Rusiya və ruslar bizdən nə istəyir?

Rusiya və ruslar bizdən nə istəyir?
1 iyul 2025
# 12:00

Kulis.az Orxan İsmayılovun yeni yazısını təqdim edir.

Rusiyanın Yekaterinburq şəhərində baş verən dəhşətli hadisə – Səfərovlar ailəsinin beş üzvünün rəhm və mərhəmət duyğusu olmayan OMON-çular tərəfindən döyülərək öldürülməsi – hər birimizi sarsıtdı. Sübh çağı keçirilən bu "əməliyyat" bir şeyi növbəti dəfə daha qüvvətli və aydın hiss etdirdi: ruslar bizi sevmir, hətta nifrət edirlər.

Rusiyanın böyük şəhərlərində və ucqar bölgələrində yaşayan azərbaycanlılar adətən “başqası” kimi qəbul olunurlar: “qara millət”, müsəlman, qafqazlı – nə olursa olsun, əsas odur ki, “özlərindən” deyillər. Bu “başqalaşdırma” post-sovet travmalarından, imperiya təfəkküründən və etnik üstünlük duyğusundan qaynaqlanan bir münasibətin məhsuludur. Rus siyasi və mədəni təfəkküründə “slavyanlıq” əsas sayılır və bu çərçivəyə sığmayan hər kəsə potensial təhlükə kimi baxılır. Burada “qara” sözü təkcə dərinin yox, həm də pasportun, dilin və kimliyin rəngidir.

FSB və OMON tərəfindən keçirilən əməliyyatlar çox zaman hüquqi çərçivədən kənara çıxır. Hədəfə alınanlar isə əsasən azərbaycanlılar və digər millətlər olur. Bizim xalqın nümayəndələrinə qarşı tədbirlər daha sərt, daha qəfil və daha dağıdıcı olur. Niyə? Çünki Rusiyadakı azərbaycanlıların icmalarında ailədaxili bağlar güclüdür, bir-birlərinə bağlıdırlar və cəmiyyət daxilində müstəqil yaşamağa çalışırlar. Rusiya kimi nəzarəti əsas prinsipə çevirən bir sistem üçün belə icmalar narahatlıq doğurur.

Əslində isə bu əməliyyatların çoxu şəffaf şəkildə araşdırılmır. Saxlanılanların aqibəti ictimaiyyətə açıqlanmır. Qətlə yetirilənlərin günahsız olub-olmadığı isə, çox vaxt, heç müzakirə də edilmir.

Rusiya və ruslar bizdən nə istəyir?

Rusiyada azərbaycanlılara bəslənilən kin və qəzəb dolu münasibətin kökü iqtisadiyyatdan tutmuş psixologiyaya, tarixdən siyasi münasibətlərə qədər uzanır. Əvvəlcə bunu qeyd etmək gərəkdir ki, Azərbaycan müstəqil dövlətdir və Rusiya ilə bərabər əsasda əməkdaşlıq etməyə çalışır. Bu isə imperiya təfəkkürü ilə idarə olunan Rusiyada ciddi narahatlıq doğurur. Onlar üçün ideal qonşu – itaətkar və asılı dövlətdir.

Azərbaycanlı ailələr hər yerdə öz milli və dini kimliklərini qoruyurlar. Bu da Rusiya hökumətinin yaratmaq istədiyi “vahid vətəndaş” modelinə uyğun gəlmir. Bu fərqlilik ya assimilyasiya edilməli, ya da cəmiyyətdən kənarda saxlanmalıdır.

Ruslar bizdən onlardan qorxmağımızı istəyir.

Ruslar bizdən özümüz kimi olmamağımızı və belə yaşamamağımızı istəyir.

Biz tarixin heç bir mərhələsində rusların nəzərində pərəstişə layiq bir xalq olmamışıq.

Rusiya siyasəti hər zaman açıq və gizli şəkildə bizə bayıldıcı tüstü təsirində olub; boğmağa, nəfəsimizi kəsməyə çalışıblar. Çünki biz itaət etməyi, daim öz sahibini axtaran qul kimi davranmağı sevmirik.

# 2760 dəfə oxunub

Oxşar xəbərlər

Cəfər Cabbarlının kinostudiyanın həyətindəki büstünün restavrasiyası yekunlaşdı

Cəfər Cabbarlının kinostudiyanın həyətindəki büstünün restavrasiyası yekunlaşdı

18:30 16 aprel 2026
"Anar Məmmədxanov mənə “Moruq” deyirdi" - “Bacanaqlar”ın “Qismət”i ilə müsahibə

"Anar Məmmədxanov mənə “Moruq” deyirdi" - “Bacanaqlar”ın “Qismət”i ilə müsahibə

18:10 16 aprel 2026
“Space” TV bağlanır? - Təcili toplantı

“Space” TV bağlanır? - Təcili toplantı

17:14 16 aprel 2026
Görkəmli ispan şairin kitabı ilk dəfə Azərbaycan dilində

Görkəmli ispan şairin kitabı ilk dəfə Azərbaycan dilində

16:57 16 aprel 2026
İTV-nin baş direktoru vəzifəsinə  sənəd qəbulu elan ediləcək

İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan ediləcək

15:47 16 aprel 2026
Fransa keçmiş müstəmləkələrdən aparılmış mədəni sərvətləri geri qaytaracaq

Fransa keçmiş müstəmləkələrdən aparılmış mədəni sərvətləri geri qaytaracaq

15:30 16 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər