writer1

Sevinc Elsevər

Məqalə sayı

114
clock11:34 calendar-gray 02 Oktyabr 2014 view-gray4448 dəfə oxunub
view-gray4448 dəfə oxunub

Sevgi etirafı

Bizim uşaqlığımız sevginin günah olduğu düşüncəsi içində keçdi. Dilimizə “sevirəm” kəlməsini gətirməkdən qorxduq. Nə ata-anamıza “sevirəm” söylədik, nə də onlar bizə söylədi.

Valideynlərimiz bizə olan sevgilərini izhar eləyəndə “səni çox istəyirəm” dedilər... Evimizə gələn qonaqlar gic-gicə bir sual ünvanladılar bizə yeri gəldi-gəlmədi: “Atanı çox istəyirsən, ananı?”... “Atanı çox sevirsən, ananı?” - deyəni heç olmadı.

Dostlar bir-birinə “səni sevirəm” yerinə, “mən sənin xətrini çox istəyirəm” dedilər. Hətta sevgililər – qızlar, oğlanlar bir-birinə “səni sevirəm” söyləməkdən qaçdılar. Əfsanəyə görə, əsl sevən oğlan sevdiyi qıza “səni sevirəm” deyə bilmirdi. Həqiqi aşiq “səni sevirəm” kəlməsini dilinə gətirməməliydi. Gətirirsə, sevgisi saxta hesab olunurdu.

Qızlarsa abrına sığınıb bu kəlmələrdən qaçmalı idilər. Ürəkdən, səmimi qəlbdən “səni sevirəm” deyə hayqırmaq istəyənlər dillərinin ucundan bu sözü geri qaytarırdılar.

Balaca müşahidəçi olan mən niyə rusların, ingilislərin öz uşaqlarına “ya lyublyu tebya”, “ay lav yu” deməklərinə, öz anamdansa bu kəlməni ana dilimdə bircə dəfə də olsun eşitmədiyimə mat qalırdım.

Rus dili dərslərinə maraq azalandan sonra Məşhədə gedib müəllimliklə yanaşı, mollalıq eləməyə başlayan qoca Rizvan müəllimimizdən “sevmək günahdırmı?” soruşduğumda cəmi on iki yaşındaydım. Rus dili dərsinin yerinə bizə cənnət, cəhənnəm, günah və savabdan danışan bu müəllimə bu cür sual verməyim normal idi. Rizvan müəllim əvvəlcə çaşıb qaldı. Sonra düşüncəli şəkildə “yox, bala, günah deyil, sevmək niyə günah olsun ki?” - dedi. “Bəs onda niyə kimsə kimsəyə “səni sevirəm” deyə bilmir? Niyə qızların tutduğu xatirə dəftərlərindəki on üçüncü suala heç kim cavab vermir?” - soruşdum bu dəfə...

Osmanlı türkcəsiylə dilimiz qaynayıb-qarışandan, üstü “I love you” yazılı köynəklər ölkəmizə ayaq açandan sonra biz də alışmağa başladıq “səni sevirəm” kəlməsinə. İndi çoxumuz uşağına “səni sevirəm” deyib bağrına basır. Eyni kəlmələri sevinclə balasından qəbul edir. “Səni sevirəm” kəlməsi günahmış, ayıbmış, söyüşmüş kimi dilimizdən çıxarılıb dışlanmır.

Biz uşaqlarımıza Məhəbbət, Sevgi adlarını verir, amma onlara sevginin, məhəbbətin yanlış bir şey olduğunu aşılayırdıq. Xüsusən qız uşaqlarına...

Evimizlə üzbəüz binadakı mənzillərdən birində Sevgi adlı balaca bir qız yaşayır. O, balaca həyətdə oynayanda anası pəncərədən “Sevgi... Sevgi...” deyə haylayır.

qızlarına Sevgi adını vermişlər

amma sevməyi-sevilməyi

ona qadağan etmişlər

sevdiyindən ayırıb

başqasına vermişlər

“sevgiylə qarın doymaz” - demişlər ona

qonşumuzun qızıydı Sevgi

pəncərələrindən anası haylardı tez-tez

imkan verməzdi həyətdə ləngiməyə

“Sevgi... Sevgi...” - deyə

qadının səsi götürərdi həyətimizi

sevgiyə səslərdi o qadın sanki hər kəsi

Afrodita kimi

Sevgi gəlin köçəndən

kimsə sevgiyə səsləmir bizi

yalandan da olsa!

Bu şeiri o qıza yazdım. Şeirimin çin çıxmamasını arzu edirəm o balaca qıza. Ömür boyu qələmimdən bir nikbin şeir çıxmadı ki... Qüsuruma baxmasın.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Rus qadını evinə qonaq çağırdı, ərini içirtdi... – Xəyanət haqqında hekayə
15:01 03 Avqust 2021
Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək
14:15 03 Avqust 2021
Nazirlik rəsmisi: “Kinostudiyaya ən müasir avadanlıqlar almışıq”
13:30 03 Avqust 2021
Bir bax, başın üstə günəş doğulur – Ramiz Rövşən Şuşaya şeir oxudu - Video
12:45 03 Avqust 2021
Allaha inanmadı, 16 yaşlı qızla evləndi, oğlunun ölümündə özünü günahkar bildi - Xalq şairindən 10 maraqlı fakt
12:01 03 Avqust 2021
Öz ölümünü yazan şair - Günün şeiri
11:30 03 Avqust 2021
Qələbədən yazmaq çox çətindir
11:01 03 Avqust 2021
“Orxan Pamukun evi inanılmaz dərəcədə geniş idi” – Söhbət
10:30 03 Avqust 2021
Deyirsən, anamın yerində ayrı arvadla mazaqlaşsın? – Yeni hekayə
09:01 03 Avqust 2021
Açıq havada Kino Günü keçirildi - Fotolar
08:49 03 Avqust 2021
Azərbaycanlı şair vəfat etdi
08:08 03 Avqust 2021
"Qapalı olan həyatımın qapılarını indi açıram..." - Fəxrəddin Manafovla yubiley müsahibəsi
21:00 02 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
18:50 02 Avqust 2021
Hafiz Təmirovun yeni kitabı çıxıb
18:08 02 Avqust 2021
Prodüserlər Gildiyasına sədr seçildi
17:20 02 Avqust 2021
Maestro Niyazinin xatirəsi yad olunub
16:55 02 Avqust 2021
Qazi-şair gündəliklərini məktəblilərlə birlikdə yazacaq – Yeni layihə
16:00 02 Avqust 2021
Lalə Azərtaşın telefon zəngi və yarımçıq səmimiyyəti
15:04 02 Avqust 2021
Təsadüfən dirijor oldu, kasıblıqdan vərəmə tutuldu, xanımını oğulluğu boğaraq öldürdü – Niyazidən 10 inanılmaz fakt
15:01 02 Avqust 2021
Kino cameəmizin 2 avqust yanlışı: Elit sənət illüziyası
14:16 02 Avqust 2021