Səbuhi Məmmədli: "Vaxtım olsa səmavi kitab da yazaram"

Səbuhi Məmmədli: <span style="color:red;">"Vaxtım olsa səmavi kitab da yazaram"
14 iyul 2016
# 15:47

Kulis.Az-ın kitabla bağlı suallarına tanınmış jurnalist Səbuhi Məmmədli cavab verir.

- Uşaqlıqdan və indi oxuduğunuz kitablar hansılardır? Nələr qalıb yadınızda?

- Əlifba istisna olmaqla, ilk oxuduğum kitabı xatırlamıram. Amma yox, məncə qara cilddə olan “Azərbaycan nağılları”dı.

- Heç kitab oğurladınızmı?

- Kitab oğurlamaq imandandır.

- Şəxsi kitabxananız varmı?

- Var, həyat yoldaşımla müştərək.

- Kitabxananızda sevmədiyiniz yazarların kitabı varmı?

- O məşhur tamaşada deyildiyi kimi: “Ləgənnən”. Seymur Baycandan tutmuş Qan Turalıya qədər... Amma etiraf edim ki, mənim yazıçım olmasa da, Tural ciddi yazıçıya oxşayır.

- Məktəbdə, universitetdən dərs kitablarınız dururmu?

- Məktəb yox təbii, az qala 30 il keçir məktəbi bitirməyimdən. Universitet isə ən yaralı yerimdir. Birinci kursun ilk semestrində nümunəvi tələbə kimi kitabla dərsə gedirdim. Amma daxil olduğum fakültənin adaşım Axundov demişkən puç və əfsanə olduğunu görüb oxumağın başını buraxdım. Düzdür, sonralar Freydin “Psixoanaliz”indən diplom işi yazmaq cəsarətində belə bulundum. Amma BDU mənə heç nə vermədi, əvəzində 5 ilimi oğurladı. Təsəvvür edin, mən diplomumu 17 ildən sonra gedib götürdüm. O da ona görə ki, həmin gün universitetin yanından keçirdim. Vaxtım da vardı. Dedim gedim diplomu alım da.

- Birinci sinifdə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?

- Düzünü desəm, oxumağı.

- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?

- Səhifəni qatlayıram.

- Şeir əzbərləyirsiniz?

- Əzbərləmə qabiliyyətim sıfır rəqəminin üstündədir.

- Kitab bağışlamısınızmı?

- Yox, məncə.

- Sizcə aktyor, müğənni, aparıcı ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Bizim efir məkanımızın düşük manıslarla dolduğunu bilirsiniz. Bu “debillər” 300-400 söz ehtiyatı ilə qeybət məkanına çeviriblər teleməkanı. Təbii, savadlı olmalıdır. Məsələn, bu sırada Faiq Ağayevə qibtə eləmək olar. Adam həddindən artıq mütaliəlidir. Yadımdadır, hansısa kanalda bir intellektual yarışma gedirdi, Həmid Herisçini vurub sıradan çıxardı.

- Axırıncı dəfə nə zaman kitab oxumusunuz?

- Sonuncu kitabım Liam Foksun “Şahə qalxan dalğalar. Yeni eranın çağırışları ilə üz-üzə” kitabıdır. Möhtəşəmdir…

- Avtobusda çantasından kitab çıxarıb oxumağa başlayan adam görəndə nə düşünürsünüz?

- Qibtə edirəm. İmkanım olsa əlindən öpərdim.

- Türkiyədəki, Rusiyadakı tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?

- Çünki məsuliyyətlidirlər. Tamaşaçı qabağına çıxdıqlarını anlayırlar. Mən Azərbaycan telekanallarına baxmağa qorxuram. Ona görə də izləmirəm.

- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, hekayə, nağıl, ən azı status-esemes...

- Düzü, dünyanın qaynar nöqtələrindən hazırladığım reportajlara bir az əl gəzdirib kitab halına salmaq istəyirdim. O kitabı gənc reportyorlar üçün dərslik səviyyəsinə belə salardım. Amma maddi imkan yoxdur. Bir-iki hekayəm var, Kulis.Azda yayımlanıb. Biri də var, onu yəqin ki, burada, yəni Azərbaycan məkanında çap etdirmək, ya da yayımlamaq mümkün olmayacaq. Qarabağ mövzusundadır.

- Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız?

- Çoxunu şəxsən tanıyıram. Bir neçəsiylə bir yerdə də işləyirəm. Mənim yazıçılarım deyillər. Amma “balaca Şərif” deyə çağırdığım Ayxan Ayvazdan nəsə çıxacaq.

- Mo Yanı tanıyırsız?

- Hə, “Yekə döşlər, iri budlar”ı yazıb.

- Səmavi kitablardan hansıları oxumusunuz?

- Vaxt, maddi imkan olsa, sərin və səssiz bir meşəyə çəkilib acığa birini də özüm yazaram (gülür). Amma tam ciddi, o birilərini demirəm, "Tövrat" yazmaq bir az çətin gələr. Ümumilikdə, bəşər övladının ziyanına işləyib o kitablar. Qorxuram oxumağa.

- Son olaraq oxuculara sözünüz.

- Kitab oxuyun.

# 2526 dəfə oxunub

Oxşar xəbərlər

"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

12:00 20 may 2026
"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

17:00 19 may 2026
Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

16:00 19 may 2026
Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

11:30 19 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər