news-inner
clock12:04 calendar-gray 16 Sentyabr 2015 view-gray267 dəfə oxunub
view-gray267 dəfə oxunub

Əlverdinin ilanı - HEKAYƏ

Kulis yazıçı Səxavət Sahilin “Əlverdinin ilanı” hekayəsini təqdim edir.

Qadın sahib olduğu, qazandığı şeyi paylaşmaq gücündə deyil.

Ziqmund Freyd

Bir-iki gün qabaq Gülverən əriynən parka hava almağa çıxmışdı. Əhvalı yaxşıydı, bəzənib-düzənmişdi – əri yanında olanda kefi ala buludlarda olurdu, heç nə vecinə olmurdu. Parkı o baş-bu baş gəzib, həmişəki kimi “Dekameron” kafesində darçınlı çay içdilər. Birdən Gülverənin sir-sifəti yağışqabağı hava kimi tutuldu; körpə uşaqların hərəkəti onu haldan-hala salmışdı. İki balaca qız uşağı oyuncaq tapançanı o yan-bu yana dartışdırırdı. Qırmızı köynəkli qız oyuncağını ağ bantikli toppuşa vermək istəmirdi, sinəsinə bərk-bərk sıxıb buraxmırdı. Gülverən qəfildən ərinə qayıtdı ki, o balacanı görürsən, o da oyuncağını heç kimə vermək istəmir. Amma başa düşdü ki, Əlverdinin heç cütünə də deyil bu.

Əri nə qazandı, nə qazanmadı Gülverənin eynində deyildi. Heç vaxt pal-paltar, qır-qızıl söhbəti eləməzdi. Əlverdi hamıya əl tuturdu, nəsli-nəcabəti onun havasına uçurdu, kişinin təkcə adı-sanı yox, həm də xirtdəyə qədər pulu-malı varıydı. Toy olurdu Əlverdi, vay olurdu Əlverdi – qohum-əqrəbanın xeyri-şəri onun çiyinlərindəydi. Hatəm sayaq səxavətliydi. Arvad deyilən kəs bir dəfə ağzını açmazdı ki, ay kişi, əl çək bu xeyirxahlığından, əl çək ona-buna görüm-baxım eləməkdən. Zalım qızı elə bil Əlverdinin arvadı deyildi, saxladığıydı, mıqq eləyib səsini çıxarmazdı.

Axşam oldumu, vəssalam, Gülverənin başına yekə bir daş düşürdü; gözü qalırdı qapıda. Bir saat keçirdi, iki saat keçirdi, əri gəlmək bilmirdi ki, bilmirdi. Göyüm-göyüm göynəyirdi içi, deyirdi görəsən əri indi hansısa saunada, hansısa restoranda sütül-mütül qızlarla vaxtını keçirdir. O saat gözünün qabağına ərinin şahmar ilanı gəlirdi. Düşünəndə ki, indi onun şahmarı özgə yuvada dincəlir, sərinlənir, öz zəhərini kiminsə dərdinə dərman verir, için-için qovrulurdu, tüstüsüz, dumansız alışıb yanırdı…

Dünya malında gözü yoxuydu, ərinin pulunu, varını hamıya verməyə hazırıydı. Heç kimə vermək istəmədiyi, bölüşə bilmədiyi yeganə şey ərinin ilanıydı! Onu hamıya qızırqalanırdı.

Gülverən uşaq kimi sadəlövhüydü, öz təsəllisinə özü də inanırdı – deyirdi nə olaydı möcüzə baş verəydi, ərimin ilanı açılıb-yığılan olaydı, həmişə özümlə gəzdirərdim, lazım olanda yerinə qoşardım, olmayanda çıxarıb qoyardım bankanın içinə. Ta bir də onun dərdini çəkməzdim, qısqanmazdım, ürəyim də rahat olardı.

Əlverdi yayı-qışı çılpaq yatırdı, yerinə girəndə tursik-maykasını da soyunub atırdı, azartı beləydi zalım oğlunun. Üşümürdü, yorğandan, adyaldan heç nə örtmürdü üstünə, eləcənə, lüt-anabülbül tirrənirdi yerinə...

Arvad buna adət eləsə də, dişi bağırsağını kəsirdi, şürü-şübhəsi bütün ömrünü zəhər eləmişdi, di gəl ki, ayıb eləyirdi, çınqırını da çıxarda bilmirdi.

...Gülverən oyananda hava əməlli-başlı işıqlanmışdı, yuxudan doymaq nədi bilməyən Əlverdi tıss vurub yatırdı. Ən çox da bazar günləri günortayacan yatmağın adətkarıydı. Bərk yatırdı, xoruldamasa da ilan kimi fısıldayırdı. Xuyuna-xasiyyətinə bələdiydi arvadı – cinləməsi tutanda onu xışdamağını, alkaşlığını, söyüşcül olmağını, dediyim kimi yatanda ilan kimi fısıldamağını halal-xoşudur deyib bağışlayırdı. Bağışlamadığı bircə şey vardı - Əlverdinin ilanı…

Həmişəki təki, nə saata baxdı, nə pəncərəyə, gözünü açar-açmaz, qurd quzuya baxan kimi, hərisliklə ərinin ilanına baxdı. İlan da ki, nə ilan, deyərdin qabağında şahmar şahə qalxıb. Ürəyini yenə qara şübhələr diddi; elə bilirdi əri yuxuda ləçərin birini altına salıb kef çəkir, ona görə də ilanı dik-diringə qalıb.

Xalatının yaxasını hirslə düymələyə-düymələyə yataq otağının qapısını çırpıb çıxdı.

Mətbəxdən gələn qab-qacaq danqıltısı Əlverdini istirahət gününün şirin yuxusundan elədi...

Oxşar xəbərlər

Xəbər lenti

“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020