news-inner
clock09:00 calendar-gray 17 İyun 2015 view-gray1401 dəfə oxunub
view-gray1401 dəfə oxunub

Həkimi Janna Friskenin yoldaşına nə demişdi?

Rusiyanın məşhur estrada müğənnisi, kinoaktrisa və fotomodel Janna Friske 41 yaşında uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişdi…

Janna Friske 8 iyul 1974-cü ildə Moskvada dünyaya göz açıb. Məktəbdə oxuyan zaman özfəaliyyət dərnəklərinin fəal iştirakçısı olub. Janna bədii gimnastika və akrobatikayla məşğul olur, balet studiyasına və bal rəqsləri məktəbinə gedirdi.

1991-ci ildə məktəbi bitirdikdən sonra Moskvada universitetin jurnalistika fakültəsinə daxil olsa da oranı bitirə bilmir. Qısa müddətlik ofis mebelinin satışı üzrə menecer işləyib.

Yaradıcılığı

Janna musiqi karyerasına 1996-cı ildə məşhur "Blestyaşie" qrupunun solisti kimi başladı. O, qızlardan ibarət məşhur qrupda olduğu müddətdə "Blestyaşie"nin 4 diski buraxılıb və 3 konserti keçirilib. 2003-cü ildə “Son qəhrəman-4” realiti-şousunda iştirak edən müğənni finala qədər irəliləməyi bacarır. Adadan qayıtdıqdan sonra Janna solo karyerasına başladığını elan edir. 2005-ci ildə yenidən həmin realiti-şouya qatılan müğənni bu dəfə beşinci olur. Daha sonra müğənni "Afrikanın Ürəyi", "İmperiya", "Ulduzlarla Sirk", "Sirk" layihələrində də iştirak edir.

2004-cü il onun iştirakı ilə birinci film işıq üzü gördü. Serqey Lukyanenkonun "Gecə patrulu” fantastik romanı ekranlaşdırıldı. Janna burada Alisa Donnikovun cadügəri, Zavulonun məşuqəsi rolunda oynayırdı.

2005-ci il 4 oktyabrda müğənnin “Janna” adlı solo albomu işıq üzü gördü. Albomun prodüserliyi ilə Andrey Qroznı və Serqey Xaruta məşğul oldu. Albomdakı mahnıların bəzilərinə klip də çəkildi.

Müğənni 2008-ci ildə "Buz dövrü 2" layihəsində iştirak edib, əvvəlcə Vitali Novikovla, daha sonra Maksim Marininlə birlikdə çalışdı.

Janna Friske günbəgün karyerasında yüksəlirdi. Ölkənin “ən seksual qadını” adlandırılan müğənni müxtəlif jurnallar üçün çəkilir, məşhur "Maxim", "Top Beauty", "InStyle", "OK!", "Allure" və "Elle" jurnallarının üz qabığında yer alırdı. Müğənni bir çox reklam kompaniyalarının da siması olmuşdu.

2010-cu ilin martında nümayiş olunan “Kişilər nə haqqında danışırlar?" filmində Janna özü-özünü oynadı. Friske premyerası 2010-cu ilin 11 noyabrında keçirilən “Mən kiməm?” dedektiv filmində də əsas qadın rolunda oynayıb.

2011-ci il 13 mayda müğənninin “Pilot” kompazisiyasının videoklipinin premyerası keçirildi. 2011-2012-ci illərdə müğənni “MTV” telekanalında yayımlanan "Meksikada Tətil" realiti-şousunun aparıcı oldu. Daha sonra "Ev-2" realiti-şousunun iştirakçısı Alyona Vodonayeva onu əvəz etdi.

Xəstəliyi və ölümü

Janna Friske 2013-cü il ortalarında baş ağrılardan şikayət etməyə başladı. Həmin ilin aprelində Mayamidə Dmitri Şepelev və Janna Friskenin oğlu Platon dünyaya gəlib. 39 yaşlı müğənninin səhhəti getdikcə pisləşirdi. Müayinələrdən keçən Jannanın beyin xərçənginə tutulduğu məlum oldu. Onun Almaniyaya yollandığı, orada müayinə və müalicə olunduğu haqda xəbərlər yayılmağa başladı. O zaman Jannanın mətbuat katibi Anisa Aşiku bu məlumatın yalan olduğunu və ifaçının Mayamidə istirahət etdiyini bildirmişdi.

Bir müddət sonra isə Aşiku müğənninin həyat yoldaşının rəsmi açıqlamasını dərc edir. Müğənninin həyat yoldaşı Dmitriy Şepelov açıqlamasında deyib: “Biz bütün söz-söhbətə son qoymaq fikrinə düşdük, Jannanın pərəstişkarlarının doğrunu bilmək haqları var. Ailəmizdə çətin anlar yaşanır. Həyat yoldaşım xərçəng xəstəliyinə tutulub. Biz onun sağlamlığını qaytarmaq üçün əlimizdən gələnləri edirik, bir dəqiqədə olsa inamımızı itirmirik”. O, hər kəsə müraciət edərək xoş sözlərini və dualarını əsirgəməməyi xahiş etmişdi.

Müğənni artıq tamaşaçı qarşısına çıxmır, sosial şəbəkələrdə şəkil yerləşdirmirdi. O, müalicə edilmək üçün Almaniyaya aparılır. Ağır xəstə olan müğənnini Şeremetyevo hava limanında tibbi araba ilə təyyarəyə aparılıb. Janna Friskenin yaxınlarının sözlərinə görə, onkoloji xəstəlikdən əziyyət çəkən müğənnini həyat yoldaşı Dmitri Şepelev müşayiət edib.


Bir müddət sonra Rusiyanın birinci kanalında Jannanın ABŞ-dakı müalicəsini təşkil etmək üçün yardım fondu təşkil olundu. Bu zaman lazım olandan da artıq məbləğ toplandı. Amerikada klinikaların birində müalicə olunan ifaçı onun müalicəsi üçün toplanan məbləğdən artıq qalan pulu xərçəngin ağır formasından əziyyət çəkən 7 uşağa bağışlayıb.


Rusiyanın birinci kanalında yayımlanan verilişlərindən birində həmin uşaqlar barədə proqram hazırlanıb. Ağır xəstəlikdən əziyyət çəkən uşaqlardan ən balacası 8 aylıq idi. Janna Friskenin davam edən müalicəsi üçün isə rezerv olaraq 30 milyon rubl pul saxlanılmışdı. Müalicəsi davam edən müğənni haqqında bir ara sevindirici xəbərlər yayılmağa başladı. İfaçının həkimləri bildirdi ki, müalicə nəticəsində Friskenin başında olan şiş tez bir zamanda balacalaşıb, o, 10 kq arıqlayıb və görmə qabiliyyəti də yaxşılaşıb.

O zaman “Ekstrasenslərin döyüşü” layihəsinin finalçısı Yakov Şneerson Janna Friske haqqında maraqlı açıqlama verib: “Janna özü yaşamaq istəmirdi. Amma sonra həyatın zərbəsini qəbul etdi. O, həqiqətən qoçaqdır. Allaha dua edib yalvarırdı. Nə yaxşı ki, hər şey yaxşılığa doğru gedir”.

Janna Friskenin rəfiqəsi Natalya Kreçetova da “Moskovskiy komsomolets” qəzetinə onun haqqında açıqlama verib: “Janna həyatı çox sevir, ona görə də bu dünyada yaşamaq üçün mübarizə aparır.


Biz “Blestyaşiye” qrupunda birgə oxuyanda o, heç kəsin xətrinə dəymirdi. Onun ümumiyyətlə paxıllığını tutmurdular. Janna hər kəslə dil tapmağı bacarırdı. Onda insanları özünə cəlb edən mistik bir bacarıq aşkar etmişdim. Səmimi insan kimi yadda qalan Friske mehriban və yumşaq idi. Mən hələ elə bir adam tanımıram ki, onun haqqında pis sözlər desin”.

2014-cü ildə uzun müddətli müalicədən sonra Friske Yurmalada Riqa sahilində bərpa prosesi keçməyə başladı. Daha sonra Çində müalicə kursunu davam etdirdi. Ötən ilin oktyabrında müğənni sərbəst şəkildə Moskvaya qayıtdı, əlil kreslosundan imtina etdi və hərəkət etməyə başladı. Ancaq müğənninin müalicəsi Moskvada da davam etdi. Janna Friskenin əri Dmitri Şepelyov ilə onkoloji xəstələrə yardım fondu yaratmaq niyyətində olduqları barədə məlumat yayılmışdı.

Ancaq uzun müddət xərçənglə mübarizə aparan Janna Friske sonda ona məğlub oldu. Müğənninin atası Vladimir Friske deyib: “Janna vəfat etdi, bu həqiqətdir. Bu iyunun 15-də axşam saat 10-da baş verdi”. Vida mərasiminin harada və nə zaman keçiriləcəyi barədə dəqiq məlumat verilmir. Müğənninin Nikolo-Arxangelsk qəbiristanlığında torpağa tapşırılacağı güman edilir.

Müğənninin rəsmi nikahda olmadığı həyat yoldaşı Dmitri Şepelev isə onun son günlərində insanlığa sığmayan addım atıb.O, həyat yoldaşının vəziyyətinin çox ağır olduğunu bilsə də oğlu ilə birgə 2 gün öncə Bolqarıstana uçub.

Jannanın ölüm anlarında onun yanında valideynləri, bacısı və yaxın rəfiqəsi Olqa Orlova olub. Jannanın yaxınlarından biri telekanala müsahibəsində deyib: “Bazar günü Dmitri təyyarəyə bilet alaraq oğlu ilə Bolqarıstana uçdu. Həkim isə ona dedi ki, getsə, bir də Jannanı görə bilməyəcək, çünki onun durumu çox pisdir”. Qeyd edək ki, Janna Friske əri və kiçik oğlu Platonla son aylar şəhər ətrafı bağ evində yaşayıb.

Oxşar xəbərlər

Xəbər lenti

Əməkdar artist vəfat edib
19:21 27 Oktyabr 2020
Məşhur serialın qəhrəmanı vəfat etdi
18:50 27 Oktyabr 2020
Fikrət Qocanın "Seçilmiş əsərləri" çap olundu
18:10 27 Oktyabr 2020
Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri
17:47 27 Oktyabr 2020
Nizami kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi
16:32 27 Oktyabr 2020
Musiqili Teatrın əməkdaşları əsgərlərə məktub yazdı
16:19 27 Oktyabr 2020
Azərbaycanlı bəstəkarın “Xocalıya” əsəri təqdim olundu
15:39 27 Oktyabr 2020
Seymur Baycan üçün küçədə ağlayan qız - Fəridə yazır...
15:01 27 Oktyabr 2020
“Zəng” tamaşası onlayn göstəriləcək
14:15 27 Oktyabr 2020
Rövşən Lənkəranski haqqında kitab nəşr olundu
13:39 27 Oktyabr 2020
Qarabağa savaşa gələn Anna Akopyana bir-iki məsləhət
13:03 27 Oktyabr 2020
Bağırov ona aşiq oldu, həyatını zindana çevirdi: Güllələnən ilk qadın pianoçumuz
12:10 27 Oktyabr 2020
Ey Milli Qəhrəmanım! – Ali Baş Komandana şeir yazıldı
11:30 27 Oktyabr 2020
Dostum koronavirusa necə yoluxdu? - Ayxan Ayvaz yazır
10:49 27 Oktyabr 2020
Prustun heç yerdə yayımlanmayan hekayələri nəşr olunacaq
10:20 27 Oktyabr 2020
Şeytanın saçından bərk yapış - Yeni hekayə
09:00 27 Oktyabr 2020
41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
18:53 26 Oktyabr 2020
Səyyad Aranın romanı Türkiyədə çap olundu
18:15 26 Oktyabr 2020
Özündən 30 yaş kiçik tələbəsinə aşiq oldu, 4 dəfə evləndi, övladını vəhşicəsinə qətlə yetirdilər – Məşhur diktordan maraqlı faktlar
17:35 26 Oktyabr 2020
Xalq yazıçısının dünya yazıçılarına müraciəti əcnəbi mediada - Fotolar
16:56 26 Oktyabr 2020