writer1

İradə Musayeva

Məqalə sayı

93
clock15:53 calendar-gray 04 May 2016 view-gray157 dəfə oxunub
view-gray157 dəfə oxunub

İtirilmiş gəncliyini yaza bilməyənlər

Mən bizim gənc - uşaqlığı müharibəyə, yeniyetməliyi keçid dövrünə, cavanlığı və yetkinliyi “krizis”, “devalvasiya” və s. bu kimi sindiromlu həyat tərzinə düşən – gənclikdən, yaradıcı gənclikdən danışmaq istəyirəm.

Məğlubiyyətlərin, “krizis”lərin övladı olmaq və həm də azadlıq haqqında azad düşünmək, şən yaşamaq mümkün olmur reallıqda... Bu gənclər azadlıq, xoşbəxtlik və qayğısızlıq haqqında danışanda yad adamın həyatına girmiş, qonşu həyətinə boylanmış adam kimi görünürlər. Onlar öz yaşadıqlarını, itirilmiş gəncliklərini, yaddan çıxmaqda olan uşaqlıqlarını başqasının xatirəsi kimi canlandırırlar çox zaman əsərlərində. Və hər iki halda qeyri-səmimi, qeyri-təbii görünür hər şey... Məğlubiyyətin övladı olmaq insanın - yaradıcı insanın belə özünüifadə məqamında əllərindən tutub saxlaya bilirmiş. Komplekslərlə düşünmək, qadağalarla yazmaq, ixtisarlarla çap olunmaq ağrısını hər adam anlamaz yəqin... Bizim ədəbi gəncliyimizin boğazında tıxanıb qalmış bir söz var. İtirilmiş gəncliyin taleyinə həsr edilmiş kədərli bir yazı var ki, o, hələ də yazılmayıb... Bu, bizim arzusunda olduğumuz yeni insanın yeni ədəbiyyatıdır. Bu gənclik özü bir ədəbiyyat mövzusu, problemidir, ancaq fərqində olan yoxdur, hamı, hətta həmin ədəbi gəncliyin özü də gözlərini yumub xəyala dalaraq yad mövzular və uydurulmuş qəhrəmanlar haqqında yazmaqla məşğuldurlar...

Svetlana Alekseyeviçin “Müharibənin qadın üzü yoxdur” romanında maraqlı bir fikir var. “Müharibə haqqında oxumaq hətta mənim yaşıdlarım üçün də maraqlıydı. Bu, təəccüblü də deyildi - biz Qələbə uşaqlarıydıq. Biz müharibədə qalib gəlmiş adamların övladlarıydıq”.

Haqqında düşündüyüm ədəbi gənclik isə Qarabağ məğlubiyyətini gözləri ilə görmüş, yaşamış insanların ailəsində, cəmiyyətində böyüyüb. Onlar sistemi dağıdılmış, dəyərləri, tarixi deqradasiyaya uğramış bir məmləkətin gəncliyidir. Onların yaddaşında, düşüncəsində, xəyal və ümidlərində hər şey qırıq-qırıq, parça-parçadır... Onlar uduzanlar, gecikənlər, itirənlər, susanlar mühitində dərdlərini belə anlatmaq üçün isti bir ürək, hərarətli bir qəlb tapa bilmirlər. Kitabları illərlə kitab maqazinlərində susa-susa durur... Təzyiqlər, əsarətlər, kölgələr, himayələr həddində, dairəsində müəyyənləşmiş azadlıq hədləri, çevrələri kədərli deyilmi?!

Bu itirilmiş gəncliyin faciəsidir. Ona görə yox ki, onlar fərd, şəxsiyyət, xarakter olaraq formalaşa, inkişaf edə bilmirlər, ona görə ki, onlar hətta bu tragik durumun qəhrəmanı kimi özlərini belə tam ifadə edə bilmirlər... Onlar romanlarının baş qəhrəmanı kimi daha maraqlı və aktual olduqlarının fərqində deyillər, təəssüf ... Onlarla söhbət zamanı da demişəm: “Siz maraqlı, qeyri-adi yaza bilməsəniz də, siz özünüz çox maraqlı bir mövzu, problem və ədəbiyyatsınız!”. Bəli, onlar bizim bugünkü ədəbiyyatın baş mövzusudur. Yeni forma, yeni janr, üslub, yeni metod və cərəyan yaradacaq bir ədəbiyyat mövzusudurlar. Onların obrazı tam fərqli bir üslub, ifadə və təsvir çeşidi tələb edir. Onlar tarixin, ölkənin, dəfələrlə dağıdılıb yenidən qurulan ictimai-iqtisadi formasiyaların və nəhayət taleyi müəmmalar ilğımında qaranlıq qalan bir cəmiyyətin siması, sifətidirlər, onlar zamanımızın səsi, nəfəsidirlər. Onların obrazında “müstəqillik dövrü” adlandırdığımız tarix parçasının xarakteri var. Amma bu mövzu qocalığa doğru gedir, unudulur, fəqət, nə həyatda, nə də ədəbiyyatda həllini tapmır. Ədəbiyyatımızın işlənməmiş mövzusu olaraq qalmaqdadırlar. Daha pisi odur ki, onlar - əsrimizin qəhrəmanları başqalarının “romanlarını”, macəralarını yazmaqla məşğuldurlar...

Sovet ideologiyası ilə yazılmış “milli ədəbiyyat” və onun tarixi, bir də yenicə tərcümə və nəşr edilməyə başlayan dünya ədəbiyyatı nümunələri var əllərində... Bu özül də onlar üçün etibarlı deyil. Sovet ədəbiyyatı kimi sürüşkən bir bünövrənin üzərində necə inkişaf etmək olar? Onlar hələ sələflərinin səhvləri haqqında düşünürlər. Sələflərinin nöqtə qoyduğu yerdən başlamaq mümkün deyil, onların başladığı nöqtəyə qayıtmaq məcburiyyətindədirlər... Tərəddüd içərisindədirlər, saf-çürük etmək, ədəbi proseslə bağlı bir çox məsələləri aydınlatmaq və s. bu kimi tarixi missiya da onların üzərinə düşüb... Ən acısı isə hər tərəfdən laqeydlik və istehzalı yanaşmalarla əhatə olunublar... Onlar həm də çörək qazanmalıdırlar, ailə dolandırmalıdırlar. Enerjilərini pula dəyən, “pula gedən” bütün bacarıqlarını (tərcümə, köşə, müsahibə, redaktə) səfərbər etməyə yönləndirmələr isə ədəbi yaradıcılıqlarını fəaliyyətlərinin epizodik hissəsinə çevirməkdədir... Onların xatirələri də çox zaman acı və kədərli olur...

“Yeni xarakterli ədəbiyyat mövzusu” hesab etdiyimiz bu gənclərin “şünasları” da yoxdur... Onlardan yazacaq, onları oxuyacaq adamlar, ədəbiyyatşünaslar hansısa titullu yazarın əsəri haqqında 32, 33-cü məqalə müəllifi kimi diqqəti cəlb etmək üçün yeni, fərqli, təmtəraqlı terminlər və başlıqlar haqqında düşünür...

Dünyayla, onun ədəbiyyatı ilə tanışlıqda bir əsrlik zaman itirən, bir əsrlik gecikmə fərqinin tənəzzülünü yaşayan ədəbiyyatımızın bu gəncliyi həm də dünyaya boylanır arada, dünyaya çıxmaq, tanınmaq istəyir...

Bütün ədəbiyyatlar yarandığı zamanın, ictimai-siyasi, sosial-mədəni situasiya və mühitlərin, cəmiyyətlərin obrazlı şəklidir. Zamanın siması ədəbi-estetik düşüncədə daha tez və aydın şəkildə öz ifadəsini tapa bilir. Bu düşüncədə həmin gənclər də var. Nağılı yazılmayan qəhrəmanlar... Biz bu gün darıxmamaq, yaxşı halda zövq almaq, pis halda isə baş qatmaq üçün onların ürək qanı ilə yazılmış kitablarını vərəqləyirik. Orda qəhrəmanlar, ruhumuza uyğun obrazlar, macəra xarakterli, inandırıcı və ya təsirli hadisələr arayırıq. Bizim marağımız yazıçılarımıza mətn “sifariş” edir. Onlar bizi düşünür, bizim zövqümüzü, bədii-estetik və ya ədəbi-intellektual təfəkkürümüzün “iştahasını” meyara çevirir. Nəticədə yazılan yox, yazdırılan mətnlərlə üz-üzə qalırıq… Çox zaman həmin ədəbi gəncliyimiz də belə “sifariş”lərə işləyir...

“Müstəqillik illəri”nin çətinlikləri, qalmaqalları ilə böyüyən yaradıcı gəncliyimiz ciddi və böyük əsərlər yarada bilməməyin səbəbini adətən problem və qayğılarının çoxluğu ilə izah edirlər. Mən əksini düşünürəm. Əslində, onlar əsərlərində məhz öz problem və sıxıntıları, əlacsızlıqları, mənəvi-psixoloji böhranları ilə birlikdəcə ədəbiyyatın mövzusu, problemi olmağı bacarmalıdırlar. Onlar öz əsərlərindən daha maraqlıdırlar, daha aktual və ədəbi mövzu kimi yenidirlər, amma onlar hey köhnələrdən, keçmişlərdən yazır, özü də elə keçmişdəki yazıçılar kimi...

Bu insanlar özlərini anlaşılmaz, anlanılmayan hesab edir bəzən. Onların kədərləri ilə bizimki, bizim sevincimizlə isə onlarınkı düz gəlmir. Onlar elə zənn edir ki, biz onları oxuya bilmirik, biz elə hesab edirik ki, onlar bizdən yaza bilmir. Biz öz yazıçımızı arayırıq, onlar öz oxucularını axtarır israrla. Eyni cəmiyyətdə eyni ovqatı bölüşə bilmirik...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020