news-inner
clock16:33 calendar-gray 22 Aprel 2015 view-gray152 dəfə oxunub
view-gray152 dəfə oxunub

“6 ay alkoqolizm müalicəsi aldım, yenə içirəm”

Rejissor Lars fon Trier bir neçə ay öncə müsahibəsində alkoqol və narkotik asılılığından müalicə aldığını demişdi. Rejissor bu günlərdə “The Guardian” qəzetinə müsahibədə bununla və digər məsələlərlə bağlı fikirlərini açıqlayıb.

-Anonim alkoqolik qrupunda olmaq necə hiss idi?

-Yarım il ərzində hər gün anonim alkoqoliklərlə (Anonim alkoqoliklər- bir birilə təcrübələrini bölüşən, alkol asılılığından xilas olmağa çalışan, insanların cəmiyyəti) görüşürdüm. Biz bir-birimizi içki içməmək üçün dəstəkləyirdik. Bu insanlar ailəmə çevrildi. Mən bütün gücümü sərf elədim ki, içki içməyim. İndi yenə də bir az içməyə başlamışam və artıq işləyə bilərəm. Film çəkmək ağır işdir. Ona görə də siz daha çox içməyə meyllənirsiz.

-Yəni içki sizin yaradıcılığıniza gedən qısa yoldur?

-Mənə kömək edən müxtəlif narkotik maddələr qəbul etmişəm. Amma içki bəzi həyəcanları adlamağa daha yaxşı kömək edir.

-Bu həyəcan hardan yaranır?

-Mənim belə nəzəriyyəm var: alimlər deyir ki, bzim əqli əməyimin 80 faizi hisslərimizin qarşısını almağa yönəlib. Daha doğrusu, bizdə lazımsız informasiyaların bloka salınması üçün filtr var. Əgər siz həssassınızsa bu, o deməkdir ki, həmin filtrlər bir az pis işləyir. Hər halda anonim alkoqolik qruplarında bunu görürəm. Həssaslıq sizi daim həyəcana təhrik edir.

-Həyəcanınızı idarə etmək metodunuz necədir?

-Onunla sülh imzalamaq zəruridir. Bu, çətin də olsa yaxşı nəzəriyyədir. Film çəkəndə özün üçün nəsə eləməyə vaxt qalmır, ona görə heç olmasa içməlisən ki, səhər çəkiliş meydanına gəlmək durumunda olasan. Bunu “Qaranlıqda rəqs edənlər” filminin çəkilişi zamanı Byorkla elədiyimi xatırlayıram, mən qışqırırdım. Bu, bir növ mübarizəidir. Byork elə dəlisov idi ki, hər dəfə meydandan qaçmaq istəyirdi. Mən onun arxasınca getməli və onu fikrindən daşındırmalı olurdum. Məni başa düşün, o, işlədiyim ən yaxşı aktrisalardan biri idi.

-Psixiatrik terapiyanın sizə köməyi dəydi?

- İndi mən çox dərman qəbul edirəm. Bəzən psixiatrım deyir ki, həddən ziyadə çox içirsən. Amma özümü yaxşı hiss edirəm.

- Belə bir hiss var ki, hər filminizdə nəyəsə etiraz edirsiz. Belədir?

-Qiyam ailəmin bir hissəsidir. Təbii ki, hamıya meydan oxyuram ona görə ki, burdan filmlərim üçün hansı faydanı əldə edəcəyimi başa düşüm.

-Sizcə Danimarka kimi cəmiyyətdə yaşayan insanlar diktatura və yoxsulluğa qarşı mübarizə aparmalıdırlarmı?

-Mən məhz qiyam edə bildiyim yerdə yaşayıram. Dediyiniz kimi biz nisbətən komfort həyat yaşayırıq, hərçənd, bizdə də əvvəllər heç olmayan terror aktı baş verdi. Bunun sayəsində elə film edə bilərəm ki, insanların görməyə vərdiş etdiyindən fərqli və həqiqətən də vacib olsun.

-Terror aktları ilə bağlı fikirləriniz necədir? Bəlkə doğrudan da bəzi zarafatları qadağan eləmək lazımdır?

-Bəzi şeylər, deyəsən, hətta insanları həvəsləndirir ki, ağlına gələn rəsmləri çəksinlər. Onlar buna reallıqda həmişə yeri olmayan söz azadlığı kimi baxırlar. Danimarkada da müsəlmanları qəzəbləndirən və təhqir etmək istəyən sağ ekstrimist qüvvələr var. Siyasi nöqteyi-nəzərdən bizdə vəziyyət Fransa ilə müqayisədə bir az fərqlidir. Hər halda “Charlie Hebdo” əks baxışların qəzeti idi.

-Hansı filminiz sizin üçün nəsə bəyanat xarakteri daşıyır. Qorxmursuz ki, tamaşaçı sizi yanlış anlayar?

-Çoxdan demişəm ki, filmlərimin hansı məqsədlə necə istifadə olunmasına laqeydəm. Mənim üçün vacib olan yeganə şey - son filmimin (“Nimfomanka”) müxtəlif versiyalarının olmasını anlamalarıdır. Və vacibdir bilsinlər ki, onlardan hansı mənim rejissor versiyamdır.

-Niyə sizin filminizdə cins bu qədər vacibdir?

-Mən nudist ailədə doğulub böyümüşəm. Biz filmimizi porno və kompyuter qrafikası sayəsində bu qədər real edə bilmişik.

-Filmlərinizdə “diskomfort” yaratmaq sizin yaradıcılığınızın fundamental hissəsidir?

-“Nimfomanka”nı çəkənə kimi çox oxudum. Dostoyevskinin bütün əsərlərini oxudum. İndi isə həddən ziyadə sevdiyim “Anna Karenina” ,“Hərb və sülh”ü oxuyuram. Yazıçıların kitablarında isitifadə elədiyi çox şey fantastikdir - onları filmlərimə gətirə biləcəyimi görməyə cəhd edirəm.

-Niyə sizin əsas qəhrəmanlarınız qadnlardır? Düşünürsüz ki, özünüzün qadın tərəfi ilə daha çox kontaktda olursuz?

-Ola bilər. Eyni şeyləri kişilərə, onların qəhrəmanı vasitəsilə vermək fövqəladə çətin olardı. Bundan başqa mən həmişə Karl Dreyerin pərəstişkarı olmuşam, onun filmlərində qadınlar həmişə əsas qəhrəmanı oynayıb.

-“Doqma 95” hələ də mövcuddur?( Bu manifestə görə texnika və stilistika tamaşaçı üçün az əhəmiyyətli və maraqlıdır, nəinki süjet və presonajlar)

-Düşünmürəm ki, indi bu qaydalar əsasında filmlər çəkilir. Biz kollektvlə üzün müddət müzakirə elədik ki, belə bir işi davam etmək mümkündürmü? Amma hər şey onunla bitdi ki, biz çox ucuz, bayağı filmlər satın almalı olduq, hərçənd, özümüz bayağı olmaq üçün çalışmadıq. Biz yalnız aktyorlarımız üçün şərait yaratdıq ki, öz işlərini yaxşı icra etsinlər.

-Vaqnerin “Tristan və İzolda” operasının prelüdiyası “Melanxoliya” filmini müşayiət etməsinin səbəbi nədir?

-Stenli Kubrikin filmlərinə baxandan sonra mən də son iki filmimdə musiqi motivlərini xüsusi istifadəyə cəhd eldim. 15 il əvvəl Bayroyt (Almaniyada hər il Vaqnerin əsərlərinin ifa edildiyi musiqi festivalı) musiqi festivalında işləmişəm. Bir neçə il əvvəl özümə dedim ki, əgər nə vaxtsa opera hazırlamaq fikrinə düşsəm, o, mütləq Bayroytda gördüyüm “Üzük” operasına oxşasın. (Vaqnerin “"Nibelunq üzüyü” operalardan ibarət tetralogiyası nəzərdə tutulur) İndiyə kimi də bu ideya füsunkar səslənir!

Oxşar xəbərlər

Xəbər lenti

Bob Dilan 8 il sonra sükutu pozdu
18:07 28 Mart 2020
Pandemiya günlərinin Təpəgözü
17:33 28 Mart 2020
Gənc şair karantindən şeir yazdı: Mənə kölgəni göndər
16:41 28 Mart 2020
Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan, yataqdan videosu yayılan reper – Maraqlı faktlar
15:40 28 Mart 2020
Tanınmış müğənnidən cəsarətli addım: "Bir-birimizə dəstək olaq"
14:50 28 Mart 2020
Şahbaz Xuduoğlu: "Kitab sifariş edən daha çox yaşlılardır"
13:17 28 Mart 2020
Seymur Baycandan yeni yazı - Bu əcinnə gərək mənim qarşıma çıxaydı?
12:23 28 Mart 2020
Nazirlik televiziya kanallarına filmlərlə bağlı müraciət etdi
11:28 28 Mart 2020
Respublika Uşaq Kitabxanasından balacalara tövhə
10:14 28 Mart 2020
Masonların sirrini açan bəstəkarı əslində kim öldürüb? - "Sehrli fleyta"nın sirri
09:00 28 Mart 2020
Azərbaycanlı jurnalist vəfat etdi
21:58 27 Mart 2020
Xalq artisti torpağa tapşrıldı - Belə dəfn görmədiniz - Fotolar
16:49 27 Mart 2020
Qan qoxulu Kolizey - Şəhla Nihandan yeni hekayə
16:41 27 Mart 2020
"Evdə qal" aksiyası Bakıda bədii kitabların satışını artırıb
15:39 27 Mart 2020
Onun çılğın yanğısı, həzin iniltisi... - Dilruba
14:30 27 Mart 2020
Atasına görə adı dəyişdirildi, sevdiyi oğlan Səməd Vurğunun qızıyla nişanlandı, 40 yaşda ailə qurdu – Müğənnimizin film kimi həyatı
13:33 27 Mart 2020
Azərbaycanın Xalq artisti vəfat edib
12:44 27 Mart 2020
Böyük dilçimizin yanıldığı məqam
11:40 27 Mart 2020
Vudi Allenin kitabı çıxdı
10:20 27 Mart 2020
Avtobusda məni şərləyən gəlin - Bircənin romanı
09:02 27 Mart 2020