writer1

Aliyə

Məqalə sayı

999
clock15:53 calendar-gray 12 Oktyabr 2015 view-gray253 dəfə oxunub
view-gray253 dəfə oxunub

Yazıçının “Qurban” hədiyyəsi

Kulis Aliyənin yazıçı Mirmehdi Ağaoğlunun “Qurban” hekayəsi haqda yazdığı “Qızıl buzova inananlar” essesini təqdim edir.

Şəhər rəhbərliyində validən sonra orta bir vəzifəsi olan İbrahim evə qan tər içində gəlib arvadı Həcərə xəbər verir ki? bəs vali builki Qurban bayramı tədbirlərində şəhərimizin möhtəşəmliyi ilə fərqlənməsi üçün o bircə oğlumuz İsmayılı qurban kəsməyimi istəyir.

Həcər özünü döyür, dizini döyür və əri kimi düşünür ki, valinin əmrinə xilaf çıxmaq olmaz, onun qəzəbinə gələrlər. Dediyi kimi də edər: onu da, qızını da işdən çıxarar, İsmayılı belə də türməyə saldırıb çürüdər, ən dəhşətlisi - ərini də işdən çıxarar. İsmayıl təzə maşını ilə yolları tozanaqlaya- tozanaqlaya gəib xəbərdən agah olur. Gün gəlib yetişir, kameralar projektorlar tuşlanır: İbrahim əli əsə-əsə bıçağı göyə qaldırıb valiyə baxa-baxa “bismillah” deyir və bir gözü validə oğlunu boğazlamağa əyilir ki, kranın ucunda bir qoç projektorların işığında nurlana-nurlana düşür qabağına. İbrahim ölür. Nə sevindiyindən, nə rahatlıqdan. Sadəcə insan kimi, ata kimi, ər kimi ölür. Bilir ki, bu oyundan “Qurban” kəsilən oğlunun da xəbəri vardı. Öldüyünü hiss edəndə Valinin köməkçisi Cəbrayıl valinin təşəkkürünü çatdırır, oğlunun vəzifəyə qoyulacağı xəbərini də verib sellofandakı qurban ətini ona uzadır...

Mirmehdi Ağaoğlu bu hekayəni Qurban bayramı ərəfəsində yazıb və çap edib, daha doğrusu hədiyyə edib. Şəkillərə, heykəllərə, kreslolara ibadət edən insanlara müqəddəs bayram günündə güzgüdən böyük hədiyyə olarmı? İstəyirlər qırsınlar, istəyirlər saxlasınlar, onsuz da, qıranda əkslər yox olmur, çoxalır.

Bu hekayə Qızıl buzova inananlar, ona sitayiş edənlər haqdadır. Qızıl buzov əhvalatı nağıl deyil, Samirinin onları məftun edən qızıl-gümüşdən düzəltdiyi Qızıl buzov simvoldur. Taxtın, tacın, varın dövlətin, xarici maşınların, pulun, kreslonun, gücün simvoludur. İbrahim qurbanı qızıl buzova kəsir. Amma qoçu ona valinin əli ilə yenə də müəllif (tanrı) göndərir. Göndərir ki, nə qədər ölü cəmdək olduğunu anlasın. Qurban ətini də bu cəmdəyə bonus kimi verir.

Hansısa bədii paralellərdən, metaforalardan söhbət getmir. Mirmehdinin hekayəsində gerçəklik sadəcə olaraq, təsvirlə, hadisəylə üst-üstə düşür. Eynən rejissor Pol Anderssonun filmlərindəki kimi. Mirmehdi görünəni yazmır, metafora axtarmır, sadəcə əsl görüntünü, gerçəkliyin, vəziyyətin mahiyyətinə uyğun gələn əsl görüntünü, hadisəni tapır. İnsanın mənəvi varlıq yox, cəmdək olmaq seçiminin iyrənc mənzərəsini göstərir. Özünü çıxılmazda sayan insanın insanlıqdan çıxma halını detallı şəkildə, amma heç bir münasibət yükləmədən güzgü dəqiqliyi ilə göstərir. Detallar oxucunu reallığa fokuslayır, özünü suda balıq kimi his etməsini sağlayır, hadisə isə bu gerçəkliyin dərk etməsi üçün terapiyadır. O, bir müəllif kimi kənarda dayana bilir, diktədən uzaqdır, sadəcə lap hərdən ritualın, mərasimin kor-koranəliyinin insanı gülünc bir oyunçuya çevirməsinə işarə ilə göz vurur.

İnsanın hər hansı ritualı, mərasimi, əhvalatı (mifi) dərindən duymadıqca, dərk etmədikcə gözübağlı qurban olduğunu oxucunun qulağına pıçıldayır...

Hekayənin sonunda Cəbrayıl müəllimin İbrahimə uzatdığı ət dolu bağlama əhvalatın finala saxlanılan leytmotividir. Ət bağlaması dəyərini itirmiş başqa bir ət parçası ilə - İbrahimlə eyniləşir. İbrahim öz seçimi ilə - maddi aləmin simvolu olan ətlə təkbətək qalır. Müəllif hekayəni burada bitirir. Çünki buradan o yana...

Çünki bundan o yana artıq çürüntüdür...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nizaminin əsərləri ilə bağlı müsabiqə elan olundu
18:54 18 Yanvar 2021
“Şəhərin qış gecələri” tamaşası onlayn nümayiş ediləcək
18:22 18 Yanvar 2021
İsa Hüseynovun hekayəsi Gürcüstan kitabxanasında
17:58 18 Yanvar 2021
"Üç peyğəmbər" xalçasının müəllifi - Ziyadxan Əliyev yazır...
17:43 18 Yanvar 2021
Dəyişən gerçəkliklərdə gizlənən həyat - Aliyə yazır...
17:01 18 Yanvar 2021
Xalq artisti xəstəxanaya yerləşdirildi
16:19 18 Yanvar 2021
"Şanlı tarix" sərgisi açılacaq
16:09 18 Yanvar 2021
Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı – Maraqlı faktlar
15:27 18 Yanvar 2021
Yeşilçam filmlərinin məşhur aktyoru vəfat etdi
14:46 18 Yanvar 2021
Qazilərimizdən bəhs edən film çəkildi
14:29 18 Yanvar 2021
50 yaşı tamam olan yazıçı: “Az qalıram utandığımdan qaçıb gizlənəm” – Müsahibə
13:50 18 Yanvar 2021
Peyvənd vurduran nazir və qərarsız Facebook əhli
13:02 18 Yanvar 2021
Məni sevgi üstə yaxaladılar – Əlizadə Nuridən yeni şeirlər
12:15 18 Yanvar 2021
Muzeyə getməməyi ilə məzələnən xalqım, oy! – Sərdar yazır...
11:42 18 Yanvar 2021
Beyin anevrizması keçirən məşhur repçi sağaldı
11:07 18 Yanvar 2021
Axşama tamaşa var
10:30 18 Yanvar 2021
Nizamini dərin hissiyyatlı kadrlar öyrənməlidir - Cavanşir Yusifli yazır...
10:01 18 Yanvar 2021
Xudu Məmmədovun oğlu: “Mən çatanda atam yerdə uzanmışdı, ona süni nəfəs verirdilər” – Müsahibə
09:00 18 Yanvar 2021
Nana sevirdi - Nərmin Kamaldan hekayə
12:31 17 Yanvar 2021
“Ah, bu uzun sevda yolu” onlayn nümayiş ediləcək
17:20 16 Yanvar 2021