Daxmada yaşayan 3 oğul anası

Daxmada yaşayan 3 oğul anası
20 noyabr 2014
# 12:57

Tənha ananın hekayəsi

Dərdli bir anaya rast gəldim,

Elə göynədi qəlbim

Soruşdum ki, nədir dərdin?

Naləsindən dağ titrədi

Dedi: üç oğul böyüdüb başa çatdırdım,

İndi yoxdur mənim ümid pənahım

Tərk eyləyib məni tənha qoyublar,

Qocalmışam deyə məndən doyublar.

Soruşdum, anacan, harda qalırsan?

Dərindən ah çəkdi, sözə başladı

Kədərli gözlərin mənə tuşladı:

Hardansa bir uçuq daxma tapıblar,

Məni bax oraya yıxıb, atıblar.

Böyük oğlum dedi, ana, burda qal

Bura çox qəşəngdir, burda yuva sal.

Dedim, burda necə yasayım tənha?

Sığarmı cahana bu qara sevda?

Dedi ki, anacan, tənha olmarsan,

Sənə rəngli televizor alaram.

Oxudub həmişə qulaq asarsan,

Yadından o zaman çıxar bütün qəm.

O biri oğlum da bax belə deyir:

Gəlinə görsənmə, küsür, inciyir.

Dedim ki, ay ana, bilirəm sənin,

Üç oğlun var, bəs o sonbesiyin

Kiçik oğlun olanlara nə deyir?

Dedi, bala, o da məni atıbdı,

Yad qızına baxıb özün satıbdı.

O, mənlə sağollaşıb, geriyə döndü,

Hiss etdim ki, ümid çırağı söndü.

Nankor övlad! Ey çörək itirənlər,

Haqqı tapdalayıb qəm gətirənlər.

İndi nəsə çoxdur belə analar,

Onları atıb insafsız balalar.

Ey oğullar! Anaları atmayın.

Siz onları yad qızına satmayın.

Sığarmı cahana tənhalıq dərdi?

Balası bu dərdi ona gətirdi.

Müqəddəs varlıqdır ana dünyada.

Ona dönük olan cavab verəcək Allaha!

# 799 dəfə oxunub

Oxşar xəbərlər

# # #