İngilis dilində qafiyə kitabı

İngilis dilində qafiyə kitabı
13 yanvar 2015
# 12:43

Kulis.az yazar-tərcüməçi Sevil Gültənin “İngiliscəylə bağlı tərcümə məsələləri” məqaləsini təqdim dir.

Mən ingilis dilindən Azərbaycan dilinə, eləcə də Azərbaycan dilindən ingilis dilinə tərcümə etdiyim üçün bu sahədə olan problemlərdən söz açacam.

Tərcümə problemlərindən söz açarkən ilk növbədə lüğətləri qeyd etmək yerinə düşər.

İngiliscə-Azərbaycanca və Azərbaycanca-ingiliscə lüğətlər heç də tələbatı ödəmir. Azərbaycanca-ingiliscə terminlər lüğəti demək olar ki, yoxdur. Frazeloji birləşmələr lüğəti yoxa hesabdır. Tərcümə nəzəriyyəsiylə bağlı kitablar azdır. Hələ də bəzi tərcüməçilər müəlliflərin adlarını “tərcümə” edirlər. İmkanı olan istənilən müəllif öz əsərini İngilis dilinə tərcümə etdirir, lazım gələrsə xarici ölkələrdə yayır. Həmin əsərlərin səviyyəsi necədir? Həmin əsərlər nədən bəhs edir? Bunlarla maraqlanan yoxdur. Məncə tərcümə edilən əsərlərə nəzarət lazımdır.

Tərcümə problemlərindən biri də ölkədə çoxlu sayda tərcümə mərkəzlərinin olmasıdır. Bəzən tərcümədən xəbərsiz adamlar tərcümə mərkəzlərinə rəhbərlik edirlər. Yaxşı olardı ki, ölkədəki bütün tərcümə mərkəzləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində birləşsin və ümumi işə nəzarət olunsun.

İngilis dilindən Azırbaycan dilinə edilən tərcümənin redaktoru ingilis dilini bilməlidir. Ola bilər ki, tərcüməçi nəyisə səhv tərcümə edib, yaxud da hansısa yerdə ciddi səhvə yol verib, tərcüməni redaktə edən ingilis dilini bilərsə, tərcüməçinin səhvlərini görə bilər. Azərbaycan dilindən ingilis dilinə tərcümə edilmiş mətnlər isə mütləq dil daşıyıcısı tərəfindən redaktə edilməlidir. Dil daşıyıcsı tərəfindən redaktə ediləməyən tərcümə mükəmməl tərcümə hesab edilə bilməz. Bədii ədəbiyyatı tərcümə edənlər özləri yaradıcı şəxslər olmalıdır.

Dilçi alimlər dilimizin leksik tərkibini necə zənginləşdirmək yollarını arayıb axtarmalıdır. Məsələn, ingliscə “headrest” (minik maşınında oturacağın yuxarısında baş qoymaq üçün yer) sözü var, mən bu sözün Azərbaycan dilində qarşlığını tapmadım. Bəlkə bu cür sözləri dilimizə qəbul edək? Yaxud “mouse droppings” ifadəsinin ana dilimzdə qarşılığını tapmaqda çətinlik çəkirəm. “Droppings” lüğətdə “Xırdabuynuzlu heyvanların nəcisi, qığ “ kimi verilib. Siçan xırdabuynuzlu heyvan deyil, “Siçan qığı” ifadəsi yerinə düşmür. Siçanın ifrazatını hansı sözlə ifadə etməlidir tərcüməçi?

Azərbaycan dilindən İngilis dilinə tərcümə edərkən çoxmənalı sözlər çox çətinlik törədir. Yaxşı olar ki, Azərbaycan dilindəki ən çox işlənən çoxmənalı sözlərin ingilicə qarşılığı işlənib hazırlansın.

Tərcüməçi hazırlığına diqqət artırılmalıdır. Tərcüməçilik fakultəsində təhsil alanlar da xüsusu qabiliyyət imtahanı verməlidir. Xarici filmlərin tərcüməsi peşəkarlara həvalə edilməlidir.

Məncə, AzTM-nin fəaliyyət dairəsində yoxdursa, müxtəlif universitetlərin tərcümə fakültələrində təhsil alan tələbələri birləşdirən bir qurum olmalıdır. Tərcüməylə bağlı televiziya verilişləri olmalı, mətbuatda davamlı maarifləndirici işlər aparılmalıdı. Şifahi tərcüməylə məşğul olanlar da bir mərkəzdə birləşməlidir.

İngilis dilindən Azərbaycan dilinə istənilən əsəri tərcümə edərkən orijinal dildə olan frazeoloji birləşmələr kitabın sonunda verilməlidir. Hər iki dili bilən oxucu üçün bu ifadələrlə tanış olmaq çox maraqlı olardı. Qəzəllərin, bayatıların ingilis dilinə tərcüməsinə son qoyulmalıdır. Onları inglis dilinə heç cür tərcümə etmək olmur. İngilis dilində qafiyələnən sözlərdən ibarət kitab hazırlanmalıdır.

Tərcümə Mərkəzinin orqanı olan “Aydın yol” qəzeti bir dildə yox, bir neçə dildə çap olunmalı, bu qəzetdə təkcə xarici dillərdən yox, Azərbaycan dilindən xarici dillərə edilmiş tərcümələr də işıq üzü görməlidir.

# 2557 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #