90 yaşlı qadından möhtəşəm həyat məsləhətləri

90 yaşlı qadından möhtəşəm həyat məsləhətləri
6 noyabr 2014
# 09:30

Kulis.az sosial şəbəklərdə yayılmış "90 yaşlı qadının həyatdan öyrəndikləri" adlı yazını təqdim edir.

1. Həyat ədalətli deyil, amma yenə də gözəldir.

2. Həyat o qədər qısadır ki, kiməsə nifrət edərək vaxt itirmə.

3. Heç kim özünü ciddi hesab etməməlidir.

4. Kredit kartlarını hər ay vaxtı-vaxtında ödə.

5. Hər mübahisədə qalib gəlmək məcburiyyətində deyilsən, bəzən qəbul et getsin.

6. Kiminsə çiynində ağlamaq, tək ağlamaqdan daha yaxşıdır.

7. İlk maaşından başlayaraq pensiya dövrü üçün pul toplamağa başla.

8. Ortada şokolad varsa, dirəşmək lazım deyil.

9. Keçmişinlə barış ki, gələcəyini zəhərə döndərməsin.

10. Uşaqlarının səni ağlayarkən görməyində problem yoxdur.

11. Həyatını başqalarının həyatı ilə müqayisə etmə. Hansı şərtlər altında bura gəlib çıxdıqlarını bilmirsən.

12. Əgər münasibətin gizlin qalmasını istəyirsənsə, o münasibətin içində olmamalısan.

13. Xoşbəxt uşaqlıq yaşamaq heç vaxt gec deyil. Yenidən uşaqlığını yaşamaq tamamilə səndən asılı olan şeydi və heç kim qarışa bilməz.

14. Həyatda nəyə marağın varsa, arxasınca getməli və bu yolda “yox” sözünü bir cavab olaraq qəbul etməməlisən.

15. Ən gözəl paltarlarını geyin, cehizindəki yemək qablarından istifadə et, onları özəl günlərə saxlama. Özəl gün bu gündür.

16. Hansısa rəngdə paltar geyinmək üçün bir yaş dövrünün gəlməyini gözləmə.

17. Çox pis hadisələr baş verəndə belə düşün: “5 il sonra bu hadisənin heç bir əhəmiyyəti olmayacaq”

18. Hamını və hər ediləni bağışla.

19. Başqalarının sənin haqqında nə düşündüyündən sənə nə?

20. Hər şeyin dərmanı zaman deyilmi? Zamana burax.

21. Vəziyyət nə qədər yaxşı yaxud da pis olursa olsun, dəyişəcək.

22. Xəstə olanda işin sənə baxmayacaq, dostların baxacaq. Əlaqələri kəsmə, dostlarına vaxt ayır.

23. Möcüzələrə inan.

24. Unutma, səni öldürməyən şey, seni daha da güclü edir.

25. Övladının cəmi bir uşaqlıq dövrü var, dəyərini bil, unudulmaz elə.

26. Hər gün mütləq bayıra çıx, möcüzələr hər yerdədir.

27. Həyatı çox sorğu-sual etmə, hərəkətə keç və lazım olanı indi et.

28. Ən yaxşı şeylər hələ reallaşmayan şeylərdir, ümidini itirmə.

29. Nə etmək lazım olduğunu bilməyəndə dərindən nəfəs al, xeyri dəyəcək.

30. Gözəl bağlanmış qutuda olmasa da, həyat yenə də bir hədiyyədir.

# 4518 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər