Fransız həmvətənimizin dəhşətli taleyi Azərbaycan dilində

Fransız həmvətənimizin dəhşətli taleyi Azərbaycan dilində
2 dekabr 2015
# 12:09

“TEAS Press Nəşriyyat Evi” yaxın günlərdə Şain Sinarianın “İvon Bottonun arzuladığı həyat” romanını Azərbaycan dilində çap edib.

“2012-ci ilin əvvəlində Avropa Azərbaycan Cəmiyyəti mənə İvon Bottonun tərcümeyi-halını yazmağı sifariş edəndə bu qadın artıq Fransada kifayət qədər tanınmış bir adam idi. Qəzet və jurnallarda çoxsaylı materiallardan, radio və televiziyada gedən verilişlərdən bilirdim ki, səksən üç yaşlı bu fransız qadını altmış altı ildir ki, Azərbaycanın İmişli rayonunda kiçik bir kənddə yaşayır...” Romanın müəllifinin sözlərinə görə, o, 1945-ci ildə ikinci Cahan Savaşı quratarndan bir neçə ay sonra sovet ordusu sıralarında vuruşan bir azərbaycanlı əsgər ilə ailə həyatı qurub, əri ilə birlikdə İmişli rayonunun Murquzallı kəndinə gəlir. Hər şey də elə bu nöqtədən başlayır. 17 yaşlı fransız qadının taleyi darmadağın olur - əri vəfat edir, tək-tənha qalır...

Gəlin gələndə zənn edirdi ki, dünyanın ən təmiz, ən gözəl bir ölkəsinə gəlir, amma az sonra bütün illüziyaları darmadağın olur. İvon Botto təbii ki, əri öldükdən sonra öz vətəninə qayıtmağa çalışır. Ancaq diktatura rejiminin hökmranlıq etdiyi ölkədən onu vətəninə buraxmırlar. Günlərin bir günü bu arzusunun çin olmağına dəqiqələr qalmışkəm ümidləri bir daha puç olur – Vətəninə tək qayıda bilərsən, uşaq SSRİ vətəndaşıdır və burda qalmalıdır. Belə bir ağır şərtlə razılaşmır və taleyin bütün dəhşətli zərbələrini qəbul edir...

Romanın müəllifi əslən azərbaycanlıdır, Fransada yaşayır. “İvon Bottonun arzuladığı həyat” romanını Azərbaycan dilinə Cavanşir Yusifli tərcümə edib.

# 1979 dəfə oxunub

Oxşar xəbərlər

"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

15:00 23 iyun 2026
"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

10:00 23 iyun 2026
"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər