news-inner
clock16:37 calendar-gray 19 Noyabr 2014 view-gray5736 dəfə oxunub
view-gray5736 dəfə oxunub

Qorxulu kinodan ölən şəhid oğlu

Bu hadisə ona görə yadımdan çıxmır ki, mən həmin il sarılıq xəstəliyinə tutulmuşdum. Daha doğrusu az qala tutulacaqdım. Əlamətləri müşahidə olunmuşdu, sadəcə anam lap tez üstünə düşdü və mən demək olar ki, bu üzdəniraq xəstəliyə yaxalanmadan qurtuldum.

Sözüm onda deyil. Danışacağım hadisə 96-ci ildə olub. Onda 5-ci sinifdə oxuyurdum. Qonşuluqda Rəşad adlı bir oğlan var idi. Məndən 3-4 yaş böyük idi. Atası 92-ci ildə Qarabağda şəhid olmuşdu. Evin yeganə kişisi artıq o idi. Anası Rəhilə xala məktəbdə işləyirdi, Azərbaycan dili və ədəbiyyatından dərs deyirdi. Özündən 1 yaş böyük olan bacısı Rəşidə isə həmin məktəbdə 9-cu sinifdə oxuyurdu, sinif nümayəndəsi idi.

Anasının müəllimə, bacısının isə əlaçı olmasına baxmayaraq, Rəşadın oxumaqla arası yox idi. 8-ci sinfə qədər də anasına hesabına gəlib çıxmışdı. Məktəbdə bütün müəllimlər Rəhilə xalaya hörmət edib Rəşadı yola verirdilər. Onun ən çox xoşladığı iki iş var idi. Birincisi futbol. Məhlədə elə bir gün olmazdı ki, qızğın futbol getməsin və Rəşad orda oynamasın, heç kimlə də dava etməsin. O qədər həvəs və əzmlə oynayırdı ki, neçə dəfə özünü şikəst də eləmişdi. Hətta bir dəfə dizindən bərk vurmuşdular. Düz iki həftə qaça bilmədi, güclə yeriyirdi. Amma gəl gör ki, onda da meydanda idi. Bəli, qapıçı dururdu.

Rəşadin ikinci sevimli məşğuliyyəti isə kinoya baxmaq idi. Özü də qorxulu kinolara - “ujas” kinolarına. Futbol oynamadığı vaxtlarda axşam baxdığı filmi məhlə uşaqlarına danışırdı. Adətən, axşamlar futboldan sonra küçənin kənarından keçən uzun və enli qaz borusunun üzərində oturub “Rəşadın kinoları”na qulaq asardıq. “Fredi Kruger”dən tutmuş, “Drakula”ya qədər hamını tanıyırdıq.

Amma bu qorxulu kinolardan biri Rəşada baha başa gəldi. Bir gecə, yenə adəti üzrə yeni tapdığı kasetə baxmağa başlayır. Evdə hamı yatmış olur. Nəcə olursa, Rəşad həmin gün kinonun sonlarına doğru elə uzandığı divanda yuxulayır. Hətta kino qurtarır, kaset bitir, Rəşad oyanmır. Bu ərəfədə bacısı Rəşidə gecənin bir aləmində su içməyə qalxır. Mətbəxdən qayıdıb otağına keçmək istəyəndə görür ki, televizor hələ də işləyir. Təxmin etdiyi kimi, gəlib görür ki, Rəşad divanda yatıb qalıb. Televizoru söndürür. Yuxulu-yuxulu bir-iki dəfə səslənir.Amma Rəşaddan səs çıxmır. Ola bilsin ki, həmin gün futbol onu çox yorubmuş və bərk yuxuya getmişdi. Hələ səhər də durub dərsə getməli idi. Yatmazdan əvvəl anası da xeyli tənbeh etmişdi.

Rəşidə Rəşadın xorultusunun sədaları altında ona yaxınlaşmağa məcbur qalır. Oyatmaq üçün adını çəkərək dümsükləməyə başlayır. Bir-iki dümsükdən sonra Rəşad gözlərini açır və olanlar olur. Bacısını əli ilə arxaya itələyən Rəşad var gücü ilə qışqırmağa başlayır və yerindən durub divarın küncünə qısılır. Bəlkə də heç vaxt eşitmədiyi qışqırıq səsinə Rəhilə xala da yerindən dik atılır.Tez otağa gəlir, amma nə o, nə də Rəşidə bu qışqırığın səbəbini anlaya bilmir.

- Rəşad nolub bala, Niyə qışqırırsan? Ay qızım noldu buna?

- Ay mama, vallah bilmirəm nə oldu. Yatıb qalmışdı divanda. Gəldim oyatmağa birən tullandı başladı qışqırmağa. Bəlkə qorxub?

- Aaaa, yazıq uşaq qorxub da...

Rəhilə xala vəziyyəti başa düşdü. Rəşidəni təcili su dalınca göndərib Rəşada yaxınlaşdı.

- Oğlum, qorxma mənəm. Noldu, pis yuxu gördün?

Amma Rəşad heç nə demirdi. Hamıya aydın olduğu kimi, çox pis qorxmuşdu. Amma bunun yuxu ilə əlaqəsi yox idi. Sən demə, Rəşadın baxdığı o qorxulu filmdə ağ paltar geymiş bir “kabus qız” obrazı var imiş və həm özünün, hə də valideynlərinin intiqamını alırmış. Bacısı Rəşidə də ağ rəngli uzun gecə paltarında, saçları üzünə tökülmüş halda (filmdəki qız kimi) yaxınlaşıb onu dümsükləyən zaman Rəşad elə bilib ki, bu, həmin o qızdı. Ondan intiqam almağa gəlib.

Bu hadisədən bir neçə gün sonra da Rəşad hələ özünə gəlməmişdi. Heç kimlə danışmırdı. Bacısı isə bir müddət xalası gildə qaldı. Evə qayıdandan sonra da saçları həmişə yığılmış vəziyyətdə olurdu. Hətta yazıq qız qorxudan gecələri də elə yatırdı.

Rəşadı bir neçə gün dalbadal həkimə apardılar, dava dərman yazdılar. Dörd gün sonra çıldağa apardılar. Yalnız iki həftədən sonra, onu yenidən normal həyatına qaytarmaq mümkün oldu. “Qorxulu kino ənənəsinə” isə qadağa qoyuldu. Heç özü də baxmaq istəmirdi.

Hadisənin üstündən təxmimən iki ay keçmişdi. Dərsdən evə gəldim. Anam evdə yox idi. Bu dəhşətli xəbəri balaca bacım mənə dedi. Rəşad ölmüşdü. İnana bilmirdim. Bayıra çıxıb onlara tərəf qaçdım. Qapılarının yanına tabut qoyulmuşdu. Pəncərədən isə aramsız ağlaşma səsləri gəlirdi.

Rəşad sarılıqdan ölmüşdü. Sonradan anam danışdı. Həmin o hadisədə bərk qorxması Rəşadın sarılıq xəstəliyinə tutulmasına səbəb olmuşdu. Mədəsi nə qədər vaxtdır ağrıyırmış, amma fikir vermirmiş, evdə də heç kimə heç nə deməyibmiş. Bütün günü ayaq üstə, futbol... Anamın dediyinə görə qaraciyəri 12 santimetr böyüyübmüş. Sonuncu gün evdə yıxıldıqdan sonra xəstəxanaya aparıblar. Amma həkimlər həyatını xilas edə bilmədilər.

Mənim başıma gələn “sarılıq hadisəsi” də bundan təxminən bir ay sonra oldu. Açığı, yaman qorxmuşdum.

news-inner-user

17092 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur rəssam 101 yaşında vəfat edib
11:30 25 Noyabr 2020
Mıxı mismara döndərən Kəlbəcər – Şərif Ağayar yazır...
11:04 25 Noyabr 2020
Hadisə koronavirusa yoluxdu
10:21 25 Noyabr 2020
Elşən Xəzər: “Anam dedi, südümü sənə halal eləmərəm” – Müsahibə
09:00 25 Noyabr 2020
Tank lüləsində striptiz- Dahiyanə filmlər
21:00 24 Noyabr 2020
“Zorla erməniləşdirmə” sənədli filmi təqdim olunub
19:40 24 Noyabr 2020
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
19:37 24 Noyabr 2020
Xalq artisti Əjdər Həmidov vəfat etdi
18:50 24 Noyabr 2020
Xocalı haqda film Tehran festivalının əsas müsabiqəsində
18:21 24 Noyabr 2020
Azərbaycandakı dini rəhbərlər dağıdılan abidələrimizlə bağlı bəyanat verib
17:33 24 Noyabr 2020
Ermənilərin "əl gəzdirdiyi" Əsgəran qalası
17:05 24 Noyabr 2020
48-ci Beynəlxalq "Emmi" mükafatının qalibləri açıqlandı
16:23 24 Noyabr 2020
İbrahim İlyaslının yeni kitabı nəşr edildi - Foto
15:57 24 Noyabr 2020
Rəssamlar İttifaqı beynəlxalq müsabiqə elan etdi
15:21 24 Noyabr 2020
Rus qadınla gizlin evləndi, anasının ölümünə səbəb oldu, otel otağında huşsuz tapıldı– Kinomuzun Əhmədinin faciəvi həyatı
14:42 24 Noyabr 2020
Ağam şəhərim! Adam şəhərim! - Qulu Ağsəsdən Ağdam şeiri
14:01 24 Noyabr 2020
Məsciddə çəkilən fotoda ən incə məqam
13:16 24 Noyabr 2020
Sosial media mütəxəssisi: “Laykdan asılı vəziyyətə düşmək xəstəlikdir” – Müsahibə
12:40 24 Noyabr 2020
Muğam Mərkəzindən növbəti təqdimat
12:05 24 Noyabr 2020
Tanınmış həkimdən koronavirus xəbərdarlığı: “Vəziyyət çətindir”
11:35 24 Noyabr 2020