writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

544
clock12:14 calendar-gray 27 Aprel 2015 view-gray93 dəfə oxunub
view-gray93 dəfə oxunub

Arif Alışanova açıq məktub

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova açıq məktub

Hörmətli, sədr!

Azərbaycan telekanallarındakı şou verilişlərindən siz də xəbərdarsız. Yəqin işiniz gərəyi hərdən kanalları çevirib baxırsız. Yoxsa inanmıram, ürəyinizdən yerli kanallara baxmaq keçə.

Efir müğənnilərin at oynatdığı, bir-birindən bayağı, mənasız verilişlərlə doludur. Hansı kanalı açırsan bir müğənni nəsə oxuyur, çal-çağır baş alıb gedir. Ətraflı yazmağa nə hacət. Mənzərəni məndən yaxşı bilirsiz. Bu barədə illərlə yazılıb. İllərlə deyilib. Telekanallarda bir dənə intellektual, elmi-bədii veriliş tapmaq olmur. Müğənnilər alimin də adına danışır, falçının da.

Efirdə baş alıb gedən bu çal-çağırın, mənasız karnavalın fonunda bir kanal var ki, heç nəyə baxmayaraq özünün elmi, tarixi, ədəbi, mədəni verilişləri ilə bu cür verilişlərə susamış tamaşaçını özündə saxlamağa çalışır. Bu AZTV Mədəniyyət kanalıdır.

Əlbəttə bu kanalda da verilişlər o ənənəvi, mühafizəkar ruhdan kənar deyil, 40-50 il əvvəlin standartlarından uzaqlaşmayıblar.

Amma olsun, heç olmaya təsəlli üçün Mədəniyyət kanalı var. Vallah, Nadir Qafarzadə və ya Telli Borçalıdansa o kanallara baxmaq maraqlıdır.

Ola bilsin ki, AZTV Mədəniyyətdəki verilişlər dünya standartları, gəncliyin tələbatını ödəyəcək səviyyədə deyil. Amma hər halda heç olmamağındansa bu verilişlərin olmağı yaxşıdır. Başqa kanallardan bezəndə çevirib təsəlli tapmağa bir kanal olmalıdır, ya yox?

Bu baxımdan Mədəniyyət kanalı daha çox yaşlı nəslin maraqlarına cavab verir.

Sizin kanalda bizim qələm dostlarımızın da aparıcılıq elədikləri “Məclisi-üns” verilişi gedir. Desəm ki, bu veriliş mənimlə yaşıddır, yalançı çıxmaram. “Məclisi-üns”də 30-40 illik efir qaydaları qorunub saxlanılır. Dünyadakı dəyişikliklər, internet, sosial şəbəkələr və sair yeniliklər elə bil bu verilişin yanından yel olub belə keçməyib.

Bu veriliş mənə daha çox rusların “Nostalgiya” kanalını xatırladır. Bilməyənlərə deyim ki, bu kanalda Sovet dövründə göstərilmiş verilişləri təzədən efirə buraxırlar.

Bilməyənlərə bir də onu deyim ki, adından göründüyü kimi ədəbiyyat adına bizim efir məkanında damazlıq kimi qalmış bu verilişdə daha çox klassik Şərq ədəbiyyatından söhbət açılır; Nizaminin, Xəqaninin, Nəsiminin, Füzulinin, Seyid Əzim Şirvaninin yaradıcılıqları bəlkə mininci dəfə müzakirə olunur.

Klassik ədəbiyyatda yer alan anlayışlar tədqiq olunur. Verilişin aparıcıları kifayət qədər modern təfəkkürlü dostlarımız İlqar Fəhmi, Əsəd Cahangir, Mail Yaqub maraqlı söhbətlər edirlər. Sonra da muğam nömrələri səsləndirilir.

Ola bilsin gənc nəsil üçün maraqsızdı, amma yaşlı nəsil və ədəbiyyatla maraqlananlar baxırlar.

Mən sizə başqa bir təklif vermək istəyirəm. Onsuz sizin kanalda reytinq dalınca qaçılmır. Zatən 40 ildir formatı dəyişməyən “Məclisi-üns” verilişindən bu görünür.

Sizdən xahiş edirəm, elə eyni şəxslərin aparıcılığı ilə yeni bir veriliş də yaradasız. O verilişdə klassik və müasir dünya nəsrindən söhbət açılsın, dünyada tanınan, Nobelli-Nobelsiz yazarların əsərləri müzakirə olunsun. İstər İlqar Fəhmi, istər Əsəd Cahangir bu bacarığa kifayət qədər yiyələnmiş adamlardır, onlar bu işin öhdəsindən asanlıqla gələrlər. Hə, nümunə üçün Rusiyanın RTR kanalında yayımlanan “Muncuq oyunu” verilişinin formatını götürmək olar.

Bu verilişlə siz kanalınızın mühafizəkar görkəmini qoruyaraq yeni tamaşaçı kütləsi qazana bilər, həm də maarifçilik işində böyük töhfə vermiş olarsız.

Ümid edirəm ki, xahişim nəzər alınacaq və biz-hər şeydən əli üzülmüş mağmın Azərbaycan tamaşaçıları həftədə heç olmaya bircə dəfə dünyadakı ədəbi proseslərdən xəbər verən, çağdaş proseslərə qoşulan bir verilişə baxa biləcəyik.

Minnətdaram.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Ən gözəl qış mənzərələri - Fotolar
17:47 13 Dekabr 2019
Yaradıcılıq Fakültəsində Fəxri Uğurlu ilə görüş keçirilib
17:10 13 Dekabr 2019
Dostlar əlində yıxıldım... - Şeirlər
16:30 13 Dekabr 2019
Azərbaycanlı aktyor evində ölü tapıldı - 3 gündən sonra
15:54 13 Dekabr 2019
İsa peyğəmbərin bağlanan kitabxanası
15:18 13 Dekabr 2019
"Sözləri Hüseyn Cavidindir" adlı not kitabı təqdim olunacaq
14:40 13 Dekabr 2019
Bakıda yaşayan gürcü şair əməliyyat olundu
14:00 13 Dekabr 2019
Arvadının sevgilisini zorlayan ər
13:50 13 Dekabr 2019
“Ustad” jurnalının yeni nömrəsi çap olundu
13:20 13 Dekabr 2019
Aqşin Yeniseylə Salam Sarvanın tərcümə davası - Qalmaqal
12:43 13 Dekabr 2019
Hansı yazıçılarımız deputatlığa namizədliyini verəcək? - Sorğu
12:14 13 Dekabr 2019
Tanınmış Nəsimişünasdan şok açıqlama: “Bildiklərimiz gerçəkliyi əks etdirmir”
11:41 13 Dekabr 2019
Halük Levent Bakıda konsert verdi - Fotolar
11:11 13 Dekabr 2019
Orxan Pamukun qapısında yatan azərbaycanlı
10:40 13 Dekabr 2019
On dörd yaşlı serial ulduzu vəfat etdi
10:15 13 Dekabr 2019
"Oqtay Eloğlu" tamaşası təqdim olunacaq
09:50 13 Dekabr 2019
Anasını döyüb, pulunu əlindən alan Zamin
09:00 13 Dekabr 2019
Rahid Uluselin kitabı İranda nəşr edildi
18:46 12 Dekabr 2019
"Oskar"a təqdim olunan Azərbaycan filmləri - Siyahı
18:11 12 Dekabr 2019
Azərbaycanda ilk dəfə internet serialı çəkilir
17:20 12 Dekabr 2019