writer1

Günel Natiq

Məqalə sayı

160
clock11:19 calendar-gray 01 İyul 2015 view-gray580 dəfə oxunub
view-gray580 dəfə oxunub

Bağışla məni, Bakı

İçərişəhərin dolanbac küçələrində gəzməyi sevirəm. Bu zaman keçmiş vaxtları təsəvvür edirəm, tozlu yolları, bu yollardan köhnə libaslarda gəlib-keçən adamları, ləngərli at arabalarını, qədimi faytonları xəyalımda canlandırıram.

Bax, hətta o nimdaş geyimli insanın hislərini də anlamış kimi oluram; aktuallığını itirməyən çörək dərdi... Yarıqaranlıq daxma. O daxmada yol gözləyən yarıac, yarıtox uşaqlar...

Köhnə əyyamlar kino lenti kimi gözlərimin önündən keçir... İçərişəhər tarixin hay-küyünü özünə sığdırıb, bəzən adama elə gəlir ki, o daşlara yüngülcə toxunsan, səs-küydən qulaq tutular...

60-70-ci illərdə çox məşhur sovet filmləri burda çəkilib. “Brilyant əl” kinofilmini xatırlayıram. Bu filmdə əsrarəngiz ərəb ölkəsinin “rolunu oynayır” İçərişəhər. Amma bu, yalnız filmdədir. Tarixən İçərişəhər ancaq öz rolunu oynayıb, öz yerişiylə addımlayıb tarix karvanında. Kadrlara baxdıqca düşünürsən ki, Şərq ölkələri o qədər oxşar və fərqlidir ki. İçərişəhərin dolanbac küçələri kimi...

Bəzən elə bilirəm, mən o yollardan keçmirəm, o yollar məndən keçir. Adamlarıyla, faytonlarıyla, toz-torpağıyla... Dayanıb dururam, o yolların bitəcəyi anı gözləyirəm. Amma bir an bəzən əbədiyyət ola bilir.

Düşüncələrim, duyğularım yollara elə bələnir ki, vaxtın necə gəlib-keçdiyini hiss etmirəm. Amma özümü qənşərində gördüyüm əzəmətli binalar zamanın mövcudluğunu tezcə xatırladır mənə. Belə uca tikililər haqqında deyirlər: “Baxsan papağın düşər”. Başımı qaldırıb baxıram, doğrudan da uca və əzəmətlidir. Amma mən bu binaların yalnız arxasında, sağında, solunda ola bilərəm, kənardan seyr edə bilərəm, papağım başımdan düşə bilər və vəssalam. Mən özümü heç vaxt bu yeni dünyanın içində hiss edə bilmərəm.

Mən köhnə dünyanın adamıyam və yeni dünyaya adaptasiya olmaq üçün min il bundan sonra da ölməli və dirilməliyəm.

Bağışla məni, yeni Bakı. Mən köhnə Bakının intizarındayam, ona görə şəhərimizə gələn qonaqları təəccübləndirmək üçün onları İçərişəhərə aparıram, amma nə mən özüm təəccüblənə bilirəm, nə də onlar. Bəzən İçərişəhərdə yeni tikililərin arasında ümidlə köhnə evləri gəzirəm və ümidsizcə anlayıram ki, bu son ümidimi itirməkdən hər şeydən çox qorxuram.

Mən Bakı bağlarında da köhnə Bakımı axtarıram. Hündür hasarları olan bağları demirəm - orda insan iliyinə qədər yalqız və kimsəsizdir - mən əyri-üyrü taxtalardan çəpəri olan köhnə bağları deyirəm. Orda insanlar bir-birlərini görməkdən çəkinmirdilər, əksinə bundan xoşbəxt idilər.

O bağlarda torpağın üstünə sement döşəmirdilər. İndi adam sement torpağın üstündə özünü Bakının mərkəzində, elə lap bulvarda hiss edir. Və baxmayaraq ki, hündür hasarlar var, yenə də qorxur ki, onu görərlər və ya o kimisə görər.

Xəyallar məni uşaqlıq illərinə aparır. Bir qayda olaraq yay tətilini ana babamın bağında, Abşeronda keçirərdik. Narın qumların üstündə qərar tutmuş taxta eyvanları olan xudmani daş ev may ayının sonlarından yolumuzu gözləyirdi. Bacım “Robinzon həyatına” əvvəl-əvvəl etirazını bildirir, bağa getməkdən boyun qaçırırdı. Amma tezliklə Bakı bağları bizi qoynuna alır, kiçik sevinclərinə qonaq edirdi. Gilavar uzun müddət davam etdikdə bacım artıq alışdığı kimi həyətə düşüb əncir ağacının budaqlarını tərpədir və “sehrli” kəlmələri söyləyirdi: “Mən anamın ilkisiyəm, ağzı dolu tülküsüyəm, xəzri gəl, gilavar, get”.

Nənəm deyərdi ki, isti qumun üstündə bacardığınız qədər ayaqyalın gəzin, cana faydadır. Atam mənə deyirdi ki, uşaq vaxtı astma xəstəliyinin əlindən səni dava-dərman deyil, Abşeronun qumu aldı.

İndi anlayıram ki, o əyri-üyrü çəpərləri olan dünyada biz özümüz idik və xoşbəxt idik. Qazı balonla alırdıq, bəzən isə heç işıq da olmurdu. Balaca bir televizorumuz vardı və qaçdı-qovdudan sonra gecələr o televizorun başına yığışır, antenasının yerinə müxtəlif cihazlar qoşduğumuz ağ-qara televizorda “Sindibadın macəraları”na baxardıq.

İndi nə çox rəngbərəng televizorlar, kreditə istənilən qədər almaq olar, amma o bağ yoxdur, çünki yeni dünyaya sığdıra bilmədik, yeni dünyada yaşada bilmədik köhnə dünyamızı və satmalı olduq.

Xatırlayıram ki, hasarlarımız lap köhnəlib heydən düşəndə atam taxtadan çəpər düzəltməyi qərara aldı. Həmişə yazı masası arxasında gördüyümüz atam səliqəylə taxtaları kəsir, çəpər qururdu. Bundan olduqca böyük zövq alırdı. Elə bil o qurulmuş çəpərlər atam üçün bir bədii nümunə, bir bədii əsər idi.

Məndən böyük uşaqlar meyvə oğurluğuna gedərdilər. Öz meyvə ağaclarımız olduğu halda meyvə oğurluğuna getmək dəlilik idi bəlkə də. Sonralar, uzun illər, bu macəraları danışar, gülərdilər.

Axşam düşən kimi çağırılmamış qonaqlar – ağcaqanadlar “təşrif buyurardı”. Uzunqol köynək geyinər, kənd dükanından aldığımız odekolonları üstümüzə çiləyib öz üsulumuzca mübarizə aparardıq. Şəhərdən gələn qonaqlar işıqsızlığa, susuzluğa, ən çox da ağcaqanadların hücumuna dözə bilməyib şəhərə qaçardı, biz isə “mübarizəmizi” davam etdirərdik. Amma bağ həyatı elə bu çatışmazlıqları ilə gözəl idi. Bir neçə günlük insan özü olur və təbiətlə qaynayıb qarışırdı, özünü ağac kimi, qum kimi, dəniz kimi hiss edir, dönüb təbiət olurdu.

Ən önəmlisi isə bu, bizim dünyamız idi. Bizim olan; kənardan seyr etdiyimiz deyil, özümüzü içində gördüyümüz dünya. İndi hərdən yeni Bakının göydələnlərinə baxıb o bağları, o dənizi, o qumu xatırlayıram və deyirəm: Bağışla məni, köhnə Bakı...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tünzalə Ağayeva Türkiyəyə yardım göndərdi
10:26 31 İyul 2021
Ən başıbəlalı mahnımız: Onu Fatimeyi-Zəhraya, Şah İsmayıla və Cəfər Cabbarlıya nə bağlayır?
09:02 31 İyul 2021
Facebookda tənha insanları necə tanımaq olar?
21:00 30 İyul 2021
Ssenaristlər üçün Yay Məktəbi təşkil olunur
19:00 30 İyul 2021
Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
18:05 30 İyul 2021
Ürək dil acır ki, sönməmiş odum - Səməd Vurğundan şeir çələngi
17:30 30 İyul 2021
Qısa hekayə: Yanğın
16:23 30 İyul 2021
Hüquqşünas teatra rəhbər gəldi
15:30 30 İyul 2021
Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?
14:26 30 İyul 2021
Türkiyə evimizdir - evimiz yanır
13:51 30 İyul 2021
Rejissorumuz beynəlxalq festivalda jüri sədri oldu
13:06 30 İyul 2021
İçimizi yanır! – Türk sənətçilərin yanğın harayı
12:20 30 İyul 2021
Yazıçımız Beynəlxalq ədəbiyyat festivalında qalib gəldi
11:41 30 İyul 2021
Ssenarimiz Ukraynada ən yüksək balı topladı
11:05 30 İyul 2021
Özü torpağın altında, saatı cibimdə... - Orxan Cuvarlı yazır
10:09 30 İyul 2021
Tural Abbaslının hay-küyü, Aysel Əlizadənin kukla eksperimenti - “Elin sözü” düzdürmü?
09:01 30 İyul 2021
Ən gözəl sevgilərlə xərçəng belə sağalar - Bahar Zamanının şeirləri
21:00 29 İyul 2021
Kino Günü açıq havada qeyd olunacaq
18:06 29 İyul 2021
Müəllifi kim öldürüb? - Qismət yazır...
17:20 29 İyul 2021
Azərbaycan almanlarından bəhs edən kitab çıxdı
16:51 29 İyul 2021