12 yaşlı qızla seksual münasibət

12 yaşlı qızla seksual münasibət
21 fevral 2015
# 10:23

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində amerikalı rejissor Stenli Kubrikin “Lolita” filmini təqdim edir.

Kubrik “Lolita” filmini məşhur yazıçı Vladimir Nabokovun eyni adlı romanı əsasında ekranlaşdırıb. Nabokov özü filmin ssenaristlərindən biri olub.

Film baş qəhrəman Humbertin Kuiltiyə Lolita adlı qız haqda suallar verməsi ilə başlayır. Kuilti isə onu xatırlamır. Humbert Kuiltini öldürdükdən sonra hadisələr dörd il əvvələ keçirilir.

...Fransız ədəbiyyatı professoru Humbert tətilini Amerikanın Ramzdel şəhərində keçirir. Orta yaşlı qadının pansionatında qalan professor onun 12 yaşlı qızı Lolitaya vurulur. Və Lolitaya yaxın olmaq üçün pansionatın sahibəsi ilə evlənir.

Günlərin birində professorun gündəliyində qızına sevgisini oxuyan qadın əriylə dalaşır, təlaş içində küçəyə qaçanda avtomobilin altında qalır.

Humbert düşərgədə dincələn Lolitanın yanına gedir, ona anasının öldüyünü deyir və onların avtomobillə səyahəti başlayır.

Yaşlı kişi ilə qız arasında intim münasibət başlayır. Lolitanı qısqanan kişi ona həmyaşıdları ilə münasibətinə əngəl olmağa çalışır.

Lolita Humbertə qədər münasibətdə olduğu başqa bir kişi, valideynlərinin dostu olmuş Kuilti ilə qaçır. Daha sonra doğuş zamanı ölür.

Humbert Kuiltinin axtrışına çıxır və onu öldürür. Filmin sonunda professorun həbsxanada öldüyü deyilir.

...1962-ci ildə Kubrik “Lolita”nı çəkmək üçün İngiltərəyə gəlir. Filmi İngiltərədə çəkməyinin əsas səbəbi Amerika ilə müqayisədə burda daha yumşaq senzuranın olması idi.

“Lolita” Kubrikin ictimai mübahisələr doğuran ilk filmi idi. Yaşlı kişi ilə 12 yaşlı ögey qızı arasında sevgi əlaqlərindən bəhs edən film o dövrdə yaxşı qarşılana bilməzdi.

Roman çap olunandan sonra “ədəbsiz”, “əxlaqsız” əsər kimi dəyərləndirilmişdi və məhkəmə prosesinə səbəb olmuşdu. Bəzi ölkələrdə, həmçinin 1955-59- cu illərdə İngiltərədə qadağan edilimişdi.

Kubrik Nabokovdan romanın ssenarisini yazmağı xahiş edir. Yazıçı 400 səhifəlik ssenari yazır. Sonradan bu, 200 səhifəyə kimi azaldılır. Son ssenari versiyasını isə Kubrik özü yazdı. O, filmin çəkilişləri zamanı Nabokovun ssenarisinin yalnız 20 faizini istifadə edir. Sonralar yazıçı öz versiyasını “Lolita: ssenari” adı ilə çap etdirir.

Kubrik anlayırdı ki, cəmiyyətin mühafizəkarlığını nəzərə almaq lazımdır və istehsalat kodeksinə uyğun olaraq filmi həddən artıq açıq-saçıq çəkmək olmaz. Ona görə o, Humbertlə Lolitanın seksual münasibətini publikanın qəbul edə biləcəyi hala gətirmişdi.

Filmə kino tənqidçilərinin münasibəti birmənalı olmadı. Onlardan bəzisi rejissoru cəsarətinə görə alqışlasa da, digərləri Lolota ilə Humbert arasında yaxınlığın göstərilməmisini tənqid eləmişdi.

Kubrik Humbert rolu üçün britaniyalı aktyor Ceyms Meysonu seçsə də, bu rolu məşhur aktyor Lourens Olivyeyə təklif elədi. Amma aktyor agentlərinin məsləhəti ilə imtina elədi. Son nəticədə rejissor yenə Meysonun üzərində dayandı.

Lolita roluna aktrisanın seçilməsi də çətin oldu. Senzuranın tələbi, ictimaiyyətin kəskin reaksiyası ilə qarşılaşmamaq üçün personajın yaş həddi 12-dən 14-ə qaldırıldı.

Əvvəlcə Kubrik Lolita roluna 17 yaşlı Tyusdey Ueldi təklif edir, amma Nabokov bu namizədə etiraz edir. Kubrik uyğun aktrisanı seçmək üçün 800 fotoya baxmalı olub.

Nabokov kitabdakı hadisələrin real dünyaya daşınmasına görə narahat idi. Çünki Lolita personajı uydurulmuş idi və onun reallıqda necə təsvir edilməsi yazıçını qayğılandırırdı.

Yazıçının fikrincə, Lolitanın yeniyetmə yox, uşaq görünüşünə malik, amma böyüklərə xas kişiləri yoldançıxarma qabliyyəti olmalıdı. Və o, düşünürdü ki, bu rola karlik qadın çəkilə bilər.

Onun təklifi ilə Kubrik razılşamır. Nəhayət, 1960-cı ildə Loretta Yanqın şousunda 14 yaşlı Syu Layon rejissorun diqqətini cəlb edir. Bu filmə kimi Layon televiziyada işləmiş və reklamda çəkilmişdi. Kubrik onun şəklini Nabokova göstərir və yazıçı seçimlə razılaşır.

Layon roluna görə “Qızıl Qlobus” mükafatına layiq görülür.

Film ekranlara çıxandan sonra cəmiyyətdə xeyli mübahisələr doğurdu və “Katolik legionu” təşkilatı tələb elədi ki, Humbertlə Lolita arasında seksual kontakta işarə edən səhnə eyhamla, dialoqsuz olsun və yataqda göstərilməsin.

Sonralar Kubrik romanı ekranlaşdırdığına görə peşiman olduğunu deyir. Ona görə, bu romanı kino dilinə çevirmək çətindir.

Filmdə Lolitanın anası divardakı şəkli göstrərək onun mərhum əri olduğunu deyir. Əslində isə bu, gənc Nabokovun fotosu idi.

Roman bir də 1997-ci ildə amerikalı rejissor Edrian Layn tərəfindən ekranlaşdırıldı. İki film arasında müqayisə aparan mütəxəssislər Kubrikin filminin Nabokovun ruhunu daha yaxşı əks etdirdiyini, Laynın filminin isə süjetə daha sadiq qaldığını deyirlər.

Qeyd edək ki, Nabokovun digər romanlarında olduğu kimi “Lolita” da mürəkkəb söz oyunu, ədəbi fəndlər, metaforlar, gözlənilməz keçidlərlə zəngindir.

# 2330 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #