news-inner
clock09:00 calendar-gray 22 Fevral 2016 view-gray59 dəfə oxunub
view-gray59 dəfə oxunub

Uşaqların sevimlisi olan türk aktrisanın müəmmalı ölümü

O, bir zamanlar uşaqların sevimli seriallarının qəhrəmanlarından birinə çevrilmişdi. Qatıldığı rəqs yarışmasından sonra isə, məşhurluğu daha da artmışdı. Qara dərili türk aktrisanın elə taleyi də qara oldu. Gənc olmasına baxmayaraq, bir gün yayılan ölüm xəbəri, tək sevənlərini yox, hamını həm təəccübləndirdi, həm kədərləndirdi.

Qara dərili, xarici soyad, yerində dayana bilməyən, çılğın, şən, uşaq kimi qadın...

Dəfnə Coy Foster 1979-cu il may ayının 2-də Türkiyənin Adana şəhərinin İncirlik bölgəsində dünyaya gəldiyi deyilsə də, bəzi mənbələr onun əslində 2 sentyabr 1975-ci ildə doğulduğunu göstərir. Atası amerikan, anası türk olan aktrisa İzmirdə Alsancak məktəbində orta təhsilini başa vurub.

Xədicə Naymanla Stiv Fosterin yolları 70-ci illərin ortalarında İzmirdə birləşib. Xədicə Foster deyir: “Dəfnə sevgidən yaranan uşaq idi. Atasıyla İzmirdə bir Milad bayramında tanış olduq. Çox yaraşıqlı idi. NATO-da zabit idi. Dəfnə də Adana İncirlik Hava bazasında doğuldu”.

Dəfnə ailənin tək övladı idi. Amma illər sonra, 2008-ci ildə onun Sirən Ertan adlı ögey qardaşının olduğu ortaya çıxdı. Xədicə Foster, qaradərili zabit Stivlə evlənmədən illər əvvəl, 1963-cü ildə Sirən Ertanın atası, “ilk sevgim” dediyi Barış Ertanla evlənib. Dəfnənin ölümündə qardaşı Sirən də çox kədərli idi, hərçənd ki, onu yeni tanımağa başlamışdı... Hətta ögey bacısının uşağının olduğunu belə televiziyalardan, qəzetlərdən öyrənib.

Anası Xədicə Foster, gəncliyində İzmirin ən gözəl qadınlarından olub. Adlı-sanlı, gözəlliyi dillər əzbəri olan bir qadın. Onu tanıyan hər kəs deyir ki, qızı kimi anası da şən, dəli-dolu bir qadındır. Dəfnənin kiçik yaşlarında anası ilə atasının yolları ayrılır, daha sonra atası doğma vətəni olan Alabamaya geri dönür. O tarixdən sonra ana-qız daha da bir-birinə bağlanır, xarakterləri də eyni olduğun üçün həm də yaxın dost olurlar.

Xədicə Foster deyir ki, “Atası cənazədə yox idi, yəqin görüşmürlər” deyənlər yanılır. Onun sözlərinə görə, Dəfnənin illərdir Amerikada yaşayan və cənazəyə çata bilməyən atası ilə münasibəti çox yaxşı idi. Hətta son illərdə daha da mehriban olublar.

Hətta Dəfnə ölmədən əvvəl deyirdi ki, atası nəvəsini görmədən belə onun üçün darıxır. O, oğlu ilə birgə Amerikaya, atası ilə görüşməyə getməyi planlaşdırırmış...

Aktrisanın karyerası

Təhsil həyatı da çox parlaq olmayıb. Liseyi bitirdikdən sonra öz dili ilə desək “Evdə evlənməyi gözləyən, subay qız idi” və birdən-birə televiziyada işləməyə başlayır. O, 1994-cü ildə Kral TV-də çalışmağa başlayır. O, digər televiziya kanallarında aparıcılıq etməklə uğurlu karyerasını davam etdirib. Bir müddət sonra seriallarda aktrisa və verilişlərdə aparıcı kimi çalışıb.

Coy Foster aparıcılıqdan aktyorluğa keçməsi “Ruhsar” adlı komediya seriyalı ilə baş tutdu. Aktrisa 1997-ci ildə Ruhsar adlı serialdan sonra, 2000-ci ildə Bəyaz Yalanlar və 2003-2006-cı illərdə “Sehirli anam” serialında rol aldı. “Sehirli anam” serialında canlandırdığı Əda obrazı ilə tamaşaçıların qəlbini fəth etdi. Aktrisanın 2006-cı il rol aldığı “Selena” telserialı nə qədər uğurlu olsa da, “Xəyal və Gerçək“ teleserialı bir o qədər uğursuz oldu. Bu serial 8 bölüm çəkildikdən sonra dayandırıldı.

Foster aparıcı kimi də uğur qazanırdı. Onu “TV 8” kanalında “Bir iş için Lazım” adlı proqramı və TRT-də yayımlanan “Çeyiz Şou” və NTV də “Yaşıl Ekran” proqlamlarında uğurlu karyeraya imza atıb.

Coy Fosterin ekranlarda son işi isə 2010-cı ildə Acun İlıcalının aparıcı olduğu “Yok Böyle Dans” proqramına iştirakçı kimi qatılıb. Bu proqramda o Bedük, Burcu Esmersoy, Azra Akın və Burcu Güneş kimi məşhurlarla eyni səhnədə yer aldı.

Şəxsi həyatı

Coy Foster 2008-ci ildə evləndiyi İlker Yasin Solmazdan Can Kılıç adlı bir oğlu dünyaya gəlib: “Həyat yoldaşımla filmin çəkiliş meydançasında tanış olmuşuq. Rejissor idi, heç danışmasaq da, ona baxanda ürəyim əsirdi. Düşünürdüm niyə belə olur, sonradan başa düşdüm ki, aşiq olmuşam. O, çox ciddi, ağır xarakterli adam olsa da, məni tez-tez sürprizlərlə sevindirməyi bacarır. Onunla xoşbəxtəm.”

Aktrisanın ölümü

Astma onun uşaqlığından bəri ən böyük dərdi idi. Dəfnə Coy Foster uğurlarla dolu olan həyatını 2011-ci ilin fevralın 2-də tamamladı. Yazar Ahmet Altanın oğlu Kerem Halit Altanın evində dünyasını dəyişən Coy Fosterin ölümündə qaranlıq məqamlar olub.

Türkiyədə televiziya kanalında yayımlanan verilişə zəng edən Dəfnə Coy Fosterin vəkili Kərəm Altanı günahlandırıb. Vəkilin dediyinə görə, kamera görüntülərindən aydın olur ki, Kərəm Altanın halı pisləşdikdən 2 saat yarım sonra təcili yardım çağırıb: “Görüntülərdə Dəfnə evdə infarkt keçirdikdən sonra onu tək qoyan Kərəm Altanın çox sakit halda çölə çıxdığı görülür. Bu fakta əsasən, o, ölmək üzrə olan qadına yardım etmədən onu ölümə təhrik edib. İki saat evdə əzab çəkən zərərçəkmiş gözlərini əbədi yumub”.

Aktrisanın məhkəməsinə sədrlik edən hakim Kərəm Altanın Coy Fosterin yanından ayrılmadığına görə onun cəzasını 3 ay azaldıb.

news-inner-user
Günay Məryəm

97 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Yazıçı olmağa iddialı nankor oxucular – Müşfiq Şükürlü yazır...
12:17 24 Sentyabr 2019
Fransuza Saqanın itmiş romanı tapıldı
11:42 24 Sentyabr 2019
Ən gözəl tale adamı: Cavanşir Yusifli
11:01 24 Sentyabr 2019
Qadının qadına terroru – Aliyə yazır...
10:24 24 Sentyabr 2019
“Qurbani” dastanının yeni variantı aşkarlanıb
09:55 24 Sentyabr 2019
Qoyuna təcavüz edən dəli – “Bir dəlinin gündəliyi”
09:00 24 Sentyabr 2019
Yaponlarda qeyri-adi uşaq tərbiyəsi
20:47 23 Sentyabr 2019
Tarantinonun aktyoru vəfat etdi
18:47 23 Sentyabr 2019
Nəsimiyə həsr edilmiş müsabiqə keçirilib
18:23 23 Sentyabr 2019
Namusunu qorumaq üçün özünü dəliliyə vuran kişi – Mehman Qaraxanoğlu yazır...
17:38 23 Sentyabr 2019
"Dedim, ata, niyə belə deyirsən?.." - Son müsahibə
16:54 23 Sentyabr 2019
Akademik Milli Dram Teatrı yeni mövsümü açıq elan edib
16:12 23 Sentyabr 2019
İtalyan həkimin kor elədiyi azərbaycanlı şair
15:31 23 Sentyabr 2019
DokuBaku bölgələrdə sənədli film nümayişlərinə başlayıb
15:02 23 Sentyabr 2019
“Qan qohumları” gəlir - Fotolar
14:40 23 Sentyabr 2019
Şəhid şairə kitab həsr olunub
14:02 23 Sentyabr 2019
Şübhə etməyə haqqımız yoxdur
13:24 23 Sentyabr 2019
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
12:49 23 Sentyabr 2019
“Bir şeir” müsabiqəsində növbəti Şeirlər
12:15 23 Sentyabr 2019
Nazim Hikmətin ölümündən iki gün əvvəlki görüntüləri yayılıb - Video
11:35 23 Sentyabr 2019