news-inner
clock12:20 calendar-gray 20 Aprel 2016 view-gray362 dəfə oxunub
view-gray362 dəfə oxunub

Bəstəkarı gizli saxlanılan məşhur Azərbaycan mahnısı

Bəzilərinin sevgi, bəzilərinin Cənubi Azərbaycan həsrəti kimi dinlədiyi “Ayrılıq” mahnısı 1957-ci ildə yazılıb. Mahnının sözləri Rəcəb Fərhad İbrahimə, musiqisi Əli Səlimiyə aiddir.

Əli Səlimi 1922-ci ildə Bakıdaanadan olmuş vəilktəhsilini dəburadaalmışdı. Anası Bakıdan, atası Ərdəbildən idi. Stalin repressiyası Səlimilər ailəsindən də yan ötmədi. İran təbəələri kimi bu ailə də 1938-ci ildə vətəndən-vətənə sürgün edildi. 16 yaşlı gəncin həyatında ömür boyu duyduğu bu acı daha sonralar nisgilli bir nəğməyə - “Ayrılığ”a çevrildi.

Mahnını Rəşid Behbudov, Ququş,Yaqub Zurufçu, Barış Manço, Zeki Mürenkimi məşhur müğənnilər ifa edib. “Ayrılıq” o qədər məşhurluq qazanıb ki, bəzən onu xalq mahnısı hesab edirlər.

“Ayrılıq” necə yarandı?

1962-ci ilin əvvəllərindəİranda böyük müvəffəqiyyətlə keçən konsertlərdən sonra Rəşid Behbudovu Bakıdan olan mərhum bəstəkar Əli Səlimi evinə dəvət edir. Dəvəti qəbul edən Rəşid Behbudov bəstəkarın qonağı olur. Maraqlı söhbətlər zamanı Əli Səlimi yenicə bəstələdiyi “Sizə salam gətirmişəm” mahnısını sənətkara göstərir. Rəşid mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə söz verir. Bəstəkarın həyat yoldaşı Əli Səlimiyə işarə edərək onu yan otağa çağırır. Bir qədər sonra həmin otaqdan xanımın həzin səslə, tarın müşayiəti ilə oxuduğu başqa bir mahnının səsi gəlir. Rəşid elə ilk notlardan bu mahnıya vurulur və onlara qoşulub zümzümə etməyə başlayır. Mahnı bitdikdən sonra müğənni soruşur:

- Bu mahnı kimin sözlərinə yazılıb?

Əli Səlimi cavab verir:

- Fərhad İbrahimi"Ayrılıq" adlı gözəl bir şeir yazmışdı. Mən də bir neçə gün bundan əvvəl həmin şeirə mahnı bəstələdim.

Rəşid Behbudov bəstəkara irad tutur:

- Bəs nəyə görə "Ayrılığ"ı mənə vermirsiniz oxuyum?

Əli Səlimi:

- Qorxuram “Ayrılığ”ı oxumağa icazə verməsinlər. Sənə də baş ağrısı olmasın. “Sizə salam gətirmişəm”i oxusan mənə dünyanı vermiş olarsan.

Rəşid Behbudov bəstəkarın da, onun xanımının da kövrəldiyini görüb qətiyyətlə bildirir:

- Tezliklə hər iki mahnını mənim ifamda eşidəcəksiniz.

Bakıya dönəndən sonra sevimli sənətkar həqiqətən də hər iki mahnını – “Sizə salam gətirmişəm” və “Ayrılıq” mahnılarını ifa edərək lentə yazdırır.

Siyasi “Ayrılıq”

Zaqub Zurufçu Təbrizdə anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub elə o illərdə Təbrizin uşaqlar proqramında iştirak edib və“Cücələrim” mahnısıilə həm Azərbaycanda, həm İranda dillər əzbəri olub. 11 yaşında isə xalq mahnıları və bəstəkar mahnılarıyla tez bir zamanda tanış olan və məharətlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək “Evləri var xana-xana”, “De gülüm gəlsin, ay nənə”, “Dilbər” mahnılarını ifa edib.

Yaqub Zurufçu 19 yaşındaTehran Universitetininİqtisad fakültəsində təhsilinə başladı.

1980-ci ildə İranı tərk etdi.Almaniyayaköçən müğənni öz musiqi təhsilinəHamburqşəhərində başladı. Vokal sənəti üzrə diplom alan müğənni daha sonraAmerikanınFlorida ştatındaMiami şəhərinin Miami Universitetində vokal sənəti üzrə master diplomunu almışdır.

Yaqub Zurufçunun ürəyi Azərbaycan sevdası ilə döyünürdü, ən böyük arzularından biri Azərbaycana gəlmək idi. 1989-cu ildə Azərbaycanın məşhur müğənnisi Gülağa Məmmədov Almaniyaya gəlir və Yaqub Zurufçu ilə görüşür. Gülağa Məmmədov onun “Ayrılıq” mahnısına çəkdiyi klipi görüb heyrətə gəlir. Azərbaycanın Cənubi və Şimali Azərbaycana bölünməsinə həsr edilən klipi Gülağa Məmmədov sayəsində Azərbaycan televiziyasında yayımlanır. Azadlıq hərəkatı zamanında “Ayrılıq” mahnısı milli-mənəvi dirçəlişə təkan verir. Gülağa Məmmədovun dəvəti ilə Yaqub Zurufçu illərdir həsrətində olduğu Azərbaycana gəlir.

“Ayrılıq” mahnısınaikinciömürbəxş edən vəonasiyasiməna verənYaqubZurufçuoldu. O, “Azadlıq” meydanında “Ayrılıq” mahnısını dizi üstə çöküb oxumuşdu. Həmin illərdə “Azadlıq” meydanı xalqın bir araya yığışdığı məkan idi. Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürası kimi “Ayrılıq” mahnısı da o vaxtdan Azərbaycanın iki parçasını – Cənubu və Şimalı mənən birləşdirmişdi.

Xatırladaq ki, Yaqub Zurufçu “Azərbaycan Respublikasının Əməkdar artisti” adına layiq görülmüşdü.

2009-cu ildə sənətkar Azərbaycan vətəndaşlığını da alıb.

Ququşun “Ayrılığ”ı

“Ayrılıq” mahnısını ifa edənlərin taleyində də ayrılıq olub.

Ququş1950-ci ildəTehranda anadan olub. Azərbaycan mənşəli valideynləriİranaBakıdan köçmüşdülər. Hələ uşaq vaxtında Ququşun valideynləri bir-birindən ayrılır. Kəndirbaz və əyləndirici artist olan atası Sabir yaşı üçün mükəmməl səsə malik qızını tez-tez özüylə səhnəyə çıxarır, ona mahnılar oxutdurur. Sonralar Ququş şah sarayında və şahanə məclislərində çıxış etməyə başlayır, eyni zamanda 7 yaşından filmlərə çəkilir.

Ququşfars,Azərbaycan,ingilis,fransız,ispan,italyan dillərində mahnılar oxuyub. O, İranda müasirlik, dəb və mədəni tərəqqi rəmzi olub.

1979-cu ildə İranda baş verən İslam inqilabından sonra bu ölkədə Ququşun həm müğənni, həm də kino aktrisası kimi fəaliyyətinə qadağa qoyulub. Ququş2000-ci ildəABŞ-aköçüb, sənətini orada davam etdirməyə başlayıb.

Bir xeyli mahnılar ifa edən Ququş daha çox “Ayrılıq” mahnısının ifasına görə tanınır.

Şöhrətə çatan “Ayrılıq”

"Ayrılığ"ın şöhrəti İran və Azərbaycan sərhədlərini aşmağa başlayıb, sadəcə Azərbaycanın deyil, türk dünyasının ən məşhur mahnılarından biri kimi tanınıb.

Fikrindən gecələr yata bilmirəm

Bu fikri başımdan ata bilmirəm

Neyləyim ki, sənə çata bilmirəm

Ayrılıq, ayrılıq, aman ayrılıq

Hər bir dərddən olar yaman ayrılıq

Uzundur hicrindən qara gecələr

Vurubdur qəlbimə yara gecələr

Bilmirəm, mən gedim hara gecələr

Ayrılıq, ayrılıq, aman ayrılıq

Hər bir dərddən olar yaman ayrılıq

Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, Tehran radiosunda yayımlanmazdan öncə mahnı fərqli sözlərlə səsləndirilmişdi:

İllərdir uzağam arxam elimdən

Bülbüləm, düşmüşəm ayrı gülümdən

Zor ilə ayırıb şirin dilimdən,

Ayrılıq, ayrılıq, yaman ayrılıq,

Hər bir dərddən olur yaman ayrılıq...

Mahnının sözləri siyasi dəyərləndirildiyi üçün senzuraya məruz qalıb və şair Fərhad İbrahimi mahnının sözlərini dəyişdirərək, onu bir sevgi şeiri şəklinə salıb.

Əli Səlimininartannüfuzuvə millətçilikruhuzaman-zaman onun başına bəla olurdu. Belə ki, bu səbəbdən bir müddət “Radio İran”da çalışdıqdan sonra onu, həyat yoldaşı Fatma Qənnadini və digər həmfikirlərini işdən çıxardılar.

Sovetdönəmindəxeylimüddət“Ayrılıq” mahnısının bəstəkarınınkimolduğubəllideyildi,yagizlisaxlanır,yada anonim olduğu bildirilirdi. Səbəb isə bəstəkarın Arazın o tayından olması idi.

“Ayrılıq” mahnısı hələ də yaşayır: o tayla bu tayın həsrətini çəkənlərin, bir-birini sevən, ancaq qovuşa bilməyən sevənlərin ürəklərində…

news-inner-user
Ayxan Ayvaz

524 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır...
15:40 12 İyun 2021
Aleksandr Sokurov yeni filmindən danışdı
14:20 12 İyun 2021
Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12:55 12 İyun 2021
İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12:30 12 İyun 2021
Məşhur filmin ikinci adı bəlli oldu
11:39 12 İyun 2021
Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
10:12 12 İyun 2021
“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
09:03 12 İyun 2021
Kamal Abdullaya "Şərəf" ordeni təqdim edildi
18:42 11 İyun 2021
Nizami haqda yeni monoqrafiya - Rus dilində
18:01 11 İyun 2021
Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz
17:25 11 İyun 2021
Vaqif Səmədoğlu medalı sahiblərinə təqdim edildi
16:44 11 İyun 2021
Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verildi
16:02 11 İyun 2021
Xəyanət etməyən azərbaycanlı kişilərin problemi
15:14 11 İyun 2021
Rejissorumuz beynəlxalq mükafat aldı
14:36 11 İyun 2021
Atamı öldürən səbəb - Alpay Azər yazır
13:45 11 İyun 2021
Bu gün Kulisdə premyeradır – Qaçırmayın!
13:01 11 İyun 2021
Qızını məcbur aborta göndərdi, 17 yaş kiçik aktyorla eşq yaşadı, övladı ilə eyni xəstəxanada can verdi – Xalq artistindən 10 inanılmaz fakt
12:17 11 İyun 2021
Afaq Bəşirqızının səhhətində hansı problem var? - Xalq artistindən açıqlama
11:53 11 İyun 2021
Tərcüməçidən professora cavab: “Proses” o mənanı vermir”
11:30 11 İyun 2021
Bacısını sevdiyimə görə məni döyən Orxan... – Ulucay yazır
10:51 11 İyun 2021