Alman yazıçı İŞİD-lə bir arada

Alman yazıçı İŞİD-lə bir arada
30 dekabr 2014
# 11:12

Alman yazıçısı Yürgen Todenhöferin əlinə “İslam dövləti” cihad qruplaşmasının ((İŞİD) nəzarəti altındakı ərazilərə səyahət etmək kimi nadir fürsət düşüb.

BBC radiosuna verdiyi müsahibədə yazıçı deyib ki, qruplaşma onun güman etdiyindən daha güclü, amansızdır. İraqın şimalındakı Mosul ərazisində altı gün keçirən Todenhöfer bura Suriyanın Rakka şəhərindən keçib.

Onun sözlərinə görə, “İslam dövləti”nin döyüşçüləri yüksək motivasiyası ilə fərqlənir və üzvlərinin törətdiyi amansızlığı dəstəkləyir.

Todenhöfer yeganə Qərb yazıçısıdır ki, “İslam dövləti” qruplaşması ona nəzarət etdiyi ərazilərə getməyə icazə verib və o, sağ-salamat geri qayıda bilib.

Amma son aylarda cihadçıların bir neçə jurnalisti edam etməsini nəzərə alsaq, Todenhöfer də səyahəti zamanı təhlükə ilə üzləşib.

Yazıçının sözlərinə görə, Mosulda amansız qaydalar hökm sürür. Şəhərdə asılan plakatlarda kişilərin namaz qılmasının, qadınların isə bədənlərini tamlıqla örtməsi haqda təlimat verilir.

Plakatlardan birində dinsizlərin geydiyi geyimlərin qadağan olunduğu yazılır.

Kitab dükanlarında dini qaydalar kitabları satılır, eyni zamanda əsirlərlə necə rəftar edilməsi yazılır.

Todenhöfer qruplaşmanın tərkibində xilafətin qurulması uğrunda mübarizə aparan uşaqlarla da görüşüb. Qruplaşmada dünyanın hər yerindən Amerikadan, Böyük Britaniyadan, İsveçdən gələn əsgərlər var.

Yazıçı deyib ki, onu hər şeydən əvvəl döyüşçülərin amansız fanatizmi və ambisiyalarının miqyası heyrətləndirib: “Mən düşünürdüm ki, qəddar terrorist qruplaşmanı görəcəyəm, amma əvəzində qəddarlığa susamış bütöv bir ölkəni gördüm”.

Todenhöferin sözlərinə görə, onlar dini təmizləmə aparmaq və ərazilərini genişləndirmək arzusu ilə yaşayırlar. "Mən əvvəllər olduğum döyüş zonalarında belə coşqun görməmişdim. Onlar öz gücünə çox arxayındırlar. Onların tutduğu ərazi Böyük Britaniyanın ərazisinə bərabərdir. Qruplaşma sübut etmək istəyir ki, İslam dövləti ideyası yaşamağa qabildir. Xristianlar və şiələr qanlı divandan qorxaraq şəhəri, döyüşçülər tutanadək onu tərk ediblər. Qruplaşmanın rəhbərlərinə Quranın “Mərhəmətli və rəhmli Allahın adı ilə” ifadəsiylə başlandığını deyirəm. Onda sizin mərhəmət haradadır – deyə soruşuram. Amma inandırıcı cavab almadım. Vətənə pessimist ovqatda qayıtdım. İnanmıram ki, onları kimsə dayandıra bilsin, yalnız ərəblərdən başqa”.

Bu səyahətə yazıçının oğlu da operator qismində qatılıb. Döyüşçülər onların təhlükəsizliyinə təminat veriblər. Todenhöfer qruplaşma rəhbərliyindən əraziyə getmək üçün aylarla danışıq aparıb. Sonda ona icazə verilib. Bu icazə onun həyatını bir neçə dəfə xilas edib. Amma sonra döyüşçülərin onun oğlunu və özünü girov götürmək təhlükəsi yaranıb. Onda onlar, Türkiyə sərhədini keçə biliblər:

"Biz sərhədi keçəndən sonra, özümü çox xoşbəxt hiss elədim, üstümdən yük götürüldü. Ailəmə zəng vurdum. Həmin an anladım ki, gördüyüm iş asan deyildi”.

# 2090 dəfə oxunub

Oxşar xəbərlər

"Kəndli qadın xəsis, kəndin irəli çıxanı isə acgözdür..."  — Hüseyn Cavidin müəllimi Sofiyadan nə yazıb?

"Kəndli qadın xəsis, kəndin irəli çıxanı isə acgözdür..." — Hüseyn Cavidin müəllimi Sofiyadan nə yazıb?

12:00 14 may 2026
Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

10:00 14 may 2026
"Zaman yaxşıları da necə eybəcərləşdirə bilərmiş?"  - Bəxtiyar Vahabzadə Elçinə məktubunda nə yazmışdı?

"Zaman yaxşıları da necə eybəcərləşdirə bilərmiş?" - Bəxtiyar Vahabzadə Elçinə məktubunda nə yazmışdı?

15:00 13 may 2026
Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

12:00 13 may 2026
"Tövratımdan, İncilimdən, Quranımdan keçmişəm" - Füzuliyə qəzəllər

"Tövratımdan, İncilimdən, Quranımdan keçmişəm" - Füzuliyə qəzəllər

15:00 12 may 2026
Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

15:00 11 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər