news-inner
clock13:26 calendar-gray 28 Oktyabr 2014 view-gray607 dəfə oxunub
view-gray607 dəfə oxunub

Sayman Aruzdan ŞİZOFREN HEKAYƏ

Dəlidən dəliyə məktub

Sayman Aruz

şizofren hekayə

Canım sənə desin ki, deməsə də heç nə dəyişməyəcək onsuz da amma qoy deyim ki, demiş olum ən azından boşalmış olum ruhumu boşaltmış olum yükümü tutmuş olum. Yadına gəlir Təbrizdə darıxanda birlikdə çayxana gedərdik çay içməyə amma şəhərdəki Araz çaylarını keçə bilməzdik deyə, deyə bilməzdik dərdimiz nədi niyə darıxırıq ki, gəlmişik iylənmişlərin içində çay içməyə sigaret iyləməyə, vaxt öldürməyə? Çayxananın lap o dərin küncündəki oturacağın üstünə tikilərdik, büzüşərdik, sığınardıq, sığışa bilməzdik az qala ürəyi bulanardı çayxananın bizi qaytarmaq istəyirdi həmişə. Nədi-nədi ki, darıxırıq darıxmamalı idik əslində DikTanrımız belə istəyirdi deyirdi “dara çəkirəm””yıxıram” biz isə darıxırdıq yəni dara yıxılırdıq yəni dara çəkilirdi şəhər biz qarışıq hər gün yıxılırdıq gedəsi yerimiz olmurdu gizlənə bilmir...dik danışa bilmir...dik yeriyə bilmir...dik gülə bilmir...dik baxa bilmir...dik Tanrını sevir..dik çayxanaya soxulurduq.

“Günəş” kafesində günəş axtarırdı bizlər necə adamlar idik göyə baxırdıq bulud idi yerə baxırdıq tabut idi qarşımıza baxırdıq qapqara Hüseyn ağanın süzdüyü çay idi divarların çatı idi ürəyimizdə Şah İsmayılın atı idi Koroğlunun Qıratı idi ayağımızdakı ayaqqabılar min il bundan öncəki bayatı idi kim bilir kim kimin eşşəyi idi kim kimin atı idi atam sağ olsun kişi heç xoş gün görmədi.

Üç stəkan çayı içərdik yüz tümənə dördüncü çayı istəyəndə Hüseyn ağanın dodaqaltı söyüşü gəlirdi “Avaralar, durun rədd olun burdan” ordan hər yerdən rədd olurduq şəhər boyu cəzr olurduq içimizdə mədd olurduq nə edirdilər məddah olmurduq həyat bizi elə oldur...mamışdı, bizi elə yaşat...mamışdı, xoşluqlar bizə hələ oxut...mamışdı. Nəysə özümüzü götürüb küçəyə vurardıq onsuz da vurula biləcəyimiz heç nə yox idi qıza salam verir...dik Tanrı şallağı yeməkdənsə şəhərə vurulub hirs yemək yaxşı idi siqaret alışdırıb tüstüləmək yaxşı idi, dərd əlindən bir-iki beyt şeir demək yaxşı idi ki, biz də deyirdik. Əzizinəm vətən yaxşı tapılsaydı ağ bəniz bir bədən yaxşı deyiləm nəsə əhvalım pozulur bunları fikirləşəndə sıxılıram. Yoxumdu axı nə edim yoxluq qəliz məsələdi məsələn vətənsizlik Təbriz küçələrini xatırladır mənə ki, yoxumdu o küçələrimdən uzağam və bədənsizlik səni xatırladır ki, olmayıbsan yoxsan kimsə də görməyib gördüyünü deməyib deyə də bilməz. Mənimlə gəlirdin hiss edirdim duyurdum duyulurdum bəlkə də kim bilir amma səni görmürdüm küçə-küçə dolanıb tənhalığımızı tullayırdıq şəhərin tinlərində duranların gözünə baxırdım dəhşətə gəlirdim ki, Allahım bu qədər də tənhalıq olar axı bu qədər tənhalığı çəkməyə kafemiz yoxdu bizim pulumuz yoxdu bizim vətənimiz yoxdu bizim ağ bəniz bədənimiz yoxdu bizim! Tinləri gəzişəndən sonra “Bastan” kafesinə sürgün edərdik özümüzü küncə sığışdırardı axı DikTanrı özünə yaraşdırmırdı bizi. Hər tərəf tüstüyə bürünərdi kimi qəlyanla əmişərdi kimi çay stəkanı ilə biz də baxardıq tamaşa edərdik müşahidə edərdi görərdik ki, təkik. Bir sən varsan bir də mən ki, yoxam sənin kimi heç vaxt da olmamışam. Bəlkə elə ona görə idi ki, görmürdülər bizi görünmürdük itirdik tüstülərin içindəki kədərdə boğulurduq çarəmiz də yox idi. Saatlarla huyuxlanardıq tənhalığımıza ürəyimizdəki o qıza salam olsun şökətinizə elimizə hərdən də bir gətirin xatirinizə lütfən! görürdük saymırlar bizi görmürlər bizi ayağa durub “Ərk”dən qalan o tənha divara gedib söykənirdik ki, bəlkə ikimiz bir o da bir beləliklə ikimizə iki olaq olmurdu. Yadına gəlir yəqin Ərkə ərk edib deyirdik danışırdıq susurdu o da dilini kəsmişdi Mələkuti deyirlər. Hara gedək hara getməyək Göy məscidin həyətindəki parka gedib bağlanırdıq günbəzindən axan günəş şüalarına azanın şəninə parkda gəzən DikTanrının əsgərlərinə qandallanırdıq bir də görürdük zindandayıq “adam olun” deyirlər ancaq biz adam... i...dik...liyimizi istəmirdilər sadəcə. Yadına gəlir məni döyəndə sən öz içinə yıxıldın zindandan çıxandan sonra nə qədər çalışsam da ayağa durdura bilmədim səni indi də eləsən. Heç El Gölünün havası da dirildə bilmədi Bakının Təbriz küçəsi də dirildə bilmədi hərdən bir küçə də rastıma çıxan “Rus beçəsi” də dirildə bilmədi ölüsən ölüyəm ölüdülərimiz ağrıyırıq. Bəlkə də Qarabağ ölüdülərimizin ağrısıdı Təbriz ölülərimizin yanğısıdı Vətən öldürüləcəklərimizin çağırtısıdı! Yadına gəlir hardan gələcək sən içinə yıxılmışdın zindanda mən tək qaldım. Yadına gəlir sonra mən tək qaldım lap tək qaldım heç cüt olduğum olmadı olmur olmayacaq da..dıma çat vaxtın olsa ayağa dura bil...sən əla dost idin.

Ardı var...

news-inner-user

16049 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020