writer1

Sevda Sultanova

Məqalə sayı

797
clock12:09 calendar-gray 24 Oktyabr 2014 view-gray4253 dəfə oxunub
view-gray4253 dəfə oxunub

Azərbaycanlının toy fəlsəfəsi

Azərbaycanda toyların vəziyyəti ilə bağlı ən dəqiq ifadələrdən birini Ağa Cəfərli dedi: “Toy kütləvi psixozdur”.

Kulis.az-da toy haqda yazılar ildırım sürət ilə, bir göz qırpımında oxundu, xüsusən orta statistik vətəndaşlar qızğın müzakirələrdə fəallıq göstərdi.

Saytlardan birində toyların müzakirəsi ilə bağlı Kulisçilərin qonaq olduğu “Günəbaxan” verilişinin videosu yayılandan bir necə dəqiqə sonra 20-30 şərh yazıldı.

Bu coşqun, emosional, ciddi münasibət toy ənənəsinin bizim üçün nə qədər vacib, həyati məsələ olduğunu bir daha təsdiqlədi.

Əgər Freyd sağ olsaydı, bir neçə il vətənimizdə yaşayıb, ənənəvi mədəniyyətimizi, məişətimizi, sosial həyatımızı tədqiq eləsəydi, yəqin ki, gəldiyi nəticələrindən biri belə olardı: azərbaycanlının gizli arzularının, şüurlu və qeyri-şüurlu davranışlarının əsasında seksual motivlər yox, toya olan nəhayətsiz, instinktiv sevgi dayanır.

Müzakirələrdən belə anladım ki, əksəriyyət üçün toy ölüm-dirim, şərəf məsələsidir. Toya qarşı çıxanda sanki müəyyən bir kəsimə ana-bacı söyüşü söyürsən.

Və mənə elə gəlir ki, biz 20 -25 il çox rahat, məsələn, Qarabağsız yaşaya bilərik,amma restoranlarda təmtəraqlı, ənənəvi toy etmədən nəfəs ala bilmərik.

Təhsil uğrunda mübarizə aparmarıq, bu, heç vecimizə də olmaz - hər cür dəm-dəsgahlı toy eləməkdən ötrü olar-olmazını ortaya tökər, borca girər, ailənin boğazından kəsib kredit götürərik.

Məmur tərəfindən haqqımızın pozulmasını rahat qarşılaya, bunu özümüzə rəva görə bilərik. Amma maddi məhdudiyyətlərə malik olsaq belə, “kimdən əskiyəm ki” ibtidai düşüncəsi ilə mütləq bahalı restoranlardan birində toy arzusunda olarıq.

Toy mərasiminin səviyyəsi - zəngin və ya orta keçirilməsi artıq sosial statusdur.

Müasir toyun kulta çevrilməsi hansısa restoran sahiblərinin qazanc əldə etmək planından çox mental, şüur məsələsidir artıq.

Çünki bizim təbiətimizdə etiraz ruhu, mədəniyyətdə, ənənədə islahata meylyoxdur. Arxaik, daşlaşmış ənənələri dəyişməyə həvəsli deyilik, mövcud qaydalarla razılaşırıq, ona uyğunlaşırıq. Əziyyət çəksək də, əlimizi yelləyib laqeydcəsinə “palaza bürün elnən sürün” deyirik.

Sadə bir misal deyim, paytaxtın küçələrinə çıxın. Şəhərdə zövqlə geyinən qadın və kişilərlə rastlaşarıq. Onların geyimində ayaqqabıdan tutmuş çantaya qədər hər şey yerində, harmonik görünür.

Məsələ məhz standartlaşmış harmoniyanı pozacaq fərdlərin yoxluğunda və ya tamamən azlığındadır. Az hallarda tək-tük, maraqlı, alternativ, individualgeyinən adamla rastlaşarıq. Hətta alternativ sənətin, ədəbiyyatın, kinonun, teatrın yoxluğu da standart düşüncəyə malik olmağımız və stereotipləri qıra bilməməyimizlə sıx bağlıdır.

Yaxud toya alternativ əyləncə məclisi düşünə bilmirik. Buna görə qadınlar yeni libas alanda səbirsizliklə toy mərasimi gözləyirlər ki, öz qadınlıq eqolarını qabartsınlar.

Arxetiplərdən qopa bilməyən insanlarımızın şəxsi, özünə xas həyat modeli yoxdur və bu səbəblərdən seçim imkanlarını sıfıra endiririk.

Qısası, toylarla bağlı bir yığın adətin dəyişməməyin, onun yeknəsəq, monoton keçirilməsinin əsas günahkarı şüurumuzdadır.

...Yeri gəlmişkən, analitik psixologiyanın əsasını qoyan isveçrəli alim Karl Yunqa görə psixoz – individual şüurun arxetipik şüursuz məzmunda boğulmasıdır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Şkafın komendantı, ağıçı müxbir, başdaşına “dahi” yazılan redaktor – Kulisdən reportaj...
17:43 04 Aprel 2020
Teatrımızın çağırışına dünya teatrları qoşuldu
16:48 04 Aprel 2020
Yazıçı Anardan insanlara “Evdə qal” çağırışı
16:32 04 Aprel 2020
Alim Qasımovdan 94 yaşlı kişiyə jest - Video
15:27 04 Aprel 2020
Məşhur müğənni vəfat etdi
15:00 04 Aprel 2020
Fransa prezidentinin azərbaycanlı tərcüməçisi: “Nazirliyin sənədi olmadan küçəyə çıxa bilmirik” – Müsahibə
13:47 04 Aprel 2020
Bugünkü yazarların xəyanəti - Tənqidçi yazır...
12:22 04 Aprel 2020
Özümdə qəribə hallar müşahidə edirəm – Seymur Baycan yazır...
11:30 04 Aprel 2020
Kventin Tarantino povest yazacaq
10:50 04 Aprel 2020
“Kulis”in 9 yaşı tamam olur
09:59 04 Aprel 2020
Sevdiyi qadının alçaltmasından zövq alan kişinin dramı
09:01 04 Aprel 2020
Konfutsidən möhtəşəm sitatlar
21:00 03 Aprel 2020
Ayın alnında səcdəgah izləri – Kazım Kazımoviçdən şeirlər
18:44 03 Aprel 2020
Azərbaycanlı yazıçıya ağır itki üz verdi
18:03 03 Aprel 2020
"Ədəbiyyat müəlliməsinə toxunanda keçirdiyi hisslər..." - "Azğın" haqqında
17:59 03 Aprel 2020
Rasim Balayev: “Övladlarımı evə buraxmıram”
17:16 03 Aprel 2020
“Kağız ev” serialının 4-cü mövsümünün nümayişi başladı
16:27 03 Aprel 2020
Gənc şairə ağır itki üz verdi
15:38 03 Aprel 2020
Məktəbə 12 yaşında getdi, qardaşını ermənilər öldürdü, Stalinin təqibinə görə damarlarını kəsdi - Azərbaycanlı filosofun dəhşətli həyatı
15:02 03 Aprel 2020
Harri Potter onlayn təqdim edildi
14:15 03 Aprel 2020