news-inner
clock14:17 calendar-gray 30 Noyabr 2015 view-gray86 dəfə oxunub
view-gray86 dəfə oxunub

Anarın kitabı Polşada bu önsözlə çıxıb MƏTN

Kulis Anarın Polşada çap olunan “Gözmuncuğu” kitabına Cavanşir Yusiflinin ön sözünü təqdim edir.

“Göz muncuğu” əsəri: cavabsız suallar

Müxtəlif dönəmlərdə, dünyanın müxtəlif dillərində “Azərbaycan nəsr antalogiyası” nəşr edilib. Sövet dönəmində daha çox rus dilində, Moskvada, müstəqillik dövründə isə Avropa və Amerikada. Azərbaycan poeziyası ilə müqayisədə Azərbaycan nəsri xeyli cavandır, ancaq bu fakt lokal çərçivədə qiymətləndirilməyə möhtac bir şeydir, sərhədləri aşdıqdan sonra tarix... xronoloji mahiyyət itir, ümumi söz karvanında sənin sözünün hansı sanbalda çıxış etməsi bir nömrəli məsələyə çevrilir. Fransız yazıçısı və filosofu Jan Pol Sartrın belə bir sözü var: nəsr işarələr səltənətidir (“Ədəbiyyat nədir?” traktatından). Nəsr, hər bir millətin və hər bir dilin həyatında işarələrin bir yerdə konsentrasiya edilib, birləşdirkəri yerdən sınması hadisəsidir. Azərbaycan ədəbiyyatında belə bir hadisə XIX əsrdə başlanıb. Yəni Mirzə Fətəli Axundov əsrində. Axundov Azərbaycan bədii təfəkkürü tarixində müasir ədəbiyyata yön, özündən əvvəlki ədəbiyyata münasibətdə “işarə düşmənçiliyinə yol” verən bir fiqurdur. Azərbaycan ədəbiyyatşünaslığının demək olar ki, bütün nəsilləri onun “Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur: ancaq nazimi-ustaddır” fikirnin “tilsimini” açmağa, bu ibarəyə özünəməxsus izah verməyə çalışmış, ancaq sonda demək olar ki, hamı eyni fikrə gəlmişdir: bu məqamda Axundov böyük səhvə yol vermişdir. Yəni, bu mülahizə ilə bağlı “Axundovun səhvini” görmək asan olsa da, bunun arxasında Azərbaycan bədii təfəkkür tarixinin hansı problemlərinin durmasını incələmək demək olar heç kəsin ağlını məşğul etməmişdir. Ancaq... məşğul etsə də, etməsə də, bu problem, bu qovğa sayəsində dünya standartları səviyyəsində Azərbaycan nəsri yaranıb-formalaşmışdır.

Bu baxımdan, M.F.Axundovun “Aldanmış kəvakib” povesti (əsər janrı etibarı ilə mübahisəlidir) onun tənqidi məqalələrində ədəbiyyat, ədəbi janrlarla bağlı ifadə etdiyi mülahizələrin doğrultusu kimi baxıla bilər. “Aldanmış kəvakib” həm də bir növ Azərbaycan nəsrini qabaqlayan bir əsərdir. Elə onun ”Təmsilat”ı – komediyaları kimi. Axundov polemik ruhlu tənqidi məqalələrində yeni Azərbaycan şeirinin yolunu açıb onu dünya ilə qovuşdurmağa çalışırdı, nümunə, etalon kimi M.P.Vaiqf və Qasım bəy Zakirə üstünlük verirdi. Hətta bu son iki imza arasındakı fərqləri də açıqlamaqdan çəkinmirdi. Qasım bəy Zakirin şeirlərində satirik ruh üstün idi. Onun bədii mətnlərində metafora, təşbeh, ümumən poetik sistemin bütün komponentləri fərqli aura və rakursda təqdim edilirdi. Zənnimizcə, Azərbaycan bədii təfəkküründə “nəsrə keçid” həm də bu mübahisə və “münaqişələrdən” dolayı bir zərurət halını almışdı. M.F.Axundovun məşhur mübahisəli münasibəti eyni zamanda (gələcəkdə) klassik, orta əsrlər Azərbaycan ədəbiyyatına fərqli baxış sərgiləməyin də yolunu açdı. Axundovun povestində hadisələrin, motiv və detalların modelləşdirilməsi, təfərrüatları qayçılayıb sosial mahiyyətə yönəlik bədii araşdırma aparmağın yolları hardan baxmalı olsan açıq və aydındır. Necə deyərlər, “hədəf o qədər sərrast nişan alınıb ki”, burada Avropa nəsrində daha sonralar rastlanacaq nəsnələr də potensial şəkildə, nə vaxtsa üzə çıxmağa hazır formada mövcuddur. Axundovdan sonra Mirzə Cəlilin dram və nəsr əsərləri gəlir. Fililoji fikirdə bizim dramaturji və nəsr mətənləri ilə bağlı “janr qarışıqlığı” məsələsi də məhz Mirzə Cəlilin bədii təfəkkürü ilə bağlıdır. “Janr qarışıqlığı” yenə də yuxarıda vurğuladığımız “sınma” hadisəsini müstəviyə gətirir: sosial mahiyyətli ədəbiyyat, onun mahiyyəti və poetik sistemi yeni nəfəs və baxışla təzələnir. Axundovun qələmində çox aydın oxunan bir şey, Mirzə Cəlil qələmində bədii-estetik baxımdan”qəlizləşir”, janr qaışıqlığı yaranır, “Ölülər” və “Dəli yığıncağı”, “Kişmiş oyunu” və sair əsərlərdə zamanı ovuc içinə alıb göstərmək ehtirası daha sonrakı illərin nəsr təcrübəsində təfərrüatdan qaçmaq, “işarə dili ilə danışmaq”, detalların müxtəlif kombinasiyalarından istifadə edib modellər qurmaq... bütün bunlar az bir zaman içində Azərbaycan nəsrinin keçdiyi yolu şərtləndirən əsas keyfiyyətlərdir. XX əsr Azərbaycan nəsrinin önündə gedən imzalardan biri-Anarın “Göz muncuğu” əsəri də bu baxımdan son dərəcə maraqlıdır.

Azərbaycan nəsri XX əsrdə (sovet dövründə) daha da inkişaf etmiş, mövzu, problematika və poetik sistem etibarilə xeyli zənginləşmiş və dünya praktikası ilə qaynayıb-qovuşmuşdur. XX əsrdə Mirzə Cəlil, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı, M.S.Ordubadi, Əbülhəsən, Mirzə İbrahiumov, İsmayıl Şıxlı, Əli Vəliyev, Süleyman Rəhimov, Bayram Bayramov, Anar, Əkrəm Əylisli, Elçin, İsi Məlikzadə, Yusif Səmədoğölu, Vaqif Nəsib, Fərman Kərimzadə, Ə.Hacızadə, Əzizə Cəfərzadə, Sabir Əhmədli, Sara Oğuz, Mövlud Süleymanlı, Kamal Abdulla, Arif Abdullazadə, Afaq Məsud, Şahmar, Rafiq Tağı, Mübariz Cəfərli, Etimad Başkeçid ... kimi imzaların ortaya qoyduqları bədii nümunələr fərqli axtarışların, fərqli poetik sistemlərin, nəhayət gerçəkliyə çox fərqli münasibətin nəticəsi kimi dəyərləndirilə bilər.

Anarın “Göz muncuğu” povesti onun yaradıcığılığında necə görünür, indiyə qədər yazdığı nəsr əsərlərinin davamıdır, yoxsa onlarla mübahisəyə girən, poetik sistemi dərinləşdirən fəqli bir əsərdir? “Göz muncuğu”nda Anarın ona qədər yazdığı nəsr mətnlərindəki ən müxtəlif suallar, onlara baxış yer alır, yeni problematika kontekstində dərinləşir və bu sullara cavab vermək qəliz məsələyə çevrilir. Niyə? “Bütün suallar, bütün məsələlər çözüldü” deyilən anda hər şey daha da qəlizləşdi və bir növ anlamaq çətinliyi meydana gəldi. Ancaq bu, ilk baxışdan belədir. Anarın bu əsərində yuxarıda deyildiyi kimi, “Macal”, “Otel odası”, “Beşmərtəbənin altıncı mərtəbəsi”, “Muhakkak görüşürüz”, “Qırmızı limuzin” və sair əsərləin izləri, həm də onların davamı var. Anarın adları çəkilən əsərlərində hadisə baxımından kifayət qədər aydın, belə deyək üstünə gün işığı düşən olaylar, epizodlar var, ancaq bunların içində elə nöqtələr var ki, hökmən sirr haləsinə bürünür və bu onun mövcudluq formasına çevrilir. Yəni, əsər, bədii mətn burdan başlayır. Və bitmir. Bir sözlə: sonsuzluğa açılan sonuzluq...

Romana bir bütöv semantik vahid kimi yanaşanda orda şübhəsiz ki, diqqəti vermək lazımdır göz obrazına. Göz – görmək, açıq gözlə görməmək, bəsirət gözü, təpəgöz... bunlar mətndə müəyyən proporsiyalarla paylanıb, biz əsəri qurulan, vahid planla hərərkər edən bir nəsnə kimi alsaq, demək burda heç bir təsadüfə yer qalmır, hər halda belə görünür. Yoxsa, belə bir mürəkkəb əsərdə adicə səhv, zənnimcə böyük bir qüsurun, çatın yaranmasına səbəb olardı. Ancaq bəri başdan onu demək olar ki, bu əsər fərqli estetika üzərində dayandığından obraz və detalların semantik yükü də fərqlidir – onlar peyda olur və dağılır, mərkəzə yığılır və pərən düşür, bir an içində külə dönür. Bu məkanda heç nəyə “toxunmaq” olmur, hər şey dağınıqlığa, xaosa meyllidir.

Əsərdəki təhkiyə detektiv səciyyəlidir. Anarın əvəlki əsərlərində də mətləbə necə deyim, altdan-altdan mistik yanaşma vardı və bu əsərdə artıq konsepsiya kimi qouyulur. Gülüş haqqında danışanda deyirlər ki, ən kamil komediyalarda gülüşün özü bir obraza, surətə, personaja çevrilir, bu əsərdə də mistikanın özü artıq bir obrazdır. Məsələn Diri Baba ilə görüşə qədər, yəni bu görüş baş tutduqda təhkiyə ilə ötürülən bütün semantik yük dağılır, başqa bir enerjiyə çevrilir. Hündür mərtəbədən itələnərək ölən insanın qəbirdə dirilməsi, orada keçirdiyi hislər, gözünü aça bilmədiyindən daxili gözlə düşünməyə çalışması vahid təhkiyənin parçalanmasına səbəb olur. Bu parçalanma gələcək hərəkətə yol açmaq məqsədi daşıyır həm də. Detetktiv başlanğıc və onun aldadılması. Ardıcıl hərəkətlər əvəzinə ardıcıllığın pozulması. Bu nə deməkdir: “... çox-çox illər sonra ucalıqdan ölümə itələndiyi kimi, indi də həyata itələnirdi”. Diqqət yetirin: “çox-çox illər conra...” Bu cümlədən sonrakılar onun, yəni qəbirdəki adamın dünyaya gəlməsinə - doğuluşuna bənzəyir. “...Hər həmlə, hər bir çığırtı onu işığa yaxınlaşdırırdı. Birdən asudəlik duydu və üşüməyə başladı. Həmin andaca özü bağıra-bağıra ağlamağa başladı...”. Xortlayan adamın qəbirdəki səyahəti təhkiyədə assosiativliyi sürətləndirir, yeni abzas əvvəlkinin son sözündən güc alır, bir anlıq adama elə gəlir ki, müəllif məhz qəbirdəki insanın düşüncə tərzini təhkiyə faktoruna çevrir. Diqqət yetirin: “ Kim idi itələyən onu bu yüksəklikdən? Ani uçuşdan sonra içində ani partlayış, sanki bütün içalatı qopub töküldü. Bəs bu su hardandı, leysan yağış kimi başına yağırdı. Duş... “duş” türklər yuxuya deyir. Bizdə duşa çilək deyənlər də var. Amma bu su duş kimi çiləmirdi, “ucundan tut göyə çıx” yağmur da deyildi. Dopdolu ləyəndən əndərilmiş kimi, başdan-ayağa bütün bədənini islatmışdı, bütün vücudunu soyuq bir gündə sızım-sızım sızıldatmışdı, ətini biz-biz etmişdi... Vücud... Vücudnamə. İnsanı dünyaya gəldiyi andan son dəqiqəsinədək təsvir edən şeir...”. Fikir verirsinizmçi, mətn necə yüyrəkdir. Söz sözdən qığılcım alır, assosiativlik artan sürətlə irəliləyir. Canını tapşıran adam son dəqiqədə bütün həyataını kino lenti kimi izləyir, öz həyatının tamaşaçısına çevrilir. Xortdadıqdan sonra ta Diri Baba ilə görüş alınanadək bu halət davam edir, insan (Əhliman - Əhriman) yaşadığı həyatı seyr edir. Ana bətninin qaranlığından, Misir ehramlarının seyrindən tutmuş bir çox hadisələrə qədər. Qəbrə qoyulan adamın yadına düşən, ağlına gələn epizodlar həm gələcəkdə baş vermiş hadisələrdir, həm də artıq sanki yaşanmış, bir neçə dəfə təkrarlanmış hadsələrdir. Hər epizod ikiqat kodlaşma sxemi üzrə gedir. Əvvəl ölüb sonra yaşamaq, dünyaya gəlmək faktoru, məlum estetikanın tərsinə çevrilməsi. “...Çapıq sifət adam görürüdü birdən yaddaşında... nərdtaxta səsləri, atılan zərlər, şeş çahar, çüt sə və pənc qoşa; Pənc qoşa daha çox qalmışdı yaddaşında. Qocaman alim... od içində yanır... alovdan qorunmaqçün xalçaya bürünür, xalı da yanır... Qırmızı zolaq-zolaq xalatımı geyinmiş Zakirin bərəlmiş gözləri, çılpaq qadın belində küpə yerləri... Qaranlıq salonda ağaran qadın dizləri... Kimdi o qadın? Ölüm mələyi? Əzrayıl?...”

Anarın əsərində mətnlərarası əlaqələr xüsusi funksionnallıq qazanır. Dəyişməyən adlar, mətnlərin iç-içə girməsi, məzmunun situativ xarakteri, “Gözmuncuğu”nun işarə etdiyi mətnlə gah assosiativ, gah da əks-əlaqədə olması mətndə seçilən detalların, hadisə və işarələrin xüsusi xarakterini şərtləndirir. Məsələn, itmiş qarajla bağlı fəsil mətnin bütövlükdə ümumi ruhuna, əhvalatın içindəki gizli mənalara işarə etməklə yanaşı, həm də “nəfəslik”, “pəncərə” funksiyasını yerinə yetirir, yəni bu hissə hadisə, faktura baxımından özündən əvvəlki və sonrakılarla bağlanmasa da, hətta əsərin ixtisar olunması fikrini gücləndirsə də, epizod kimi bütün qırıqlıqların üstünü örtür. Adlar məsələsi ciddi məsələdir. Mirzə Cəlilin müxtəlif əsərlərindən (“Ölülər”, “Dəli yığıncağı”) gələn personajlar “Göz muncuğunda” başqa adama çevriliblər, yəni onların quru adları qalıb, ancaq içlərilərindəki enerji, temeparament başqa personajların üzərinə köçürülür. Həqiqətlə münasibətdə işlədilən bicliklər, qurulan oyunlar, elmi şuradakı dəstgah, Şeyx Nəsrullah məqsədi (əsarəti): həqiqətin gücünün oğurlanması. Hamının tapındığı KITAB-dan çıxış edib yolu sapdırmaq. Bir sözlə müxtəlif mətnlərdəki oxşar personajların həm də tay-dəyişik salınması, onların enerjisinin transformasiyası, şeyx Nəsrullahın qəbirqazana (öz çevrəsində filosofa), İsgəndərin şeyxə, şeyx Nəsrullaha çevrilməsi.

Müxtəlif rəngli mətləblərin bir-birini təqib etməsi, ən müxtəlif münasibətlərdə olması... bir mətləbi qabartmağa xidmət edir: varlığın lallığı məsələsi.

Hadisələrin təsvirindədetektiv elementlər canlı toxumayaən müxtəlif səviyyələrdənüfuz edir, geri qayıdır, irəli cumur vəsən - oxucu bunu hiss etmir vəbunun fərqindəolmursan. Xalçadakı sirlərin oxunması - ardıcıl şəkildə, müəyyən qanunauyğunluqlara tabe tutularaq toxunan birəsərin - xaosa çevrilməsi, daha doğrusu xaos yaratması qorxusu qəribəqabarma-çəkilməmetoduyla təsvir edilib. Bu hadisələrin bədii mətndətəsviri dənizdəqabarma-çəkilməhadisəsi kimidir vədənizdə, okeanda olduğu kimi bu proses eləardıcıllıq, eləbir modusda reallaşar bilər ki, dünya qopar, dünya dağılar. Ona görədədetektiv materialın mətnənüfuzu iki planda gerçəkləşir - xalçanın yandırılması və qorunması. Vəbu iki aspektin, bir parçanın iki tərəfindəbir absurd ifadəedilib. Ancaq deyim ki, həm dəxalça ilə vədigər detallarlaəlaqədar ifadəedilən ideyalarəsərdəki başqa hadisəfraqmentləri iləsıx bağlıdır vəyalnız bütün bu detal və fraqmentlər vahid assosiasiya planında qovuşduqdaəsərin tam mətnini təsəvvürəgətirmək mümkün olur. Beləbir fikri dəifadə etmək olar ki, bədii mətn təkcətəqdim edilənəsərin mətninin fiziki ölçüləri demək deyildir, həm də, mətndənkənarəlaqələrin, mətndaxili əlaqələrin məcmusudur.Əhrimanla Hörmüzün qarşılaşması səhnəsi - Aydan - ay adamı öldükdən sonra (yəni gözəllik yer üzündən silindikdən sonra) bir insanın daxilindəbir-birini dəf edən nəqədər ağır dərəcədəziddiyyətlərin olmasından bəhs edilir. Məsələn, insan çaşıb bir pis hərəkət edəbilər, kimisəşərləyər, üzünədurar, yaxud gözəlliyəqəsd edər, yəni, müdafisəsiz,əsərdədeyildiyi kimi qənizrsiz gözəlliyə. Sonra səhvini başa düşüb, aciz qalar, üzr istəməkdən başqa çarəsi qalmaz. Ancaq onun içindəki şər toxumlarının bitib-tüknməsini güman etmək sadəlövhlük olardı. Vəümumiyyətlə, onun daxilindəhər hansı şər toxumu olmaya da bilər, bu,əslindəbir anın vəillərin pisliklərinin qəfildən bir nöqtədəgörüşməsinin nəticəsi ola bilər.Əsərdənəyə görəbütün bu ağrılı, cavabı müşkül sualların həllini, özü dədüzgün həllini tapmaq üçün müdriklərəmüraciət edilir: Dostoyevski, Qəzali, Rumi, Kastenada, MirzəCəlil vəsair vəilaxır, həm dəhind fəlsəfəsi, Avropa mistikləri, şərq müdirkləri?

Bu əsərdəAnar nəsrinin bütünəsas cəhətləri konsentrasiya edilib, bir yerəcəmlənib. Vaxtilə Anarın "Əlaqə", "Macal", "Qırmızı limuzin", "Muhakkak görüçəriz", "Ağ liman " və"Otel odası"əsərləri haqqında yazılan məqaləvətədiqqatlarda onun üslubunda sürrealist vədigər üslub çalarlarının vəhadisələrinin olmasından bəhs edilib. Hətta Anarın bədii nəsrində ekzistensialist olmasına da işarələr edilib. Ancaq indikiəsəri sübut elədi ki, onun yaradıcılıq manerasında bu cəhətlər tək halda-ayrılıqda deyil, bir yerdəvə ən müxtəlif kombinasiyalarda iştirak edirlər. Təpəgözləbağlı epos mətnindəki o "şübhəli" məqam epos mətnindəolmaya da bilər, ancaq bu bir bədii niyyətdir, bədii məntiqin yozulması üçünəlverişli mənbərolunu oynayır. Vəbeləlikləqədim mətnlərdən birbaşa bu günə, yəni bu gün yazıçının yaratdığın mətnə açılan pəncərədən görünənlər eyni ideyalar doğurur, realdır, ancaq həm dəsürrealdır, xəyaldır, xəyalın nüvəsindəki kədər vəsevinci tam gücü, tam potensiyası iləaçmağa hesablanıb. Mətndə, romanın mətnindəbir insanın yaşadığı ömür-gün sıxılmış vəziyyətdə- bəlkədəbir anın içindətəsvir edilib.

...Vəbirdən Pyer Teyyar De Şardendən gətirilən sitat: yarandığı gündən insan özü-özünətamaşa edir. Vəbeləbir fraqment: ...Bağdad darülfünunun, bizim bu günkü təbirlədesək, kafedra müdiri, professoruƏl-Qəzali günlərin bir günü iş yerini tərk edir, bütün rütbələrindən, mənsəblərindən vaz keçərək, təsəvvüfün həqiqətinətapınır, dünyanı yalnız ağılla deyil, fəhmlədəduymağın vacibliyinəinanır vəinandırır. Bütün bunlarəsərin KARMA hissəsindəverilib. Obrazın yaranması nəqədərəsasdırsa, onun parçalanması bir o qədər sürəkli xarakter daşıyır. O mənada ki,əbədi savaş - XeyirləŞərin davası bitib tükənmək bilmir, dünyanın varlığın artıq mövcudluq formasıdır. KARMA hissəsindəverilən , yer alan cümlələr həməsərəgiriş xarakteri daşıyır, həm dəonun ruhunu, demək istədiyi həqiqətləri tam mənası iləaydınlaşdırır: "...Dekartın aydın-açıq təfəkküründən Svadenborqun dumanlı, ezoterik təsəvvürlərinəcən, Şopenhauerin bədbin düşüncələrindən XXəsrdəekzistensialistlərin yabançılaşma, sərhəd situasiyası, insanın seçim qarşısında qalması haqqında təlimlərinədək, Qərb fəlsəfəsinəaz-çox bələd oldum. Günlərin bir günü eləbil kimsəməni Şərq fəlsəfəsi vədini fikriyləciddi maraqlanmağa sövq etdi... Buna qədər yaşadığım, bildiyim, ağlımla dərk etdiyim, gözlərimləgördüyüm Dünyadan tamam başqa, FƏRQLİ aləmin varlığına inandım. Deməbu paralel dünyada alışdığımız məntiq işləmirmiş. burda Zaman vəMəkan ölçüləri dəayrıymış. Bu aləmdənəkeçmiş, nəGələcək, nədəindi varmış... Ümumən Vaxt yox imiş... Vaxtın fövqündəduranəbədiyyət varmış. Başa düşdüm ki, varlığı, həyatı, kainatı, dünyanı yalnız məntiqləziah etmək qeyri-mümkündür. İnsanı anlamaq isəheç mümkün deyildir..."

news-inner-user
Cavanşir Yusifli

48 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Şuşa haqqında unkal şeir - Bazar Oxusu
12:01 16 İyun 2019
15 min il əvvəl yaşamış qadının gözlərinə baxmağa nə deyirsiz?
09:20 16 İyun 2019
“Yeşilçam” ulduzu dünyasını dəyişdi
17:01 15 İyun 2019
Azərbaycan toylarında rast gəlinən 10 tip
16:07 15 İyun 2019
Alen Delonun səhhətində problemlər yaranıb
15:33 15 İyun 2019
“Düzlüyə, həqiqətə, insana inamımı itirmişəm bu sənətdə”- Xalq artistinin etirafı
14:39 15 İyun 2019
Şanxayda 22-ci beynəlxalq film festivalı başlayır
14:01 15 İyun 2019
Emin Piridən yeni Şeir: Sevgi namazını qılaram səndə...
13:21 15 İyun 2019
Umberto Ekonun məqaləsi: Postmodernizm, kinayə, həzz
12:38 15 İyun 2019
Kasıblıqdan aliment ödəyə bilməmək – Səhər Əhməd yazır...
11:43 15 İyun 2019
Bəsti Cəfərovanın yubileyi münasibətilə tamaşa nümayiş olunub
10:51 15 İyun 2019
Azərbaycan rəssamlarının “Respublika Satış Sərgisi” keçirilir
10:34 15 İyun 2019
Amalya Pənahovanın xatirəsi anılıb
10:15 15 İyun 2019
Bred Pittin təhqir olunduğu film
09:00 15 İyun 2019
Xorxe Luis Borxesin şeirləri - Etimad Başkeçidin tərcüməsində
21:01 14 İyun 2019
Bu gün son zəng çalınır - Şeir
18:51 14 İyun 2019
Murad Köhnəqala azad olundu
18:12 14 İyun 2019
Məşhur cizgi filmin yeni versiyası hazırlanır
17:22 14 İyun 2019
Boşanma, aliment, qadın, uşaqlar və kişi
16:22 14 İyun 2019
Bədənin yadında saxlasa məni – Qısa Şeirlər
15:38 14 İyun 2019