Abbas Kirostaminin Paris çıxışı - MƏTN

Abbas Kirostaminin Paris çıxışı - <span style="color:red;">MƏTN
8 iyul 2016
# 14:45

Bu yaxınlarda dünyasını dəyişən dünya şöhrətli İran rejissoru, Qızıl Palma mükafatı laureatı Abbas Kirostami 1995-ci ildə Dünya Kinosunun 100 İllik Yubileyi münasibəti ilə Parisdə çıxış edib. Çıxışdakı fikirlərin kinosevərlər üçün maraqlı olacağını nəzərə alıb mətni təqdim edirik.

Əvvəllər kino zallarında işığın monitorun daha yaxşı görünməsi üçün söndürüldüyünü düşünürdüm. Sonra tamaşaçılara diqqətlə baxanda çox vacib bir nüansı anladım: qaranlıq izləyicinin özünü digərlərindən ayırmasını və tək qalmasını təmin edirdi. Tamaşaçı həm başqalarıyla bərabər, həm də onlardan ayrı idi.

Tamaşaçıya kinematoqrafik bir dünya göstərəndə hər kəs şəxsi təcrübələrinə söykənərək özlərinə xas bir dünya yaratmağı öyrənir. Rejissor olaraq bu yaradıcı alış-verişə inanıram, belə olmasaydı tamaşaçı da, kino da çoxdan ölərdi. Bir çox mətnlərin başlıca problemi oxucunun hekayəyə daxil olmasına imkan verməməsidir.

Hekayəsi olmayan filmlərin tamaşaçı tərəfindən o qədər də qəbul olunmadığı ilə razıyam, ancaq hekayələrin də yazılmayan cümlələrə, tapmacalardakı kimi düşündürməyə, izləyicinin doldurması üçün buraxılan boşluqlara ehtiyacı var. Ya da ki, tamaşaçıların dedektivlər kimi kəşf edə biləcəkləri ipucları olmalıdır.

Mən tamaşaçısına daha çox fürsət və zaman verən bir kinoya inanıram. Bu, yarımçıq kinodur, izləyicinin yaradıcı ruhunun qatqısıyla tamamlanan, hələ tam bitməmiş bir kino… Bugünə qədər baxdığımız yüzlərlə filmdə olduğu kimi izləyicisinə aid olan və onların daxili dünyasıyla kəsişən bir kino…

Hər bir əsərin, filmin dünyası yeni bir həqiqəti ortaya qoyur. Kino zallarında tamaşaçılara xəyal qurmaq və bu xəyalları rahatlıqla ifadə etmələri üçün şans verməliyik. Sənətin nələrisə dəyişmək və yeni düşüncələri ortaya çıxarmaq kimi bir tərəfi varsa, bunun reallaşması ancaq hər bir izləyicinin azad şəkildə bu yaradıcı prosesə qoşulmasıyla mümkündür.

Sənətkarın və izləyicinin xəyal dünyaları arasında sağlam bir bağ var. Sənət fərdin arzuları və dünyaya baxışlarıyla səsləşən öz dünyasını qurmasına kömək edir, ona zorla sırınan həqiqətləri heçə sayması üçün ruhlandırır. Sənət sənətkara və tamaşaçısına insanların hər gün yaşadığı ağrının arxasındakı gizli həqiqətə dair daha aydın bir fikrə sahib olmaq imkanı verir. Rejissor monoton gündəlik həyatımıza rəng qatmaq istəyinə ancaq izləyicisinin köməyi ilə nail ola bilər. Bu da yalnız filmiylə tamaşaçıların qavraya biləcəyi ziddiyyətlər və qarşıdurmalarla dolu bir dünya yaradanda mümkün olur.

Yaşamağa təhkim olduğumuz dünya ədalətli deyil. Bu dünya bizim xəyal gücümüzün məhsulu deyil və biz bu dünyadan təbii olaraq razı deyilik, lakin sinematoqrafik fəndlərin vasitəsiylə içində yaşadığımız dünyadan yüz dəfə daha gerçək və ədalətli bir dünya yarada bilirik. Bu, bizim qurduğumuz dünyanın saxta bir ədalət duyğusu yaratdığı mənasına gəlmir. Bizim ideal dünya barəsindəki təsəvvürümüzlə gerçək dünya arasındakı ziddiyyətləri görməyimizə kömək olur.

Kino bizim xəyallarımıza açılan bir pəncərədir. Biz onun vasitəsiylə özümüzü daha yaxşı anlayırıq. Kinonun yardımı ilə həyatı xəyallarımızın lehinə çeviririk.

Kino zalındakı oturacaq bir psixoloqun divanından daha çox təsir gücünə malikdir. Kino zalında oturub özümüzü filmin axarına buraxırıq və bəlkə də bura bizlərin özümüzə, başqalarına həm ən yaxın, həm də ən uzaq olduğumuz yerdir. Bax, kinonun möcüzəsi budur.

Önümüzdəki əsrdə tamaşaçının təqdim olunan filmə hörmət göstərməsi üçün rejissorun özünü əsərin tək sahibi olaraq gördüyü o qədim fikrindən uzaqlaşması, rejissorun da öz filminin izləyicisi olması lazım gələcək.

Bir əsr boyunca kino həmişə rejissorun oldu. Ümid edirəm ki, indi yaxınlarda başlayacaq ikinci əsrdə kino tamaşaçının olacaq.

Tərcümə etdi: Ramil Əhməd

sim-sim.az

# 742 dəfə oxunub

Oxşar xəbərlər

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #