writer1

Aliyə

Məqalə sayı

999
clock15:49 calendar-gray 16 Dekabr 2014 view-gray234 dəfə oxunub
view-gray234 dəfə oxunub

Susuz qocalar evi

Yersiz replika

Milli kinomuzun ən yaxşı nümunələrindən olan “Bəyin oğurlanması” filmində əla bir kadr var: Kənddə kino çəkilişləri gedir. Filmə çəkilən kəndli şikayət edir ki, oynaya bilmir, çünki səs bu yandan gəlir, amma çalğıçılar o yanda oturub. Onu kolxoz sədri danlayır, pərt olmuş kəndlini filmin operatoru qəribə intonasiya ilə sakitləşdirir: “Ay dayı bu kinoduuu...” Bu nə intonasiyadır? Yəni, gerçəklik axtarmağa dəyməz, uzağı kinodu.

Bəlkə də elədi. Amma tamaşaçıların kinodan ən çox umduqları həqiqətdir. Film onların həqiqətinə, gerçəkliyinə toxunmursa, deməli, onları aldadır. Elə bizim milli kinomuzun uğursuzluğunun əsas səbəbi də budur: həqiqəti görməzdən keçmək...

Lap indilərdə sosial şəbəkədə Bilgəh Qocalar evindən şəkillər paylaşıblar. Məlum olur ki, bir qrup valantyor Bilgəhdəki Qocalar Evinə - Müharibə və əmək əlillərinin Pansionatına –bacardıqları kimi diqqət göstərmək qərarına gəlib. Gördüklərini Gülşən Musayeva yazıb: “Keçən dəfə yığışıb getdik Bilgəhdəki qocalar evinə, onların saçlarını səliqəyə salmağa. Vallah, ürəyim açıldı, səhər tezdən avtobus stilistlərlə dolu idi . Hamı belə tədbirdə iştirak etməyi özünə borc bilib gəlmişdi. Ancaq sevincim uzun çəkmədi. 1-2 həftə öncə müdiriyyətdən icazə alıb gəldiyimiz vaxt xəbərdar etməyimizə baxmayaraq bizi qarşılayan olmadı....Uzun müddət axtarışdan sonra mətbəxdə əyləşmiş direktoru tapan kimi "Salam" sözünün əvəzinə "Bu nədir? Niyə bu qədər adam yığıb gətirmisiniz? Su-zad yoxdu, uzağı kəsin bunların saçlarını gedin, saçlarını boyamaq, səliqəyə salmaq lazım deyil!" cümləsini eşitdik......Əlbəttə ki , özümü irəli verib "Saçlarını boyamadan, səliqəyə salmadan heç bir yerə gedən deyilik " dedim.

"Lazımdırsa, vedrələrlə su gətirib yuyarıq"... Elə bundan sonra başladı nə başladı. Demək bizi qapıdan içəri buraxdıqlarına görə şükür eləməliyik. Saç ustası bunlara lazım deyilmiş.

Nə isə , qalxdıq otaqlara. Aman-Aman! İydən otaqlara girmək olmur. Su saatla verilir, o da uzağı bir saat. Bizimki də gətirmədi. Olsun! Vedrə əlimizdə 5-ci mərtəbəyə qalxdıq. İnsanlar deyir ki, Su yoxdur! Demək 4-cü mərtəbə 5-ci mərtəbəyə su vermir. Bir vaxtdan sonra qırışa-qırışa su tapdıq. Hansı zamanda yaşayırıq? Ağır xəstələrin otaqlarında su yox. Hələ ağlaya-ağlaya üstümüzə qaçan qocaları demirəm

Belə mənzərə ilə rastlaşmaq dəhşətli idi. Qocalar evinin direktoru hansı işlərlə məşğul olur?! İnanın ki orda olan yaşlı insanlar baxışları ilə elə bil yalvarırdılar ki, buradan onları götürsünlər. Belə şəraitdə onlar sadəcə məhv olurlar! “

Diqqət edin. Bu Bilgəhdəki həmin Qocalar Evidir ki, Fikrət Əliyevin bu il təqdim olunan “Axırıncı dayanacaq” filmindəki hadisələr orada cərəyan edir. Hər cür şəraitin ideal səviyyədə olduğunu göstərən komediya filmində müəssisənin adı da ekrana gətirilir. Filmə görə, qocaların şərait qayğıları yoxdur. Sosial cəhətdən təmin olunmuş bu yaşlı adamları yalnız ailə həsrəti və yeməklərin rəngarəngliyi narahat edir.

Film Qocalar evinin sakini olan kapitanın unutqanlığı ilə başlayan, evlilik arzusu ilə yığdığı pulun axtarışı ilə davam edən, tez-tez qəhrəmanların ailə həsrətini vurğulayan komediyadır (Ümumiyyətlə, faciəvi bir məqamda, məkanda olanlardan necə komediya çəkmək olar axı?).

Əlbəttə, bu kinodur. Mövzusu da tamam başqa olan filmdir. Amma kino, film elə olmalıdır ki, tamaşaçı ona baxanda öz həqiqətlərini, gerçəklikləri görə bilsin. Yoxsa baxıb məyusluqla əlini yelləyəcək: “Ay dayı, bu kinodu...”

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Dayısı oğlu onu zorladı, bacısı ilə sevgili oldu, özünü göldə boğdu...
21:00 25 Yanvar 2021
Venesiya karnavalı ilk dəfə onlayn formatda keçiriləcək
19:03 25 Yanvar 2021
Şuşa Teatrı haqqında film çəkildi
18:38 25 Yanvar 2021
Brilliant, Faiq, Aygün, Röya... - Onları belə görmədiniz
17:47 25 Yanvar 2021
Gecə qəfil evimə gələn qaradərili oğlan – Azər Əhmədovun qısa hekayələri
17:11 25 Yanvar 2021
Afaq Məsud Meksika səfiri ilə görüşdü
16:47 25 Yanvar 2021
Azərbaycanlı bəstəkar haqqında kitab çap edildi
16:33 25 Yanvar 2021
Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə qonorardan istifadə qaydası
15:55 25 Yanvar 2021
Atamın Qarabağda qalan əlləri – Hekayə
15:17 25 Yanvar 2021
Aygün Kazımovanı arxada qoydu, vərəmə tutuldu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
14:37 25 Yanvar 2021
Beynəlxalq ədəbiyyat mükafatının qalibi bəlli oldu
13:58 25 Yanvar 2021
Türk aktyor evində ölü tapıldı
13:15 25 Yanvar 2021
2020-ci ildə Azərbaycanda ən çox satılan 10 kitab - Siyahı
12:34 25 Yanvar 2021
“Netflix”də çəkilən ilk aktrisamız: “Çox yaxşı qonorar verdilər” – Müsahibə
12:05 25 Yanvar 2021
Peyvənd qorxusu, toy dərdi və öldürülən yeganə azərbaycanlı
11:14 25 Yanvar 2021
Tanınmış ssenarist vəfat etdi
10:44 25 Yanvar 2021
Ağalar Qut Sabiri tənqid erəkən... - Təbrizdən yazırlar
10:15 25 Yanvar 2021
Muzeylər açıldı
09:35 25 Yanvar 2021
Günel Mövludun ən böyük nöqsanı – Cavid Ramazanov “Düşərgə”dən yazır...
09:03 25 Yanvar 2021
Eldar Quliyev "İstiqlal" ordeni ilə təltif olunub
15:16 24 Yanvar 2021