Şeyx Əbdül: “Ayaq üstə ölmək istəyirəm”

Şeyx Əbdül: “Ayaq üstə ölmək istəyirəm”
10 noyabr 2014
# 09:00

Bu sualları yazıçı Marsel Prust hazırlayıb. O, bu sualları cavabları ilə bir yerdə dəftərə yazaraq, dostuna doğum günü hədiyyəsi kimi vermişdi. O zaman Marselin cəmi 13 yaşı vardı. Sonra bu suallara Prust 20 yaşında ikən bir daha cavab yazdı. 7 ildə cavablar çox az dəyişmişdi. Lakin suallar Prustun ölümündən sonra tapıldı və çap edildi. Sualların indiki şəklə salınmasına Bernard Pivot ve Ceyms Lipton yardım edib.

Kulis.az Prustun suallarını əməkdar incəsənət xadimi Şeyx Əbdülə ünvanlayıb.

1. Ən sevdiyiniz söz hansıdır?

- Ən sevdiyim söz Allahdır. Mən hər gün gözümü Allahla açıram.

2. Nifrət etdiyiniz söz hansıdır?

- Yalan və riyakarlıq.

3. Sizi nə həyəcanlandıra bilər?

- Xalqın içində olan balamızın gözəl bir əməli. Məsələn, Lütfi-zadənin qeyri-səlis məntiq nəzəriyyəsi.

4. Həyəcanınızı nə öldürə bilər?

- Gözəl musiqi. Alim Qasımov.

5. Hansı səsi çox sevirsiniz?

- Muğam səsini.

6. Hansı səsə nifrət edirsiniz?

- Yalançı səslərə.

7. Hansı peşə (sənət) ilə məşğul olmaq istərdiniz?

- Təzədən bu dünyaya gəlsəydim yenə kinoçu olardım.

8. Hansı fitri istedada sahib olmaq istərdiniz?

- Elə aktyor istedadına.

9. Özünüz olmasaydınız, kim olmaq istərdiniz?

- Bilmirəm.

10. Harda yaşamaq istərdiniz?

- Bakıda.

11. Ən başlıca çatışmazlığınız nədir?

- Həddindən artıq məsuliyyətsiz olmağım. Amma mən özümə qarşı məsuliyyətsizəm.

12. Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır?

- Mənim pis cəhətim yoxdur.

13. Qəhrəmanınız kimdir?

- Xalqın bütün qəhrəmanları.

14. Çox istifadə etdiyiniz söyüş hansıdır?

- Mən söyüş söyən adam deyiləm.

15. Hal-hazırki əhvalınız (ovqatınız) necədir?

- İndi, şükür Allaha.

16. Həyat fəlsəfənizi hansı şüar ifadə edir?

- Mənim həyat fəlsəfəm Azərbaycanın möhtəşəm, zəngin mədəniyyətini beynəlxalq səviyyədə təbliğ etməkdir, başqa marağım yoxdur.

17. Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?

- Çox qəribədir. Mən bu yaşda serial yuxular görürəm.

18. Sizcə bədbəxtliyin tərifi nədir?

- Bədbəxtliyin tərifi mənim üçün nadanlıq və natamamlıqdır.

19. Necə ölmək istəyərdiniz?

- Kişi kimi. Ayaq üstə.

20. Ölərkən cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini istərdiz?

- Bəlkə mən elə cəhənnəmə getdim. O Allahın işidir, qarışa bilmərəm.

Günay Məryəm

# 2983 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

16:00 28 oktyabr 2026
"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

15:00 28 oktyabr 2026
Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

10:00 27 oktyabr 2026
Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

15:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər