Ə.Əylisli: “Kür qırağının meşələri”ni oxuyanda qıcıqlanıram” - SORĞU

Ə.Əylisli: “Kür qırağının meşələri”ni oxuyanda qıcıqlanıram” - <span style="color:red;">SORĞU
19 yanvar 2016
# 15:29

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar APA-ya müsahibəsində “son vaxtlar yalnız öz yazılarımı oxuyuram” deyə açıqlama verib. Bəzən yazıçılar, şairlər öz əsərlərinə yenidən qayıdırlar, onun üstün və zəif tərəflərini bir oxucu kimi gözdən keçirirlər. Əvvəl yazdıqlarını ləzzətlə oxuyan da var, əlinə alıb vərəqləyəndə qıcıq olan da.

Kulis yazarlar arasında “Öz əsərlərinizi oxuya bilirsinizmi?” - mövzusunda sorğu keçirdib. Cavabları təqdim edirik.

Əkrəm Əylisli

- Mənim elə əsərlərim var ki, rahat oxuyuram. Bu oxumağa başqa əsər tapmamaqdan deyil, öz içindəki istəyindi. Bir xatirə, bir hadisə canlanır beynimdə oxuyanda. Qeyri-təvazökarlıq kimi çıxacaq, amma mənim oxucularım həmişə deyiblər ki, elə bil oxuyanda təzədən doğuluram. Ən çox bəyəndiyim, bütöv hesab etdiyim “Güllü paltar mövsümü”dür. İkinci yer “Yas yerindən reportaj”. “Kür qırağının meşələri”ni isə oxuya bilmirəm, o, bir az tələsik yazılıb, alınmayan yerlər var. Bir neçə yer var ki, məndə qıcıq doğurur.

Azər Abdulla

- Mən daha çox redaktə etmək üçün oxuyuram. Düşünürəm ki, filan hekayəmdə hansısa cümlə yerində deyil. 70-ci illərdə yazdıqlarımı oxuya bilmirəm. Yadıma bir-iki detal düşür və öz-özümə deyirəm ki, gərək bunu daha yaxşı yazaydım. Tez-tez oxuduğum və qayıtdığım hekayə isə “Mismar”dır.

Rəbiqə Nazimqızı

- Hə, adətən dərc olunandan dərhal sonra oxuyuram, bəzən nəsə xoşuma gəlmir. Daha çox yoxlama məqsədi ilə oxuyuram ki, qüsurlara baxım. Amma üstündən uzun müddət keçəndən sonra oxuyanda daha maraqlı gəlir, məəttəl qalırsan ki, bunu nə vaxt, necə, kimə yazmısan. Xoşuma gələnlər də olur. Ləzzətli hissdir.

Şərif Ağayar

- Mənim yazılarımın bir çoxu travmaların, xüsusi psixoloji əhvalın məhsuludur. Ona görə bəzən oxuyanda öz-özümə deyirəm: “Adamlar bunun nəyini bəyənir? Çox mənasız, istedadsız mətnlərdir.” Bəzənsə öz yazdığıma aşiq oluram, saatlarla oxumaqdan zövq alıram. Mənim yaradıcılığıma münasibət də belədir. Ya aşiq olurlar, ya da mənasız hesab edirlər. Əsl mətni dəfələrlə təkrar oxuyub zövq almalısan. Özün də, başqaları da. Amma, bəyənməməyin, indi bunu başqa cür yazardım deyə düşünməyin də normaldır.

Qismət

- Öz yazdıqlarımı dönə-dönə oxuyuram və çox vaxt da narazı qalıram. Fikrimdə nəzərdə tutduğumla yazdığım arasında məsafəni bir-birinə yaxınlaşdırmaq üçün olmazın əziyyət çəkirəm. Bu zamanla, heç özüm də bilmədən məndə formalaşan, bəlkə də bir az da ziyanlı vərdişdir. Təcrübəylə, mütaliə ilə gələn şeydir, 10 il qabaq bütün yazdıqlarım mənə ancaq ləzzət edirdi. Amma həmişə düşünmüşəm ki, heç kim öz yazdıqlarının axsayan yerlərini axıra qədər görə bilməsə də (həmişə bir kənar gözə ehtiyac var), peşakarlıq həm də get-gedə daxili gözün açılmasıdır.

Könül Həsənqulu

- Mən yazdıqlarımı özümlə təkbətək qalanda oxuyuram. Başqa adama şeirimi oxuya bilmirəm, nadir hallarda dostlarıma oxuyuram.

İkinci Mahmud

- Bəzən öz hekayələrimi oxuyuram. Özümə ləzzət eləyir. Kövrəlirəm. Saatlarla oturub ağlayıram. Bir anlıq öz əsərimi oxuduğumu unuduram. Öz-özümə deyirəm: "Kopoğlu yaman yazıb ha!"

# 954 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #