoxlu qəhvə içdiyindən ölür.

Lev Tolstoy – Əsərləri kimi ölümü də məşhurdur. Soyuq qış gecəsində qatar stansiyasında dünyaya gözlərini yumub Tolstoy.

Şervud Anderson – Məşhur amerikan yazıçısı. Deyilənə görə, bir kokteyl partisində diş çöpünü udduqdan sonra ölüb.

Cek London – “Martin İden”lə tanıyırıq onu. Özünü yazıb bəlkə də. Ömrünün sonu da dəhşətlidir: yüksək dozalı morfinlə 40 yaşında dünyasını dəyişib.

Vircinya Vulf – İngilis yazıçı, modernizm ədəbi cərəyanın yaradıcılarından biri. “Missis Dellouy” romanı ilə məşhurdur. Günlərin bir günü ciblərini daşla doldurub özünü çaya atır.

Frans Kafka – Onu tanıtmağa gərək yoxdu yəqin ki... Kafkanın adı gözümün önünə onun bioqrafiyasını da gətirir. Bir arzusu vardı, ölümündən sonra əsərlərini yandırsınlar. Ancaq dostu Maks Brod bu istəyi yerinə yetirmir və Kafkanı öləndən sonra məşhur edir. Vərəmdən ölən Kafkanın cəsədini isə yandırırlar. Qəribədir, əsərlərinin yandırılmasını istəyən yazıçının cəsədini yandırdılar.

Serqey Yesenin – İncə, zərif şeirləri ilə qəlbləri oxşayan rus şairi. Biləklərini kəsib qanıyla son şeirini yazdı: “Əlvida, dostum”. Və sonra Leninqradda bir otel otağında özünü asdı.

Skot Fitscerald – Məşhur amerikan yazıçısı. “Böyük Getsbi” romanı ilə tanıyırıq onu. Ssenarist kimi işlədiyi, həftəyə bir-iki dollar qazandığı yerdə infarktdan öldü.

Uliyam Folkner – Amerikanın əfsanəvi yazıçısı. Atdan düşərək öldüyü deyilir.

Ernest Hemenquey – Amerikan yazıçı. Ov tüfəngi ilə özünü öldürdü.

Tomas Vulf – Amerikan yazıçı. Beynindəki infeksiyadan canını tapşırdı.

Silvia Plat – Amerikalı şair. Başını sobaya soxub qazla özünü boğdu.

Puşkin – Rus ədəbiyyatının şah damarlarından biri. Həyat yoldaşının sevgilisi olduğunu iddia etdiyi Danteslə dueldə yaralanır və həyata əlvida deyir.

Stefan Svayq – Alman dilində yazıb-yaradan yəhudi əsilli məşhur yazıçı. Novellalar, oçerklər ustası. 1941-ci ildə müharibə əleyhinə yazılarına görə təzyiqlərə dözə bilməyib Braziliyada öz xanımı ilə bir yerdə intihar edir.

Li Bo – Çin şairi. Gözəl haykular müəllifi. Bir gün çayda qayıqla üzərkən suyun üzərində əks olunan ayı tutmaq istəyir və boğulub ölür.

Edqar Allan Po - Amerika ədəbiyyatında romantik hərəkatının liderlərindən biridir.Alkoqol və narkotik maddələrdən ifrat istifadədən başlayaraq, vəba xəstəliyi, quduzluğa yoluxma, intihar, vərəm, ürək çatışmazlığı və s. ölümünə mümkün səbəblər kimi göstərilmişdir. Onu içkili vəziyyətdə çirkab su axan kanalda tapırlar. Xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmur.

Mayakovski – Rus poeziyasının önəmli adlarından biri. 1925-ci ildə yazdığı bəzi yazılara görə İngiltərəyə girişi qadağan olunur. Amerika Birləşmiş Ştatlarına isə Meksikadan keçərək daxil ola bilir. Həmin il yaxın dostu Sergey Yesenin Leninqradda İngiltərə otelində intihar edir. Yesenin sonuncu şeiri olan “ Əlvida dost, əlvida”nı damarını kəsərək qanıyla yazmışdır. Mayakovski buna qarşılıq olaraq dərhal şeir yazır, lakin həmin dövrün inqilabçılarının reaksiyasına səbəb olur. Bundan 5 il sonra 1930-cu ildə Lili Briki və ailəsini Sovet Sosialist Respublikası hökumətinə əmanət etdiyini bildirən bir məktub yazır və silahla intihar edir.

news-inner-user
Ayxan Ayvaz

443 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

İşini, gücünü atıb kimsə sevməlidir məni - Cəlil Cavanşirin şeirləri
17:00 08 Avqust 2020
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb
16:05 08 Avqust 2020
Biz iki nəfər öldük
15:00 08 Avqust 2020
Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər - Kinomuzun Cahandar ağası haqda maraqlı faktlar
14:00 08 Avqust 2020
Səkkizinci ayın səkkizi - Mahir N. Qarayev yazır
12:31 08 Avqust 2020
Məşhur aktrisa kinodan getmə səbəbini açıqladı
11:20 08 Avqust 2020
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
10:13 08 Avqust 2020
Rüstəmbəyovun alınmayan filmi – Sevda Sultanova “Dağlarda döyüş”ü tənqid edir.
09:00 08 Avqust 2020
Azərbaycanın məşhur folklor qrupu beynəlxalq festivalda iştirak edəcək
18:50 07 Avqust 2020
Çingiz Aytmatov fenomeni və Azərbaycan" monoqrafiyası çap olundu
18:04 07 Avqust 2020
Azərbaycanlı yazardan yeni kitab
17:36 07 Avqust 2020
Polad Həşimovun üzünə necə baxacağıq?
17:06 07 Avqust 2020
Məşhur müğənni uyğur türklərinə görə Çinə belə etiraz etdi
16:05 07 Avqust 2020
Kölgəmi ayrı basdırın, sevəcəyim qız çiynində... - Tural Turanın şeirləri
15:02 07 Avqust 2020
Məşhur müğənni vəfat etdi
14:11 07 Avqust 2020
Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist – Bağırov ona bayquş demişdi
13:09 07 Avqust 2020
Süleyman Qanuni, Hürrəm Sultan, Mona Liza, Sezar indi yaşasaydılar, belə olardılar - Maraqlı layihə
12:23 07 Avqust 2020
Toyu karantinə düşənlər üçün fürsət
11:32 07 Avqust 2020
"Kapitan Marvel 2"nin rejissoru bəlli oldu
10:43 07 Avqust 2020
Azərbaycanda tarixi abidəyə müdaxilə edən şəxslər saxlanıldı
10:10 07 Avqust 2020