news-inner
clock21:00 calendar-gray 08 May 2019 view-gray27822 dəfə oxunub
view-gray27822 dəfə oxunub

Mason olan, kirayədə yaşayan, evində Budda heykəli saxlayan türk aktyor

Kulis.az Zəki Alasyanın həyatı haqqında maraqlı faktları təqdim edir.

“Dəvəquşu Kabare”dən başladı

Əslən Kıbrısdan olan Zəki Şenol Alasya 1943-cü il aprelin 18-də İstanbulda dünyaya göz açıb. Kıbrısdan olan Məhməd Kamil Paşanın qardaşı oğludur. Robert Kollecindən məzun olan Alasya sənət həyatına 1959-cu ildə Milli Türk Tələbə Birliyi teatrında həvəskar olaraq çalışmaqla atılıb. Burada bir müddət dekorator və rəhbər olub. 1964-cü ildən isə “Arena Teatrı”nda professional aktyorluğa başlayıb. Burada “Mister Nato”, “Qarğalar məktəbi”, “Şampan və viski” oyunlarında rol alıb.

1965-ci ildə Ülvi Uraz Teatrında çalışdıqdan sonra 1967-ci ildə Haldun Tanər, Mətin Akpınar və Əhməd Gülhan ilə birlikdə “Dəvəquşu Kabare Teatrı”nın qurucularından biri olur. Onlar ictimai və siyasi oyunlara xüsusi yer verirdi. Teatr özünəməxsus üslubuyla geniş tamaşaçı kütləsinin marağına səbəb oldu. 1978-ci ildə Haldun Tanər və Əhməd Gülhanın “oyunların müəyyən səviyyənin altına düşüldüyünü" iddia edərək qrupdan ayrılandan sonra rəhbərliyə keçən Zəki Alasya-Mətin Akpınar ikilisi bu vaxtdan etibarən karyeralarını eyni adla davam etdirdi.

İlk dövrdə daha çox Haldun Tanərin yazdığı oyunları səhnələşdirən ikili zamanla müxtəlif yerli yazıçıların əsərlərini də səhnəyə çıxarmağa başladı. “Dəvəquşu Kabare”nin “Eşq Olsun”, “Bəyoğlu Bəyoğlu”, “Dəlilər”, “Dünən, bu gün”, “Reklamlar və Qadağalar” adlı oyunları əvvəl kaset, daha sonra video kaset kimi çıxarılıb satılmağa başladı.

Gallery

Zəki Alasyanın film həyatı 1973-cü ildən sonra başlayıb. O, Mətin Akpınarla birlikdə türk kinosunda yeni ikili meydana gətirdi. Onlar 37 il eyni filmlərdə rol alıb. 1977-ci ildən isə o, rejissorluğa başlayıb. Rejissoru olduğu bir çox filmdə özü də oynayıb. Kinoya uzun müddət ara verdikdən sonra sonuncu dəfə “Gülə-Gülə”də rol alır.

Zəki Alasya “Axmaq milyoner”, “Kənddən düşdüm şəhərə”, “Gülərsən, yoxsa ağlayarsan”, “Hara baxır bu adamlar”, “Hasib ilə Nəsib” filmlərilə böyük komediyaçı kimi məşhurluq qazanıb. Onun rejissor olduqdan sonra çəkdiyi filmlər də karyerasında böyük yüksəlişə səbəb olub.

Zəki Alasya bir çox serialda da rol alıb: "Gülermisin, ağlarmısın", "Biz bize benzeris", "Zeki Metince", "Hastane, hastane", "Dedem, Gofret ve Ben", "Yerim seni", "Anne Babamla Evlensene", "Oyun bitdi", "Görgüsüzler", "Şou zamanı görüntü", "Aşk geliyorum demez", "Bizim okul", "Arka sokaklar", "Yabancı Damat", "Cennet Mahallesi" və s. Sonuncu dəfə isə 2014-cü 28 yanvarda nümayiş olunmağa başlayan “Küçük Ağa” serialında Mehmet Ağa obrazını canlandırırdı. Ancaq serial son zamanlarda reytinqdə düşdüyü üçün dayandırldı.

Zəki Alasya masondur?

Türk kinosu və teatrının ən məşhur aktyor və rejissorlarından olan Zəki Alasyanın mason olmağı uzun müddət müzakirə olunmuşdu. “Star” qəzetinə açıqlama verən Alaysa Mətin Akpınarın mason olmadığını bildirmişdi:

- Masonluqla əlaqəniz var?

- Bəli, mən masonam.

- Masonların dünyanı idarə etdiyi deyilir. Siz də idarə edirsiniz?

- Xeyr, dünyanı idarə etmirəm. Masonluq əxlaq və qardaşlıq sistemidir. Din deyil, qətiyyən. İnsanların qardaş olması lazım olduğunu önə çıxaran qurumdur. Çox pis tanınır. Mən mason olmağa başladığım vaxt ailəm dəhşətə gəldi.

- Nə zamandan başlamısız masonluğa?

- 15 il oldu.

- Mətin Akpınar “Zəki mənə mason olmağı təklif etdi, qəbul etmədim” demişdi. Doğrudan elədir?

- Təbii ki, özüm mason olandan sonra Mətinin də mason olmağını istəyirdim. Ancaq o, bunu qəbul etmədi.

Gallery

Şəxsi həyatı:

Zəki Alasyanın ilk evliliyi Oya Alasya ilə olur, ancaq cütlük 1987-ci ildən boşanır. Bu evlilikdən cütlüyün Zeynəb adlı qızları var. Boşandıqdan sonra Zəki Alasya 1983-cü ildə Türkiyə gözəli seçilən Səma Yunakla 13 illik böyük eşq həyatı yaşayır.

2008-ci ildə isə Alasya özündən 35 yaş kiçik olan Jülidə Atakla evlənib. Zəki Alasya bu evliliyi haqqında səmimi fikirlərini bildirmişdi: “Jülidə ilə evlənməyimiz üçün səbəblərimiz çox idi. Ən əhəmiyyətlisi budur ki, mənə dözmək çox çətindir, amma o dözdü. 4,5 il eşq yaşadıq… Restoranında onun doğum gününü qeyd etdiyimiz zaman cibimdən üzük çıxarıb verdim və "Mənimlə evlənərsən?" dedim. Yanımızda qızım da var idi. Ən yaxın dostlarıma belə xəbər vermədən evləndik. Evlənməmişdən əvvəl isə uşaq məsələsini müzakirə etdik. Jülidə də uşaq istəmirdi. Təsəvvür edin, uşağımız 20 yaşında olanda, mən 98-100 yaşında olaram. Jülidə də bu səbəbdən uşaq istəməyin lazımsız olduğunu bilirdi. Mənimlə olan qadın şanslı biridir. Çünki məsələn, mən xanımıma get mənə onu gətir, bunu gətir deyən biri deyiləm. Yaşadığımız ev kirayədir. Bunun səbəbi isə mənim maliyyə vəziyyətimi yaxşı idarə edə bilməməyimdir. Restoran işinə girdim 1 milyon dollarım getdi. Gəmiyə marağım var idi. Düzəltdirdiyim gəminin pulu ilə ən azı 10 ev ala bilərdim. Ümumilikdə 5 milyon dollar itirdim.

Mətin həmişə mənə “Zəki, belə etmə, bax mən necə toplayıram pulumu, sən də israfçılıq etmə” deyirdi. Bir evim var. Evin salonunda 1100 ədəd budda heykəli var. Evimin alt hissəsində isə qatar dünyam var. Bunlar mənim ən böyük sərvətimdir…”

Gallery

Ölümü

Zəki Alasya mayın 8-i saat 10:32-də xəstəxanada dünyaya gözünü yumdu. Xəstəxanadan verilən açıqlamaya görə, onun ölümünə səbəb qaraciyər xəstəliyi oldu. Qeyd edək ki, aktyor aprelin 22-dən bu günədək müalicə olunurdu. Zəki Alasyanın ötən ay birdən səhhəti pisləşib, xəstəxanaya aparılıb və müalicədən sonra evə buraxılmışdı.

Zəki Alasyanın həyata göz yumması ilə bütün Türkiyə kədərə büründü. Onun ölümündən sonra məşhurlar sosial mediada başsağlığı verib, kədərlərini dilə gətiriblər. Alasyanın ölümündən ən böyük üzüntü yaşayanlardan biri isə ayrılmaz ikilidən digəri Mətin Akpınar olub. Alasyanın can dostu Mətin Akpınar kədərini belə ifadə edib: “Zəki Alasya mənim ikinci yarım idi. Yarım getdi, canım getdi. Hamı üçün böyük itkidir. Hər ölüm gəncdir, amma Zəki çox tez öldü. Təəssüf ki, qaraciyərindəki problem çox gec bilindi, əlimizdən gələn bir şey yox idi. Son zamanlar könlünü almağa çalışır, rahat olması üçün əlimizdən gələni əsirgəmirdik. 15 gündü çox pis idi. Son iki gündür mən yanındaydım. Bu gün sevdiyi yeməyi bişirib aparacaqdıq ki, bu xəbər gəldi. Qədərimiz bizi birləşdirmişdi. Atalarımız eyni firmada çalışırdı, analarımız vəfat edəndə mollaları belə eyni idi. Tale bizi birləşdirdi və ölənə qədər də ayrılmadıq. Ayrılmağımız haqqında dedi-qodular əsassız xəbərlər idi. İndi isə həqiqətən ayrıldıq, bəziləri xına yaxa bilər artıq. Çox bacarıqlı idi. Hətta dərziliyi də bacarırdı. Zəki uğurlu sənətkar idi. Qısa ömrünə çox uğur sığdırdı…”

news-inner-user

16518 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
20:57 23 Sentyabr 2020
"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020
Qəni Camalzadənin sosial-bədii nəsri - Aydın Xan yazır
16:47 23 Sentyabr 2020
“Uliss”in tərcüməçisi dünyasını dəyişdi
16:08 23 Sentyabr 2020
Aqil Abbas: "Dağlıq Qarabağda vətəndaşlığımızı qəbul edən ermənilərlə işimiz yoxdur"
15:30 23 Sentyabr 2020
Şəbnəm Tovuzlunun erotik dərdi
14:49 23 Sentyabr 2020
Lalə Məmmədova həmkarlarını qınadı: "İcra başçılarından qorxurdunuz?"
14:06 23 Sentyabr 2020
Elçin Əfəndiyev: "Çox yaramaz iddiadır" -Məktub
13:29 23 Sentyabr 2020
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr edildi
12:51 23 Sentyabr 2020
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyamızın banisi haqqında maraqlı faktlar
12:06 23 Sentyabr 2020
“Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü olacaq
11:17 23 Sentyabr 2020
İnternet yoxdursa, necə olacaq? – Əyalətin təhsil dərdi
10:45 23 Sentyabr 2020
Nobel mükafatının təqdimat mərasimi təxirə salındı
10:16 23 Sentyabr 2020
Tom Kruzun kosmosa gedəcəyi tarix bəlli oldu
09:44 23 Sentyabr 2020
Ömər Faiqin İngiltərədə yaşayan nəticəsi: "Mirzə Cəlil babamın qollarında can verib" - Müsahibə
09:00 23 Sentyabr 2020
Tanınmış bəstəkara ağır itki üz verdi
18:41 22 Sentyabr 2020
Tarkovski ilə bağlı kadrarxası çəkilişlər hərraca çıxarılacaq
18:04 22 Sentyabr 2020
Sən ağlama, bulaq səslim – Qismət Məsimin yeni şeirləri
17:15 22 Sentyabr 2020