writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock11:25 calendar-gray 08 Yanvar 2015 view-gray152 dəfə oxunub
view-gray152 dəfə oxunub

Tükənmişlərin qisası

Vay o kəslərin halına ki, yazısını, köşəsini, statusunu, şərhini, tvitini “burcuda-burcuda” yazır. Əli haqqında yazmaq istədiyi yazıya Vəlidən epiqraf verir, yazının ortasında isə Pirvəlidən sitat gətirir, yazını Canəlinin möhtəşəm aforizmi ilə tamamlayır...

Yazıq o şəxslərə ki, Əliyə söz deməyə “duxu çatmır”, Lütvəlini “tırkalayıb” qabağa verir. Mirəlilər var ki, Əlinin uğurları gözünü deşir, yuxusunu qaçırır, qısqanclıqdan qarnına qara sancı dolur, əsəbdən ürəyi bulanır, hikkədən yuxusu qaçır, halı pərişan olur. Belə məqamlarda lütvəlilər köməyə çatır. Mirəliyə yarınmaq üçün başlayır Əlinin qabırğasına sağda-solda, qəzetdə-saytda, statusda-şərhdə döşəməyə...

Belə zadları daha çox ədəbi mühitdə müşahidə edirəm. Adətən tükənmişlər, uğursuzlar yanında iki-üç cavan şair, yazıçı, publisit, jurnalist hərləyir. Bu cavan şair və ya yazıçı tükənmiş həmkarının it ilində yazdığı hansısa qəmli, kədərli, “istedadlı” yazıya, şeirə aşiq olub Məcnun kimi çöllərə düşəndə, həmin tükənmiş həmkarı biçarə aşiqinin boynuna bir zəncir vurub çəkir yanına. Bu zəncirin halqaları “istedadlısan”, “işıqlısan”, “fərqlisən”, “perspektivlisən”, “səmimisən” sözündən ibarət olub, biçarə cavan “aşiqin” nəinki zənciri, həm də yarlığıdır. Ədəbiyyat aləminə kövrək qədəmlərini basan, tərifdən başı gicəllənən binəva məcnunlar bu tərifin təsirindən oxumağı, yazmağı bir kənara atıb, on beş dəqiqəlik ucuz şöhrətin dumanında yollarını itirir, tükənmiş həmkarının itaətkar müridinə çevrilir.

Sağda-solda, saytda-qəzetdə, statusda-tvitdə mürşidini tərifləməklə qalmayan gənc müridlər, mürşidinin bir işarəsi ilə onun “rəqiblərini” bi-hörmət etməkdən, danlamaqdan, nüfuzdan salmaqdan, “iynələməkdən” çəkinmirlər. Mürid yavaş-yavaş öz müstəqil fikrini mürşidinin “tırkasına” qurban verir, “özü olmaq”dan daha çox mürşidi olur. Bu zavallılar cəhalətin güclü qollarına, tərifin xumarına özlərini təslim edir, manqurtlaşır.

Uğur gəlişiylə adama saysız-hesabsız düşmən qazandırır. Xüsusən uğursuzlar, tükənmişlər var gücü ilə bu uğurların qisasını almağa çalışır.

Mən hikkəsindən uğur qazanmış dostunu nadancasına istedadsız adlandıran, onu aşağılamağa, gözdən salmağa çalışan xeyli tükənmiş şair, yazıçı görmüşəm. Nə zamansa yazdığı uğurlu bir şerin, hekayənin arxasında gizlənib hamıya yuxarıdan aşağıya baxan çox sayda nadan tanıyıram. Bu adamlar öz uğursuzluqlarının qisasını zəhmətkeş, çalışqan və uğur qazanmış həmkarlarından almağa çalışır və bundan əsla vicdan əzabı çəkmir. Belələrinin canı cəhənnəmə, zatən tükəniblər...

Məni incidən biçarə məcnunlardır. Zəncirlənmiş, düşüncələri zəhərlənmiş bu binəvaların aqibəti düşünən hər kəs üçün ibrətdir.

Etalonu “istedad”, kumiri uğursuz dahilər olan bu biçarələr özlərindən xəbərsiz qisasın qurbanına çevrilirlər.

Bu uğursuzların, tükənmişlərin qisasıdır...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xurşudbanu Natəvana layihə həsr olundu - Video
12:20 15 Avqust 2020
Tanınmış bəstəkar koronavirus peyvəndinin sınaqlarında könüllü oldu
11:01 15 Avqust 2020
Məşhur gitara ifaçısı vəfat etdi
10:28 15 Avqust 2020
Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi
08:57 15 Avqust 2020
Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020