news-inner
clock14:16 calendar-gray 23 Sentyabr 2015 view-gray355 dəfə oxunub
view-gray355 dəfə oxunub

80-ci illərdə Amerika prezidentinə məktub yazan azərbaycanlı

Ayxan Ayvaz

Bəzi adamlar öz həyatına bir neçə ömür sığışdırır. Vaxtilə gözəl, unudulmaz günlər keçirir, yaxşı işlərdə çalışır, cibi pul görür, amma sonda bütün bunlar əlindən çıxır, oturub sakitcə xəyallara dalır, xatirələrə səyahət edir.

Gənclik

Onun bağı bina ilə üzbəüzdür. Elə də böyük, göz gördükcə könül oxşayan bağ deyil. Əslən Ağdaşdan olan Azad kişi Bakıya köçəndən sonra buranı səliqə-sahmana salıb, bir daxma qaralayıb. Arada evdən çıxıb bağa gəlir, masanın kənarına əyləşib radioya qulaq asır, çay dəmləyir, siqaret çəkə-çəkə xatirələrə yelkən açır.

Məktəbi bitirdikdən sonra Kiyev Yeyinti Universitetinə sənədlərini verir. Dörd imtahandan birindən keçə bilməyən Azad kişi rayona qayıdıb. Hamının ümidlə gözlədiyi adam əlinə bel alıb sahədə işləməyə, bağ-bağata kömək etməyə girişir: “Bir ildən sonra Yeyinti Sənaye Texnikumuna qəbul oldum, Kiyevdə. Qabağıma məqsəd qoydum ki, fərqlənmə ilə buranı bitirib bir imtahanla Universitetə girim”.

Çay gətirir, stəkanlara süzür, içi doludur, danışmaq üçün tələsir.

- Bağçılıqdı, bağışlayasız gərək... – deyib gülümsünür.

Azad kişi qarşısındakı çaya baxa-baxa söhbətinə davam edir, dediyinə görə, oxuya-oxuya texnikum komsomol katibinin müavini olub. Buranı qurtarandan sonra Respublikanın fəxri fərmanını alır: “Dedim, mən Kiyevə getməliyəm. Respublikadan kənarda oxumaq istəyən iki imtahan verməli idi. Konkurs böyük idi. İki yer idi. Hə keçdim, fərqlənmə də vardı axı məndə. Kiyev Yeyinti Sənaye Texnologiyası Universiteti”.

Universitetdən bir küçə ayrılır, Kriçyatek küçəsi. Tolstoy küçəsindən qalxırdın, Taras Şevçenkonun abidəsi durur universitetin qabağında. Universitet də qırmızı rəngdə. O vaxt inqilaba görə belə tikilib.

“Qadınla cinsi əlaqəyə girib lotulanmırdıq”

- Necə xatırlayırsınız tələbəliyi?

- I kursa başladıq. Dekanımız vardı, qadın, bayavoy. Həqiqətən irqinə, dininə görə yox, özünə görə dəyərləndirirdi adamı. Ağdaşda rus məktəbini bitirmişdim. Amma elə uşaqlar vardı, fizika, kimyanı əla bilirlər, di gəl, rusca bilmirlər. Rus dili ayrıca bunlara keçirilirdi. Bütün tələbələrin problemi həll edilirdi. Universitet də alicənab universitet idi.

- Sovet hökuməti qudurtdu. Yaxşı təhsil verdi. – gülürəm.

- Sovetin də bəzi mənfi cəhətləri var. Mən tələbəlik illərində birinci kursun axırında aktiv idim.

- Kommunist idiniz?

- Xeyr. Nərimanov rayon komsomolunun üzvüydüm, aktiv tələbə idim. Tələbələr üçün partiyaya keçmək çətin idi. Rüşvət, tanışlıq və s. Müavin seçildim komsomolun I kursunda. Kursun bürosuna keçdim. Aktiv çıxışlar etdim, fəal işlər gördüm. Beynəlmiləl Klubun prezidenti seçmişdilər məni. Üçüncü kursda bütün Avropanı gəzmişdim. Avstriya, İtaliya, Fransa və s. O vaxt tələbələr arasında qarşılıqlı əlaqə vardı. Sünilik yox idi, hər şey təbii idi gənclər arasında.

- Bəs sevgi yaşamadınız?

- Yox, elə sevgi olmamışdı. O vaxt komsomolda işləyənlər gec evlənirdilər. İş-güc imkan vermirdi. Antisovet propaqandası getməsin deyə ciddi nəzarət vardı. Biz texnoloqlar idik, arxamızda mexaniklər idi. Bizdə qız çox idi, onlarda oğlan. Qızlarla oturub söhbət zad, yüngül içki falan... biri ilə kinoya getdin, biri ilə kafeyə... qısa olurdu amma... o qədər qız var idi ki... Beynəlxalq düşərgəyə getmişdik Almaniyada. Bütün kapitalist ölkələr vardı orda. Millətlər arası intriqa yox idi. Konsertə, plyaja getdik. Tələbə inşaat dəstəsində də iştirak edirdik. Göndərirdilər, amma ürəklə işləyirdik. Axşam yuyunurduq gedirdik dansa... kim kimlə tanış oldu, kim kimlə öpüşdü... Parklarda ansambl olurdu. Qadınla cinsi əlaqəyə girib lotulanmırdıq. Xanımla elədiyin söhbət o birisilərdən daha gözəl olurdu. Kitabdan ayrılmaq insanların hisslərinə mane oldu. O vaxt ki sevgilər başqa cür idi.

Bu cür adlı-sanlı, vəzifəsi başından aşan bir tələbəni öz rayonunda sadə qarşılayırlar. Evdəki qanun hər kəsə keçərlidir: istəyirsən akademik ol, istəyirsən fəhlə. Azad kişinin istirahət günləri kölgəlik yerdə oturub bədii kitablar oxumaqla keçir.

Qardaşını xatırlayanda kövrəlir, bir siqaret yandırır. Komandir olub, Qarabağ döyüşlərinin birində yaralanıb. Dörd beş ildən sonra yara özünü göstərib: canını tapşırıb. Böyük qardaşını tez-tez yuxuda görür, üstünə güllə yağdırılan an hövlnak oyanır. Xatırlamaq ona əzab verir, ona görə də onu xoş günlərə, tələbəliyinə qaytarıram.

Amerika prezidentinə məktub yazan tələbə

O vaxt tələbə ola-ola Amerikanın prezidenti Rolan Reyqana məktub yazıb Azad kişi. Məktub əks-səda salıb. Həmin hadisəni çox həyəcanla danışır: “Çox hörmətli ABŞ prezidenti, biz sovet gəncləri. - gecə yatanda yadıma gəldi -. Sizi təbrik edirik. Bu Amerika xalqının seçimidir... və eyni zamanda ümidvarıq ki, ABŞ SSRİ arasında münasibətlər istiləşəcək. və s. Məqsəd o idi ki, OSV-1 imzalanmışdı, 2- qalmışdı. Səhər gəldim komsomolun yanına. “Başın xarab olub” dedi. Universitetin Qulandryev adlı prorektoru vardı. Onun yanına getdik. Rektordan tutmuş hamı məni tanıyırdı. Şərəf lövhəsindəki iki adamdan biri mən idim. Babayev belə bir şey yazıb. Rektorun yanına getdik. Mərkəzi Komitə üzvlüyünə namizəd idi. İvan Stepanoviç, Babayev belə bir şey yazıb bunu neyləyək? Xoşuna gəldi. Ukrayna Sülhün Müdafiə Komitəsinin sədrinə zəng vurdu. Oles Qonçay Sosialist Əməyi qəhrəmanı, yazıçı. Belə bir məsələ var. Deleqasiyanı göndərdi. Getdik ora. Dövlət maşını ilə. Aktiv tələbələrdən biri belə bir fikir irəli sürür. “Malades” dedi Qonçay. Bunlar quruyub qaldı. Soruşdu ki, bunu necə yerinə qoyaq? Vaşinqtonun korpunktu var, Komsomol Pravdasının. Dedim, ora göndərsinlər, imza toplayaq və elə çıxmasın ki, sovet zarafatıdır. Kim qol çəkir çəksin. Bandoller düzəldirik, konqresin qapısına tullayırlar. Biz bunu edərik dedilər. Strateji məsələ idi. Qızışıblar axı, bunların arasına su səpən yoxdu. Bütün kurslarda oxudular və imzaladılar. Moskvaya göndərdik. SSRİ sülh komitəsinə. Yuri Jıkov idi oranın sədri. Sosialist qəhrəman, siyasi icmalçı. Getdi çıxdı Vaşinqtona. Jıkov da tərifləyir ki, sizin tələbələr belə-belə... dalı nə oldu nə olmadı, amma yumşalma oldu, yüz faiz. Yekə dalğalara qol qoymuşam ee” – və sitatın sonu. Çayını qurtumlayır, şəstlə siqaretinə qullab vurub mənim heyrət dolu baxışlarıma nəzər yetirir.

Məktuba görə rektorun və digərlərinin vəzifələri qalxır. Azad kişiyə də, üzr istəyirəm, Azad Babayevə də nə qədər hədiyə. Xaricə ayağı açılır. Elə-belə adam deyil artıq. Böyük bir mitinq. İnstitutun bayrağı, komsomolun, həmkarların bayrağı... yaşlı nəslin nümayəndələri, dünya çempionları. O həngamədə bu bayraqların birini bir azərbaycanlı balası aparır. Orden taxırlar sinəsinə. Bütün bu prosesdən film də çəkirlər və Azad müəllim bu hadisənin son akkordunu da vurur: “Mənim tələbəliyim möcüzəli olub”.

“Vahid Mustafayev gözümün qabağında şillə-təpik...”

- Sonra nə oldu?

- Tələbəliyi bitirəndən sonra orda qala bilərdim. Dedilər, qal burda. Bir kiyevli ilə evlən, rəsmi. Sonra da boşayarsan... Sən bizə lazımsan dedilər. Müsəlmançılığın fətvasına getdim. – gülür. - Komsomol çox yüksək vəzifələrdə yer verirdi. Yeyinti Sənayəsi Nazirliyinin aparatına dekan dəvət edirdi. Üçüncü kursda mənim adımın üstünə gəlib çıxırlar. Mərdəkanda nəhəng bir fabrik tikdirilir. “Babayevi makaron üzrə hazırlayarsız” deyirlər...

Burda bir haşiyəyə çıxır. Xanımı ilə tanışlığından danışır. Elə Azad müəllimin evlənməyi də Amerika prezidentinə məktub yazmağı kimi qəribə olub. Bir yerdə oxuduqları qız, adı Rəna. Bir-birilərini tanıyırlar, salam-əleyk var. Eşq-məhəbbət düşünən vaxtı deyil Azad kişinin. Kim bilir, bəlkə Rəna xanım ondan bu addımı gözləyirmiş. Təyinatını makaron fabrikinə verirlər. Bir də görür ki, Rəna da burda: “Tanıdığım adam elə bu idi. Həm də atalarımız bir-birini tanıyırdılar, bir sistemdə çalışırdılar. Get-gəl vardı evimizdə. Mən görməmişəm amma. Evdəkilərə dedim, şirin çay içmək istəmirsiz. Səhər tezdən tayfanı yığıb kişi gətirib. Onlara gedirlər, hələ söhbət nədən gedirlər bilmirlər. Axırda “Qızını oğluma istəyirəm” deyir atam. Təzədən şirin çay. – gülür. - Mən gec evlənmişəm, 29 yaşında. – duruxur, sonra əlini-qolunu sallayır. - Qızla da vaxt keçirməyə vaxtım vardı. Mən hər yerdə qaynayırdım”.

- Sonra?

- Sonra Qarbaçov gəldi, gorbagor. Bütün təsərrüfatları dağıtdı, evim, uçotum, sənədlərim yoxa çıxdı. Nazir çağırdı ki, bu bizim kadrdır, bunun ev və digər məsələləri həll olunmalıdır. İtdi-batdı, bərpa filan, alınmadı. Makaronda işlədim, nazirliyin laboratoriyasına, Azərİttifaqa gəldim sonra... ANS-də “Dadlar” şirkətində direktor işlədim. Vahid Mustafayevlə. O da müharibə keçmiş adam idi deyə bir də gördün hər şey normal, bir də gördün kontuziyalı kimi aparır özünü, əsəbiləşir, qışqırır, sabahısı gün isə Azad müəllim, nətərsən, salam-kəlam, lap quzu kimi. Gözümün qabağında şillə təpik... Eh... Mənə xüsusi hörməti vardı, çox ehtiramla qarşılayıb. Bilmirəm niyə.

- Niyə çıxdınız ANS-dən?

- Özüm qaçdım. Vahidlə işləmək çox çətindir. Hər xırdaçılığa baş qoşan idi. Dedim, Vahid müəllim, bu nə məsələdir? Bu ki, bürokratiyadır. O iqtisadi cəhətdən çox ağıllı, uzaqgörən adam idi. “Mən sevirəm bürokratiyanı, onda oğurluq olmur” dedi. Hardasa həqiqət idi. Ordan çıxdım gəldim Hövsanda bir şirkətə. İdarələr zad. Sonra dedim eh, bu nədi? Bundan sonra sərbəst işləməyə başladım.

Bir bağ qaldı...

Bütün bu hadisələrdən, işlərdən sonra ona bu bağ qalır. Ağaclara qayğı ona hər şeyi unutdurur. Daxma tikir özünə burda, arada evdən çıxıb tək başına oturur, radioya qulaq asır: “Təbiət gözəl şeydi, sevirəm. Qıraq daşları tək başına çıxardıb kənarlaşdırmışam, düzəltmişəm səliqəli. Bu domiki də uşaqlar oynasın deyə tikmişdim. İçərisi boşdur. Mən əvvəl taxt kimi düzəltmişdim. İlan zad girməsin çay içəndə. Uzun müddət suyum yox idi burda. Bakının torpağında gillilik çoxdu. Bura peyin gətirmişəm, səpmişəm. Suyu çəkmişdim, kəsdilər sonra”.

- Bağa oğurluğa gələn uşaqlara nə edirsiniz?

- Özüm uşaqlara qapını açıq qoyurdum... Gəlib dırmaşırdılar, yolurdular. Biri gəldi bir dəfə, zorla yeriyirdi, dırmaşdı almaya, bir də gördüm, tarapp, düşdü yıxıldı. Qışqırdı, vay-şüvən saldı. Ondan sonra qıfılladım buranı. Amma kimsə istəsə buyursun gəlsin.

- Burda tək başına oturub nə fikirləşirsiniz?

- Buranı ona görə düzəltdim ki, işimlə bağlı ağlıma ideya gəlir. Əslində bağı o məqsədlə düzəltdim, oturub çay içə-içə, siqaret çəkə-çəkə xatirələrimə qayıdım. Radioya qulaq asım. Özümçün kiçik bir Sovet hökuməti qurum. – gülür.

- İş yoxdu?

- İşsizəm. Sifariş gözləyirəm əslində.

- Bakını çox sevirsiniz?

- Hə. Rayonda olanda burnumun ucu göynəyir. Bu bağ da mənim tək təsəllimdir. Rahat oluram, dincəlirəm burda. Ağaclar adamı yaşıllaşdırır sanki.

news-inner-user
Ayxan Ayvaz

487 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Kamal Abdullanın romanı Almaniyada çap olunub
17:38 23 Yanvar 2021
Xudu Məmmədov Zəlimxan Yaquba onunla bağlı hansı sirri açdı? – Xatirə
16:30 23 Yanvar 2021
Aydın Kazımzadənin yeni kitabı işıq üzü gördü
15:30 23 Yanvar 2021
"Qaltan dərəsi" adlanan ərazidən tunc dövrünə aid tarixi abidələr tapılıb - Fotolar
14:20 23 Yanvar 2021
Yağışın xatırlatdığı qız – Eyvaz Əlləzoğlunun hekayəsi
13:31 23 Yanvar 2021
Cangüdəni və köməkçisi əfsanəvi modelyer haqqında kitab yazdı
12:23 23 Yanvar 2021
Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021
Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021