Sirkləşən mətbuat

Sirkləşən mətbuat
28 aprel 2015
# 08:00

Tamaşaçının iki göz də borc alıb baxdığı proqramda aparıcı Nanə xanım ifaçı Rəmişlə həyat yoldaşını yenidən evləndirirdi. Aparıcı sevindiyindən əl-ayaq açmışdı. Reytinq uçacaqdı. Tanınmış, kütlə arasında az qala əfsanəviləşmiş aparıcı, yanında ağ gəlinlikdə həyat yoldaşı, qızıl hədiyyələr, ağlamalı mahnılar, o boyda ömür tarixçəsi. Amma bu, deyəsən bəs etmirdi. O gəlinlikdəki qadının keçmiş əzablarını xatırladıb ağlatmalı idi. Gülünün göz yaşları ilə Nanə xanımın gözləri eyni anda parıldadı. Reytinq!!

Səhər verilişində Rövşanə Bektaşi qonaqlarını danışdırır. Onlardan biri stilist Samirdir. Aha. Deməli aparıcı xanım mütləq fərqli cinsi orientasiyası olan qonağı buna görə kiçicik bir nüansla ələ salmalıdır. İmkan düşən kimi Rövşanə xanım bunu uğurla həyata keçirir: gah ona “İş işdən keçib” deyərək qadın paltarı geyinməyi təklif edir, bu yerdə hiyləgərcə təbəssümlə auditoriyaya baxır- alqış və hırıldaşma payını alandan sonra soruşur: “Burada nə var? Nəyə gülürsünüz?”

Baxıb düşünürsən, aparıcı xanım qonağa hörmət etmirsə, söz sahibi olacaq adam saymırsa, efirinə niyə çağırır? Əlbəttə, həqiqəti üzə çıxarmaq üçün müxbir müsahibinin üstünə gedə, onu sıxışdıra da bilər. Amma bizim gördüyümüz sadəcə ələ salmadır ki, bunu aparıcının Zaur Kamal adlı həmkarı başqa kanalda daha parlaq şəkildə təkrarlayır.

Reytinq ələ salmalar, şəxsi kədərlər, göz yaşları üzərində qurulur, alver bunun üstündə gedir. Bu alversə hər yerdədir. Sənayeləşib. Yeniyetmə sevgilərinə fon olan bayağı sevgi mahnılarından tutmuş varlıların şərab içə-içə əzilənlərin fotolarına baxdığı iri sərgi salonlarınadək. Led ekranlarda Yaxın Şərqin qan ağlayan görüntülərinədək... Sən demə, hər şey alınıb satılan bir şeydir. Ağrı acı isə xüsusən baha gedir.

Bir zamanlar sirklərə xüsusi eybəcərliyi olan fiziki qüsurluları götürürdülər. Bu, insanlara maraqlı idi. İndi mətbuat bu sirk funksiyasını öz üzərinə götürür. Media sirklə eyni duruma salınıb- adamları gah sirkdəki kimi qutuya qoyub kəsirlər (başlıq aldanışları), gah fiziki məhdudiyyətləri və ya genetik qüsurları nümayiş etdirirlər (TV-lər vaxtaşırı olaraq efirdə üçayaqlı buzovlara, ikibaşlı quzulara yer ayırır), gah da bədbəxt ayıları yemə görə mayallaq aşdırırlar. Bir anlıq heyrət ucun dəridən qabıqdan çıxmaq var. Mətbuat çətin işdir...

# 3816 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər