news-inner
clock08:45 calendar-gray 02 Mart 2015 view-gray347 dəfə oxunub
view-gray347 dəfə oxunub

Şairə Cığatel: “Evimiz yandı, şeir yazmağa başladım”

Kulis.az-ın “Misra qılıncı” layihəsinin qonağı şairə Cığateldir.

- Sizdən müsahibə götürmək istədiyimizi deyəndə narahatçılıq keçirdiyinizi gördüm. Hətta əlavə etdiniz ki, bəzi jurnalistlər qərəzli suallar verirlər. Bəlkə elə müsahibəyə burdan başlayaq... Qərəzli suallar verənlər kimlərdir və ümumiyyətlə qərəzli sual deyəndə nəyi nəzərdə tutursuz?

- Bəli qərəzli suallar verirlər. Kiminsə haqqında soruşurlar, şəxsi suallar verib, özəl həyatını car etmək istəyirlər. Hərçənd mənim özəl həyatım normal bir həyatdır.

Oğlum, qızım, gəlinim, nəvələrim, həyat yoldaşım...

- Bəs bu qəliz sualların məhz sizə verilməsinin səbəbi nədir?

- Bunu bütün tanınmışlara verirlər məncə. Bir də ki... Vallah bilmirəm məqsədləri nədir?

Amma elə gözəl jurnalistlər var ki, yaradıcılıq haqda olur söhbət...

- Dediniz ki, normal ailəniz var. Buna görə bu sualların mənə verilməyi düzgün deyil. Lap yaxşı. Sizin dediyinizdən belə çıxır ki, şəxsi həyatla bağlı suallar normal ailəsi olmayan adamlara verilməlidir eləmi?

- Əvvəla demədim düzgün deyil. Dedim ki, belə suallar verirlər. Deyəsən siz də qərəzlisiz. Yaxşı olar ki, yaradıcılıq haqda verəsiz sualları.

- Yox, nə qərəz. Bildiyimizə görə tamada kimi toylara gedirsiz. Sizə ilk qadın tamada demək olarmı?

- Xeyr, mən şairəm. Və sevənlərin istəyilə təbriklərim olur.

- Çığatel valideynlərin sizə verdiyi addır, yoxsa təxəllüs götürmüsünüz?

- Adımdır...

- Lap yaxşı. Bəs Facebookda adınızın yanına şairə və poeziya sözlərini yazmağınız hansı məqsədə xidmət edir?

- Bunu Markdan soruşun. Cığateldən sonra iki söz tələb etdi məndən. Əlacsız qalıb elə yazdıq.

- Nə vaxtdan şeir yazırsınız?

- Uşaq vaxtı bir neçə şer yazmışdım. Sonra 33 yaşımda evim yandı, şiddətli yazmağa başladım. Bu barədə dəfələrlə efirdən demişəm və hətta süjet də olub.

- Uşaq vaxtı yazdığınız şeirlər kimə yazılmışdı: valideynlərinizə, təbiətə, Vətənə, yoxsa...

- İlk şerimin adı "Qaranquş" olub. Sonra müəllimimə şeir yazmışam. Bir də 1982-ci ildə “Azərbaycan” adlı inşamı şeirlə yazıb 5/5 almışdım.

- Təbrik edirəm. 33 yaşından sonra yazdıqlarınızı kitab kimi çap etdirmək imkanı olubmu? Neçə kitabınız var?

- Təbrik üçün təşəkkür edirəm. Özümün imkanım olmayıb. Ağır günlər yaşamışam. Amma sağ olsun dəyər verən insanlar, kitabımın işıq üzü görməsinə kömək ediblər. Dörd kitabım çıxıb. Son-"Seçilmişlər" adlı kitabım seçmə şerlərdən ibarətdir ,"Kitab klubu”nun xahişi ilə çıxıb. Yəni kitab satış mərkəzlərindən almaq istəyən çox olub dediklərinə görə və çap etdilər. İndi satışda var.

- Yazıçılar Birliyinin üzvüsünüzmü?

- Bəli. 2005-ci ildən üzvüyəm.

- Dediz, həyatınız ağır keçib...

- Hə, uzun məsələdi. Çox imkanlı idik, evimiz yandan sonra müflis olmuşuq, yoldaşım xəstə olub. İndi yaxşıdır, şükür. Ailənin qəhri üzərimə düşüb, çox böyük əzabla böyütmüşəm övladları....

- Bu gün aşıq şeirinə birmənalı münasibət yoxdur, deyirlər köhnəliyin əlamətidir, bundan uzaqlaşmaq lazımdır. Siz necə düşünürsünüz?

- Qətiyyən elə düşünmürəm. Milli dəyərlərimizi qorumaq daha da gözəlləşdirmək lazımdır. Şeir hansı formada yazılır yazılsın əsas məntiq, məna və özəl olmalıdır. Belə olanda şerin janrı fərq etmir.

- Bu baxımdan qafiyəli, xalq şeiri yazan adam kimi sərbəst şeir yazan adamlara münasibətiniz maraqlı olardı...

- Məndə şeirin hər forması var sadəcə dillərdə gəzən o şerlərdir. Dedim axı əsas məntiqdir. Şerin içində məna varsa əlbəttə gözəldir münasibətim. Bax görürsünüz elə anlamadığımız xarici musiqilər var ki, dinlədikdən doymuruq. Çünki içində ruh var.

- Bilirsiz, bu Şəhriyar del Gerani, Qismət, Cəlil Cavanşir sizin kimi populyar olmaq üçün çox cəhd göstərirlər, ancaq sizin qədər məşhur ola bilmirlər. Sizcə bunun səbəbi nədir? Onların sərbəst şeir yazmağı yoxsa?

- Sərbəst yazan şairlərimizi bəyəm sevmirlər ki? Sevirlər əlbəttə. Bir də ki, mən məşhur olmağa heç cəhd eləmədim. Hər kəsin sevənləri var. İnanıram ki, onları da sevən çoxdur.

- Bəs sizi efirə bu qədər çox dəvət edirlər? Məsələn, elə hər gün deyirsiz efirdəyəm müsahibə verməyə vaxtım yoxdu.

- Bəli son vaxtlar çox dəvət etdilər. Bu mənlik deyil ki, sağ olsunlar, özləri dəvət edir. Təsadüfdən siz müsahibə almaq istərkən hər dəfə efir vaxtına düşdü.

- Sazda ifa edə bilirsiz?

- Çox sevirəm sazı, bir az öyrəndim vaxtım olmada tam öyrənməyə. 5-6 hava bilirəm, o da qeyri-mükəmməl.

- Çığalı təcnisləriniz varmı?

- Təcnis var, amma cığasızdır.

- Bir daha dünyaya gəlsəydiniz yenə şairliyi seçərdinizmi?

- Şairliyi Allah seçir. Mən alın yazımı yaşayıram sadəcə.

- Uğurlar, maraqlı müsahibəyə görə sağ olun.

- Buyurun. Razı qaldınızmı?

- Əlbəttə, təşəkkür edirəm.

- Mən də təşəkkür edirəm.

Oxşar xəbərlər

Xəbər lenti

Mahatma Qandinin aforizmləri
21:02 03 İyul 2020
Haqverdiyevlə bağlı film hazırlanır
18:30 03 İyul 2020
Ondan qorxurduq – Bacısı qızı Kafkadan yazır...
17:47 03 İyul 2020
Mehriban Vəzirdən yeni kitab
16:58 03 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
16:13 03 İyul 2020
"Sehrbaz qadın" onlayn nümayiş olunacaq
15:21 03 İyul 2020
Xarici İşlər Nazirliyi nota göndərməlidir - Kino adamları od püskürdü
14:30 03 İyul 2020
Uşaqlar üçün tamaşa
13:57 03 İyul 2020
Anar yeni ssenarisini çəkməyə vəsait tapmır
13:15 03 İyul 2020
Hoşcakal, İrfan bey! – Ayxan Ayvaz yazır...
12:33 03 İyul 2020
Dünya ilə oynayan iki qadın - Mehman Qaraxanoğlu yazır...
12:07 03 İyul 2020
Qəmli-qəmli sevişmək – Oğuz Ayvaz yazır...
11:41 03 İyul 2020
Türkiyənin Azərbaycandakı keçmiş müşaviri vəfat edib
11:16 03 İyul 2020
Günün şeiri Küçük İsgəndərdən - Mətn
10:58 03 İyul 2020
Orxan Pamuk qızına çap qadağası qoydu
10:26 03 İyul 2020
İstəyirdim kimsə məni itələyib küçənin ortasına yıxsın - Bircənin romanı
09:00 03 İyul 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar
18:41 02 İyul 2020
Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə
18:04 02 İyul 2020
Kosmosun qoxusu necədir? - NASA-dan 2 il əvvəl bunu düşünən azərbaycanlı
17:23 02 İyul 2020
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olundu
16:41 02 İyul 2020