writer1

Gülnaz Məmmədli

Məqalə sayı

9
clock14:31 calendar-gray 27 Fevral 2015 view-gray222 dəfə oxunub
view-gray222 dəfə oxunub

Azərbaycanda qız soyqırımı

Dünən sosial şəbəkədə gəzişərkən gözümə bir xəbər sataşdı: qız uşaqlarının abortunun qarşısını almaq üçün dövlәt ailəyə hәr ikinci qız uşağına gorә 10 min manat verәcәkmiş. Xəbərin doğru olub-olmaması məni o qədər də maraqlı deyil, amma, demək, insanların qafasında qızlarla bağlı böyük demoqrafik problem hökm sürür.

Vəziyyətin daha aydın anlaşılması üçün “Ans-press”ə istinadən statistikanı nəzərinizə çatdırmaq istəyirəm: “Statistik məlumatlara görə, Azərbaycanda yeni doğulan körpələr arasında oğlanların sayı qızlara nisbətən 8 faiz çoxdur. Bunun səbəbi qız uşaqlarının daha çox abort edilməsidi. Normada hər doğulan 105 oğlan uşağına 100 qız düşməlidir, amma artıq kəskin fərq var, belə ki, son hesablamalara görə 112 oğlana 100 qız uşağı düşür. Azərbaycanda əhalinin 49 faizini kişilər, 51 faizini isə qadınlar təşkil edir. Yeni doğulan uşaqlar arasında isə əksinə nisbət oğlanların xeyrinədir. Statistikaya görə, bu ilin 3 ayı ərzində 40 minə yaxın uşaq doğulub. Onlardan 53,8 faizi oğlan, 46,2 faizi qızdır. Bu isə gələcəkdə ciddi demoqrafik problemlər yaradacaq.”

Bilməyənlər üçün qeyd edim ki, selektiv abort – dölün cinsinə görə hamiləliyə süni şəkildə xitam verilməsidir. Azərbaycanda hansı cinsə üstünlük verildiyini deməyə ehtiyac duymuram. Bu vəziyyət illərdir, davam edir və artıq norma halını alıb.

Oğlan övladı doğan qadın ər evində yerini bərkitmiş sayılır. Gəlinlər arasında oğlu olanın hörməti artıq olur. Oğul atası çayxanaya daha ürəkli çıxır, dost-tanış yanında başı uca olur. Qız övladı olan gəlin isə qaynananın, ərinin iynəli atmacalarına dözmək məcburiyyətində qalır. Bu, artıq mənəvi şiddətdi.


Mən hələ döyülənləri, ata evinə göndərilənləri demirəm.


Və bütün bunların məntiqi nəticəsi kimi ciddi problemlə üz-üzəyik: bir neçə il sonra oğlanlarınızı evləndirməyə qız tapmayacaqsız! Anlayırsınızmı?! Bu ikinci sort insan hesab etdiyiniz qadınlar olmasa, nəsliniz artmayacaq. Dövlət bu problemi aradan qaldırmaq üçün, öz övladlarını öldürməməsi üçün valideyinləri pulla şirinlikdirir. Çünki siz pul hərisisiniz!

Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkədə abort bu qədər geniş yayılmamalı idi. Abort - qətldir. İslam humanizm dinidir. Deyirlər ki, Məhəmməd Peyğəmbərədək ərəblər qız uşaqlarını diri-diri basdırırmışlar. İndi nəsə dəyişibmi? Məgər abort edərkən diri varlığı öldürmürükmü?


Keçən günlərdə bir videoya baxdım. Vakkum üsuluyla abortun video çəkilişiydi. Qadının uşaqlığına boru daxil edilir, tozsoran kimi dölü sorur və xüsusi konteynerə artıq döğranmış uşağı farş şəklində sorub tokur. Təsəvvür edin ki, sizi diri-diri yekə ətçəkən maşına soxub doğrayırlar. Təsəvvür edə bilirsinizmi? Necə hissdir? Bəs övladınıza necə qıyırsınız?


Düşünürəm ki, pul təklifi bu problemin həlli deyil. Artıq məktəb illərindən uşağa seksual tərbiyə verilməlidir. Seks sözünü oxuyub üz gözünüzü turşutmayın, “sex” sözü ingiliscədən həm də cins kimi tərcümə edilir. İnanmırsınız, xarici pasportunuzu açıb baxın.

Uşaqlara cinsi tərbiyə verilməlidir, bu, tədris proqramına əlavə edilməlidir. Oğlanları və qızları bir-birinə öncə şəxsiyyət kimi yanaşmağı öyrətmək lazımdı, cinsi diskriminasiyanı aradan qaldırmaq lazımdı. Kişi və qadının bir birini tamamladığını anlatmaq lazımdı. Bu iki cinsin arasında əzəli-əbədi rəqabət ola bilməz!


Mən dostluğa önəm verirəm. Hər bir münasibətdə dostluq olmalıdır valideyn-övlad, ər-arvad, sevgili, bacı və qardaş, iş yoldaşı və sair insani münasibətlərdə. Həyat yoldaşları arasındakı dostluq daha önəmlidi. Ailə həyatında dostcasına yaşayan cütlük boşansa belə dost kimi münasibətə davam etməlidirlər. Xüsusən də, onların müştərək övladları varsa...

Analar, övladların tərbiyəsi daha çox sizdən asılıdır, çünki ana və bala arasında olan bağ bir başqadır. Siz övladınıza həmcinsinə və əks cinsə hörməti aşılamalısınız. Qızlarınıza verdiyiniz öyüd-nəsihətdən oğlunuza da verin. Qadına münasibətin çox aşağı olduğu bir ölkədə oğlunuza qadına sevgi aşılayın, hörmət aşılayın. Məsuliyyət aşılayın. Qadınların seksual obyekt, kişilərin isə pulqazanma makinası olmadığını siz anlatmalısınız.

Oğlunuzun gələcəkdə bir “Özgəcan qatili” olub olmaması sizin əlinizdədir.

Nə fərqi var ki, qadın abortla məhv edilir, yoxsa doğulub boya-başa çatdıqdan sonra?!

Vaxt gələcək, yaşadığımız dövrü "doğulmamış qız uşaqlarının soyqırımı dövrü" kimi lənətlə xatırlayacaqlar!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Mübariz Örəndən yeni hekayə: İlıq
21:00 13 İyul 2020
Nərgiz İsmayılovanın yeni monoqrafiyası nəşr olundu
18:44 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
18:02 13 İyul 2020
Payızda vağzala getməyəsən... - Poetik etüdlər
17:36 13 İyul 2020
Mirmehdi Ağaoğlunun Türkiyədə hekayələr kitabı çap olundu
17:18 13 İyul 2020
On beş ilin salamı – Kənan Hacı yazır
16:39 13 İyul 2020
Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı - Samirə Əşrəf yazır...
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020
Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
10:30 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:34 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020