news-inner
clock09:00 calendar-gray 07 Oktyabr 2015 view-gray790 dəfə oxunub
view-gray790 dəfə oxunub

Gəncliyə xitab - SEYMUR BAYCAN

Kulis Seymur Baycanın “Gəncliyə xitab” yazısını təqdim edir.

Ey Gənclik! Səndən əvvəlki nəsil yoxdan bir bayraq yaratdı. İndi sənin qarşında yoxdan bir bayraq yaratmaqdan heç də az əhəmiyyətli olmayan daha vacib bir vəzifə var. Sən mədəni cəhətdən daha inkişaf etmiş xalqların qızları ilə izdivac qurub övladlarının təlim və tərbiyəsini onların öhdəsinə buraxmalısan. İndi sənin millətçi, vətənpərvər vaxtındır. Yəqin ki, yuxarıda yazılan sözlər bir millətçi, bir vətənpərvər kimi sənin izzəti-şərifinə toxunur. Vaxt gələcək sən nə dediyimi anlayacaqsan və yuxarıda yazılanlara əməl etməsən, o zaman dəhşətli dərəcədə peşmanlıq hissi keçirəcəksən. Lakin bu peşmanlıq hissinin heç bir əhəmiyyəti olmayacaq. Çünki artıq gec olacaq.

Biz ayrı-ayrı yazılarda bu mövzuya bir neçə dəfə toxunmuşuq. Zooparkda bizim anaların və müəllimlərin, onların tərbiyə etdiyi uşaqların davranışlarını gördükdə ayrıca bir yazı yazıb öz tərəfimdən sizə daha bir yaxşılıq etmək qərarına gəldim. Qardaş qardaşa bu dərəcədə böyük miqyasda yaxşılıq etməz. Əməl etsən qazanarsan, etməzsən nə demək istədiyimi zaman özü sənə başa salar.

Bu sözləri havadan, sudan yazmıram. Gördüklərim, eşitdiklərim, oxuduqlarım bu cür qəti mühakimə yürütməyimə rəvac verir. Zooparkda yalnız bir qadın özünü əsl ana kimi aparırdı. Qəfəslərin qarşısında dayanıb uşaqlara heyvanlar haqqında məlumatlar verirdi. O qadın başqa, mədəni cəhətdən daha inkişaf etmiş millətin nümayəndəsi idi.

Bizim anaların və müəllimlərin tərbiyə etdikləri uşaqlar isə heyvanların üzünə tüpürürdülər. Zooparkda gördüyüm səhnələr mənə o qədər pis təsir etdi ki, üstündən nə qədər vaxt keçməsinə baxmayaraq hələ də özümə gələ bilmirəm. Hələ də o səhnələr, uşaqların heyvanların üzünə tüpürməsi, anaların və müəllimlərin buna əhəmiyyət verməməsi, davranışları, danışıqları, şəkil çəkdirərkən üzlərinə verdikləri ifadələr, qışqırıqları, uşaqların başına qapaz vurmaqları gözlərimin qarşısındadır. Görəsən bir uşaq hansı tərbiyəni almalıdır ki, heyvanın üzünə tüpürsün? Axı bu nə deməkdir? Görəsən bu hansı tərbiyənin nəticəsidir ki, əslində heyvanlara maraqla baxmalı olan uşaqlar heyvanların üzünə tüpürürlər?

Həyat və şərait elə gətirdi ki, müxtəlif məkanlarda bir xeyli xalqların nümayəndələri ilə ünsiyyətdə oldum. Özüm haqqında yaxşı sözləri həmişə başqa dillərdə eşitdim. Yazılarıma və oxuduqlarıma görə fransızdan tutmuş ingilisə qədər, almandan tutmuş rusa qədər, latışdan tutmuş serbə, polyaka, çexə qədər müxtəlif xalqların müxtəlif təbəqələrinə mənsub nümayəndələrindən diqqət və hörmət gördüyüm halda özümüzünkülərdə qərəz, hörmətsizlik, müxtəlif cür neqativ münasibətlər gördüm. Daima mənə təsadüfi bir adam olduğumu, öz əhəmiyyətsizliyimi, mənasız işlə məşğul olduğumu sübut etməyə çalışdılar.

Əlbəttə özümü heç də böyük şəxsiyyət, fövqəladə zat hesab etmirəm. Zaman-zaman hissə qapılıb bir çox səhvlərə yol versəm də ümumilikdə götürəndə allaha şükür hələ ki, reallıq hissini tam itirməmişəm. Yazdıqlarım yerli əhəmiyyətli olsa da, yazdıqlarımda dərinlik, intellekt, texnika çatışmasa da söhbət bir yazı adamına, qələmə münasibətdən gedir.

Bəzən təbiət adamı elə lapdan yaxalayır ki, bilə-bilə, şüurlu şəkildə zövqünə xəyanət etməli olursan. Bu alçalmağın ən ağır formalarından biridir. İndi yaşımın elə bir vaxtıdır ki, artıq hisslərimdən utanmıram. Nə gizlədim, gizlətməyə nə ehtiyac var, təbiət lapdan yaxalayanda bilə-bilə, şüurlu şəkildə zövqümə xəyanət etdikdə özümü ağır dərəcədə alçaldılmış və təhqir olunmuş hesab etmişəm. Dostoyevskinin alçaldılmış və təhqir edilmişləri mənim alçalmağımın və təhqir olunmağımın yanında toya-bayrama getməlidir. Layiq olmayan adamlarla ədəbiyyat söhbətləri etdikdə Steynbekdən, nə bilim Tomas Vulfdan danışanda mirvariləri donuzların qabağına atdığımı anlamışam. İnsanın bilə-bilə öz zövqünə məcburiyyət qarşısında qalıb xəyanət etməsi ağrılı prosesdir. Zövqə xəyanət etmək bağışlanılmır. İnsan mütləq bunun cəzasını çəkir. Bunu etiraf etmək təəssüflər olsun ki, adamın vəziyyətini yüngülləşdirmir.

Çünki harda edirsən et, kimə edirsən et, heç bir etiraf yaddaşı pozmur. Belə hesab edək ki, pis zamanda doğulduq. Sovetin çöküşündən sonra zamanın diqtə etdiyi həyat şərtlərini öyrənmək və yeni münasibətlər sisteminə öyrəşmək vaxt tələb etdi. Həyatın qaydalarını, cinslər arasındakı fərqləri öyrədən, başa salan az oldu. Öyrədən olanda da gəncliyin aldadıcı romantikası, sayrışan bayağı arzular öyrədənlərin sözlərinə əhəmiyyət verməyə maneələr yaratdı. Necə ki, indi sizlərdən çoxunuz yuxarıda yazılanlara əhəmiyyət vermirsiniz və yazılanları sadəcə bir yazı kimi oxumaqdasınız. Gəlin yanlış yerdə və yanlış zamanda doğulduğumuzu nəzərə alaq. Bəlkə bunu dərk etmək bir az vəziyyətimizin yüngülləşməsinə, səhvlərimizin öz tərəfimizdən bağışlanılmasınakömək etmiş olar. Bəlkə bunu dərk etmək bilə-bilə zövqümüzə xəyanət etməyə az da olsa haqq qazandırar. Axı doğurdan da ən adi təbii ehtiyaclarımızı elə çətinliklərlə, elə qurbanlar bahasına ödəyirik ki, adam istər-istəməz özünü hörmətdən salmış olur.

Ey gənclik! Güclü və qarşısında konkret məqsəd dayanan kişi çətin də olsa qadının göz yaşına əhəmiyyət verməməyi bacarmalı, zərurət yarandıqda ayağını məişətlə, bayağı romantikayla, səydəş arzularla çırpınan qadın ürəyinin üstünə basıb məqsədinə doğru yoluna davam etməkdə özündə qətiyyət tapmalıdır. Onsuz da qadın dekorativ cinsdir. Bu dekorativliyin üstünə qadının mənsub olduğu xalqın mentalitetindən, geriliyindən, adət-ənənəsindən qaynaqlanan naqisliklər də əlavə olunduqda dözülməz bir məxluq ortaya çıxmış olur.

Üstəlik bu məxluqun arzuları sərhəd tanımır, iddiası aşıb-daşır. Onu dəyişəcəyin və səviyyəsini qaldıracağın haqqında düşünmə. Bu haqda düşünmək şəxsi faciənlə nəticələnəcək. Ola bilsin onun cəlbedici, şirnikləşdirici, rahat və gözəl gələcək vəd edən davranışları və məlahəti sənin gözlərini qamaşdırır, detalları görməkdə çətinlik yaradır. Düşün ki, sən onun atasıyla, anasıyla, qardaşıyla, qohumlarıyla söhbət etməli, onların məclislərində iştirak etməli olacaqsan. Bir tərəfdən də öz valideynlərin, özününkülərə üstünlük verməyin üçün sənə təzyiqlər edəcəklər, elini hürküt, axsağını tut deyəcəklər. Həyatımda eşitdiyim ən axmaq atalar sözündən biridir. Onların, ata və anaların istəyi öz səviyyələrinə uyğun bir adam tapmaq və intriqalarla öz həyatlarına məna qatmaqdır.

Bu barədə “İnkişafın qısa yolu” adlı yazıda xeyli mətləblərə toxunmuşuq. Həvəsiniz olsa axtarıb tapıb oxuya bilərsiniz. Bütün bunları nəzərə aldıqda sizin mədəni cəhətdən daha inkişaf etmiş, seksual inqilaba imza atmış xalqların nümayəndələri ilə izdivaca girməyiniz artıq zərurətə çevrilir. Əlbəttə qadın hər yerdə qadındır. Qadının milləti olmur. Biz sadəcə inkişafdan danışırıq. İnkişaf elə bir şeydir ki, ağacdan tutmuş heyvanlara qədər, heyvanlardan tutmuş qadınlara qədər ondan hər canlının payına nəsə düşür. Məsələn, tutaq ki, hansısa ölkədə heyvanlara qarşı münasibət normaldır. Bu o demək deyil ki, bu normal münasibətə heyvanlar mübarizə apararaq özləri nail olublar. Əsla belə deyil. Siz tarixdən bu barədə bircə misal da gətirə bilməzsiniz. Ki, filan ildə filan ölkədə itlər nümayiş ediblər və şüar qaldırıblar: bəsdirin, daha bizim qulaqlarımızı kəsməyin!

Belə şey heç vaxt heç harda olmayıb. Sadəcə cəmiyyət inkişaf edib və adamlar başa düşüblər ki, heyvana hörmət etmək lazımdır. Siz mədəni cəhətdən inkişaf etmiş xalqların qadınlarına üstünlük verdikdə elə düşünməyin ki, konkret hansısa qadına üstünlük verirsiniz. Konkret hansısa qadını hansısa qadından üstün tutursunuz. Xeyr. Siz mədəniyyəti inkişaf etmiş xalqa mənsub qadına üstünlük verdikdə həmin qadının özünə deyil, onun mənsub olduğu xalqın mədəniyyətinə üstünlük vermiş olacaqsınız. Başqa heç bir qeyri-adilik axtarmaq lazım deyil.

Yuxarıda yazılanlara sənətlə məşğul olan və məşğul olmaq istəyən gənclərin daha həssas yanaşması şiddətlə tövsiyə olunur. Bunlar nə bilir sənət nədir? Bunların sənəti başa düşməklərinə azı iki əsr var. Bütün sənət dünyasını bir keçiyə satarlar, üstəlik də səni borclu çıxararlar.

Oxşar xəbərlər

Xəbər lenti

Xalq artistinə ağır itki üz verdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020