Tərcümə Mərkəzinin əməkdaşları Misirdə

Tərcümə Mərkəzinin əməkdaşları Misirdə
26 yanvar 2015
# 18:32

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin 46-cı Beynəlxalq Qahirə Kitab Sərgisinə ezam olunan əməkdaşları Fərid Hüseyn və Şahin Ələsgərov Misir Milli Tərcümə Mərkəzinin direktoru Ənvər Muğislə görüşüblər.

Misir Milli Tərcümə Mərkəzində baş tutan görüş zamanı F.Hüseyn Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması və fəaliyyəti ilə bağlı Ə.Muğnisə məlumat verib və onları Mərkəzin bu günə qədər ərəb ədəbiyyatından edilən tərcümələri, eləcə də kataloqu ilə tanış edib, Azərbaycanda ərəb ədəbiyyatına və mədəniyyətinə olan maraqdan danışıb: “Hazırda Mərkəzimizdə Misir ədəbiyyatının görkəmli yazıçısı Nəcib Məhfuzun “Yol” və “Miramar” romanları və hekayələri tərcümə edilir. Bundan başqa, Misir ədəbiyyatının görkəmli nümayəndələrindən sayılan Tofiq əl-Həkim, Mahmud Teymur və s. kimi yazıçıların da yaradıcılığı diqqətdən kənar qalmayacaq”.

Daha sonra Azərbaycan ədəbiyyatı antologiyasının ərəb dilinə, eləcə də Misir ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsiylə bağlı Misir Milli Tərcümə Mərkəzinin direktoru Ə.Muğis fikirlərini bölüşüb. “46-cı Qahirə Kitab Sərgisinə Azərbaycan təmsilçisi kimi məhz Tərcümə Mərkəzinin qatılması qurumunuzun kitaba, nəşr sənətinə və tərcümə sahəsində gördüyünüz və planlaşdırdığınız işlərə yüksək diqqət və qayğının göstəricisidir. Buna görə rəhbərliyinizə və sizə təşəkkür edirəm. Azərbaycan ədəbiyyatı antologiyasının ərəb dilinə tərcüməsi, nəşri və yayımı məsələsində bizim üçün əsas olan yazarların müəlliflik hüququnun Misir Milli Tərcümə Mərkəzinə verilməsidir. Biz də öz növbəmizdə Misir yazıçılarının əsərlərinin Azərbaycancan dilinə tərcüməsi məsələsinin həllində bütün mümkün köməkliyi göstərəcəyik. Bundan başqa, Misirin və Azərbaycanın nəşr edəcəyi kitabların xüsusi nəşriyyat nişanları ilə çapı da vacib məsələdir, çünki belə olduqda birgə layihəmiz kimi biz hər iki ölkədə eyni dərəcədə hüquqlara sahib ola və kitabların yayımı ilə məşğul ola bilərik. Sevindirici haldır ki, təmsil etdiyiniz qurum təkcə bədii ədəbiyyatın yox, digər sahələr üzrə də tərcümə işi ilə məşğul olur. Bu da, əlbəttə ki, bizim əməkdaşlığımızın əhatə dairəsini genişləndirir. Ümid edirəm ki, əməkdaşlığımız xeyirli bəhrəsini verəcək”.

Xatırladaq ki, 46-cı Beynəlxalq Qahirə Kitab Sərgisi yanvarın 28-dən fevralın 12-dək fəaliyyət göstərəcək.

# 2212 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər