Facebook ciddi yerdirmi? - SORĞU

Facebook ciddi yerdirmi? - SORĞU
28 sentyabr 2015
# 15:32

Sosial şəbəkə həyatımızın önəmli parçasına çevrilib. Buradan təkcə media orqanları öz paylaşımlarını həyata keçirmək üçün istifadə etmir, bura həm də medianın gündəmindəki hadisələrə ev sahibliyi edir. Bəs görəsən, Facebook, o cümlədən başqa sosial şəbəkələr ədəbiyyat və yaradıcılıq söhbətləri, müzakirələri üçün ciddi yerdirmi?

Bu sualla qələm adamlarına müraciət etdik.

Rəbiqə Nazimqızı: Ciddi hesab eləmirəm, hərçənd geniş auditoriya, informasiya, xüsusən də nasir üçün xeyli zəngin mənbə, insan tipləri var. Mən Facebookdan informasiya mübadiləsi, ünsiyyət vasitəsi kimi istifadə edirəm.

Etimad Başkeçid: Sosial şəbəkələr hər şeydən qabaq kommunikasiya vasitəsidir və burada ciddi ədəbiyyatla bağlı hansısa layihələrin böyük uğur qazana biləcəyinə inanmıram. Necə ki, avtobusda, metroda və bu tipli digər ictimai yerlərdə bu mümkün deyil. Facebook – hər şeylə maraqlanan adamlar üçün “qapı deşiyi” rolunu oynayır. Klassik mətbuatla sosial medianın arasındakı fərqlərdən biri də budur. Əlbəttə, maraq dairəsi üst-üstə düşən insanlar xüsusi qruplarda birləşib, dəyirmi masalar təşkil eləyə, virtual konfranslar keçirə bilər. Ancaq mənim üçün ən effektli vasitə kitab, jurnal və saytlardır. Yəni, öz redaksiyası olan və yayımladığı materialları filtrdən keçirib, bədii cəhətdən heç şeyə yaramayan şeylərdən arındıran mətbuat orqanları.

Qəşəm Nəcəfzadə: Facebook sosial və açıq şəbəkə olduğundan üstün və zərərli cəhətləri çoxdur. Eynən cəmiyyətimiz kimidir. Heç olmasa cəmiyyətdə hər kəs öz adı ilə görünür, bir az məsuliyyət hiss edir. Amma Facebooka başqa adla girənlər çoxdur. Onlar da ağızlarına gələni yazırlar. Ona görə Facebookda müəyyən, xüsusən ədəbi məsələlərin müzakirəsi çətinlik yaradır. Çoxu ağzına gələni yazır, başı çıxdı, çıxmadı. Bu xaosda ciddi adamlar susmağa üstünlük verir. Yaxşı olardı ki, Facebookda ədəbiyyat üzrə qrup yaradılsın, ora ədəbi simalar dəvət edilsin. Onda nəyisə müzakirə etmək olar. Facebookun üstün cəhəti də ondan ibarətdir ki, hamı burda özünə dost tapır, fikir bildirilir. Çoxları özünü qəhrəman hiss eləyir. Elə bilir Facebookda yox, ədəbiyyatdadır. Bununla əsəblər sakitləşir və çox zaman müalicə olunur.

Fərid Hüseyn: Facebookda ədəbiyyat və yaradıcılıq söhbətləri ola bilər. Bir yazıçı hansısa həmkarına mətnini göndərib fikrini soruşa bilər. Qarşı tərəfdə həmin mətnə layiqli fikir bildirər. Sadəcə baxır fikri kim soruşur və münasibəti kim bildirir, inbox-da ədəbiyyat söhbətini kim edir və onun sənətə münasibəti necədir. Qeyri-ciddi adamdırsa ədəbiyyat söhbəti ilə qeybəti bir-birinə qatacaq, üzgörəndirsə riyakarlıq edəcək. Yox, söhbət edənlər hər ikisi ədəbi vicdanı, bədii istedadı və intellektual çəkisi olan şəxslərdirsə orda elə söhbətlər gedəcək ki, heç o cür söhbətlər, fikir mübadilələri hələm-hələm ələ düşmür. Məsələn, mən Facebook vasitəsi ilə Kulisdə elədiyim "Ən sevdiyim əsər" layihəsi çərçivəsində ciddi söhbətlər eləmişəm, o söhbətlərin gələcəkdə də əsl sözün yanında olan adamların əlində kitab kimi əl-əl gəzəcəyinə şübhə eləmirəm. Əsas vicdan, bədii istedad və elmi səviyyənin olmasıdır, bunlar varsa, sən alayı olmayacaqsan, istər Facebookda, istərsə də hər yerdə gərəkli işlə məşğul olacaqsan.

# 1592 dəfə oxunub

Oxşar xəbərlər

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

17:20 6 mart 2026
"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

12:00 6 mart 2026
"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..."  - Hekayə müzakirəsi

"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..." - Hekayə müzakirəsi

12:00 4 mart 2026
"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

14:09 3 mart 2026
Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

16:00 2 mart 2026
"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

15:00 22 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər