news-inner
clock16:00 calendar-gray 30 Sentyabr 2014 view-gray2566 dəfə oxunub
view-gray2566 dəfə oxunub

Bakılı oğrunun Mərkəzi Bankdan oğurlanmış pulu geri qaytarması

Azər­bay­can ci­na­yət alə­mi­nin bü­tün İt­ti­faq əra­zi­sin­də qə­bul olun­muş ilk qa­nu­ni oğ­ru­la­rın­dan bi­ri Rə­şid oğ­lu Mə­hər­rəm idi. Real fak­t­la­ra söy­kə­nən bu mə­lu­ma­tı za­kon­nik­lər haq­qın­da en­sik­lo­pe­dik bi­li­yə ma­lik TT Nə­ri­man nəql edib.

“Ha­di­sə əs­rin əv­vəl­lə­rin­də, So­vet hö­ku­mə­ti­nin təzəcə başlamış tutatut, kə­sa­kəs döv­r­lə­rin­də baş ve­rib. Bü­tün Ba­kı bir-­bi­ri­nə dəymiş­di. Mə­sə­ləy­lə bir­ba­şa MK ka­ti­bi Əli­hey­dər Qa­ra­ye­vin özü məş­ğul olur­du. Şə­hə­ri aya­qüs­tə qal­dı­ran bu xə­bər ağız­dan-­ağı­za ke­çə­rək, eşi­dən­lə­ri dəh­şə­tə gə­tir­miş­di. “Ni­za­mi” ki­no­teat­rı­nın həndəvərində yer­lə­şən Mər­kə­zi Bank ya­rıl­mış­, kül­li miq­dar­da pul apa­rıl­mış­dı. İl­kin ax­ta­rış­lar heç bir nə­ti­cə ver­mə­miş­di. Mi­lis­lə­rin hə­lə də ci­na­yət­kar­la­rın izi­nə düş­mə­mə­sin­dən bərk qə­zəb­lə­nən Əlihey­dər Qa­ra­yev Ba­kı Şə­hər Mi­lis İda­rə­si­nin rəi­si Məm­məd Əmin Şə­kin­si­ki­ni ya­nı­na ça­ğı­rıb, ha­di­sə­nin açıl­ma­sıy­la əla­qə­dar is­tin­taq­da nə ye­ni­lik ol­du­ğu­nu so­ru­şur.

Qo­rot­de­lin rəisi də hə­lə­lik heç bir irə­li­lə­yi­şin ol­ma­dı­ğı­nı məruzə edir. MK ka­ti­bi bu hə­rə­kət­siz­li­yə, baca­rıq­sız­lı­ğa gö­rə Şə­kin­si­ki­yə xey­li irad tutur, mə­zəm­mət edir və ci­na­yət­ka­rı tap­maq üçün cə­mi üçcə gün vaxt ve­rir:

- Pul­lar ya ta­pı­lıb ge­ri qay­ta­rıl­ma­lı, ya da və­zi­fənlə vi­da­laş­malısan, - Qa­ra­yev şər­ti­ni bil­di­rib Şə­kin­s­ki­yə oğ­ru­la­rı ya­xa­la­maq üçün ve­rilmiş vax­tın artıq elə hə­min an­dan baş­lan­dı­ğı­nı söy­lə­yir.

Haşiyə:

Şəkinski ba­rə­də ta­nı­yan­lar bir­cə kəl­məy­lə; - Ki­şi adam­dır Şə­kin­s­ki, həm vu­ran, həm də qal­dı­ran əli var, - deyirdilər.

Ba­kı Şə­hər Mi­lis İda­rə­si­nin rəi­si vəzifəsində çalışmasına bax­ma­ya­raq, Şə­kin­s­ki­nin is­tər və­zi­fə sa­hib­lə­ri, is­tər­sə qa­ra ca­ma­at, is­tər­sə də ci­na­yət alə­mi­nin av­to­ri­tet­lə­ri ara­sın­da bö­yük hör­mə­ti var­dı.

Qor­xu­nun nə ol­du­ğu­nu bil­mə­yən bu “fa­raon” la­zım gə­lən­də ən çətin əmə­liy­yat­la­ra özü sı­ra­vi “kras­no­poqo­nik”­lər­lə bir yer­də yollanır­dı. Ba­kı­da pən­cə­rə­lər­dən də­mir çər­çi­və­lə­rin sö­kül­mə­si də onun ide­ya­sı ol­muş­du və elə bu xa­rak­te­ri­nə, sa­də­li­yi­nə, qor­x­mazlı­ğı­na gö­rə də bö­yük hör­mət qa­zan­mış­dı. Gənc yaş­la­rın­dan hə­ya­tın is­ti-­so­yu­ğu­nu gör­müş, çox keş­mə­keş­lər­dən ad­la­mış Şə­kin­s­ki şəhər milis idarəsinə rəis təyin edilmə xəbəri əha­li ara­sın­da böyük rəğ­bət­lə qar­şı­lan­mış­dı.

Bu nü­fu­za qıs­qan­c­lıq­la ya­na­şan höku­mət adam­la­rı Şə­kin­s­ki­ni mərkəz­dən uzaq­laş­dır­maq məqsədilə onu uzaq ra­yon­lar­dan bi­ri­nə gön­də­rir­lər. Be­lə bir yer bataqlıqlar, mığmığalar məskəni Yev­lax ra­yo­nu se­çi­lir. Bu ra­yo­nun qocaman sa­kin­lə­ri çox gü­man ki, Şə­kin­si­ki­nin gör­dü­yü iş­lə­ri hə­lə də unutma­yıb­lar. Yev­lax ra­yon İcraiy­yə Ko­mi­tə­si­nin səd­ri tə­yin olun­du­ğu gün­dən az bir za­man­ kəsiyində o, bu əra­zi­də qay­da-­qa­nun ya­ra­dır. Şə­hər əra­zi­sin­də yaran­mış göl­mə­çə­lə­rin dol­du­rul­ma­sı, orada yaşıllıqların salınması da Şə­kin­si­ki­nin əməl­lə­ri idi.

La­kin bü­tün bu iş­gü­zar­lı­ğı­na, tə­miz iş­lə­mə­si­nə, düzgünlüyünə, sadəliyinə bax­ma­ya­raq, nə­ha­yət ki, onu da na­haq­dan iliş­dirir­lər. Yemelyanovun atdığı şərə görə, gü­nah­sız ye­rə "troy­ka"nın qə­ra­rı ilə ona 25 il srok ve­ri­lir və uzaq Si­bi­rə sür­gün edi­lir. Gö­rü­nür bir də və­tə­nə dön­mək onun qis­mə­tin­də var­mış.

Be­lə ki, 1953-cü il­də Sta­li­nin ölü­mün­dən son­ra gü­nah­sız rep­re­si­ya qur­ban­la­rı­na bə­raət ve­ril­mə­yə baş­la­yır. Şə­kin­si­ki­nin də gü­nah­sız­lı­ğı sü­bu­ta ye­ti­ri­lir və o, ye­ni­dən Bakıya qa­yı­dır... Ba­kı­ya qa­yıt­dı­ğı gün­dən bir xey­li vaxt keç­dik­dən son­ra Şəkinski ye­ni­dən iş­lə tə­min olu­nur, Baş Ar­xiv İda­rə­si­nin rəi­si ki­mi fəaliyyətə baş­la­yır. O dövr bu ida­rə köh­nə sir­kin ya­nın­da yer­lə­şir­di. İn­di yə­qin xa­ti­rə­lər­də deyil, an­caq har­da­sa 70-ci il­lərin sonunadək o, bu və­zi­fə­də ça­lış­dı. Gün­lə­rin bir gü­nü iş­dən çı­xar­kən ida­rə­dən bir az ara­lı­da ma­şın vur­muş­du onu. Hə­min qə­za­dan son­ra Şə­kin­si­ki dün­ya­sı­nı də­yiş­di.

Qayıdaq Əliheydər Qarayev məsələsinə...

Şə­kin­si­ki ka­ti­bin ya­nın­dan çı­xıb ka­bi­ne­ti­nə qa­yı­dır. Otu­rub xey­li gö­tür-­qoy et­dik­dən son­ra be­lə qə­ra­ra gə­lir ki, əgər bu ha­di­sə bakı­lı­lar tə­rə­fin­dən tö­rə­di­lib­sə, on­da müt­ləq Rə­şid oğ­lu Mə­hər­rəm bun­dan xə­bər­dar ol­ma­lı­dır. Ona gö­rə də Rə­şid oğ­lu­nu ya­nı­na çağır­t­dı­rır. Söz­süz ki, mi­lis rəi­si Rə­şid oğ­lu ilə qa­nu­ni oğ­ru ki­mi yox, əsl ki­şi söh­bə­ti elə­yir. Şə­kin­si­ki və­ziy­yə­ti ona açıq­la­yır və Mər­kə­zi Ko­mi­tə ka­ti­bi­nin onun qar­şı­sın­da qoy­du­ğu tə­lə­bi də ona çat­dı­rır:

- Rə­şid oğ­lu, bu iş­dən sə­nin xə­bər­siz ol­ma­dı­ğı­na əmi­nəm, - deyir. - Ki­şi ki­mi söz da­nı­şaq. Əgər Qa­ra­yev mə­nə üç gün möhlət ve­ribsə, mən sə­nə iki gün vaxt ve­ri­rəm. Oğ­ru­la­r ta­pıl­ma­lı, pul­lar ge­ri qay­ta­rıl­ma­lı­dır. Əks təqdirdə mən iş­dən ge­di­rəm. Oğ­ru­la­rı ta­pa bil­sək, nə qə­dər ki, mən bu şə­hər­də­yəm, bu və­zi­fə­də­yəm, sə­nə ölüm yox­dur.

Rə­şid oğ­lu Mə­hər­rə­min Şə­kin­si­ki­yə, ki­şi­li­yi­nə, mər­d­li­yi­nə gö­rə hörmə­ti var­dı. Ona gö­rə də bu işi öz boy­nu­na gö­tü­rür və de­yi­lən vax­t­da oğ­ru­la­rın ta­pıl­ma­sı­na cəhd edə­cə­yi­nə söz ve­rir. Bil­di­rir ki, bu gün pu­lun Ba­kı­da olub-­ol­ma­ma­sı­nı müəy­yən­ləş­di­rib sə­nə çat­dıra­ca­m.

Mə­hər­rəm rəis­dən ay­rı­lıb işə baş­la­yır. Elə hə­min ge­cə la­zım olan adam­la­ra­la gö­rü­şüb ban­kın ba­kı­lı­lar tə­rə­fin­dən apa­rıl­ma­dı­ğını dəqiq­ləş­di­rir. De­yi­lən vaxt rəis­lə gö­rü­şüb və­ziy­yə­ti ona da bil­di­rir. İn­di iki ye­rə gü­ma­nı gə­lir­di - bu ya Ros­tov medvejatnikləri­nin, ya da gür­cü domuşniklərinin işi idi. Ona gö­rə də tə­ci­li Tib­li­si­yə ge­dib or­da­kı lo­tu­lar­la gö­rüş­mə­li, əgər ora­da da bir şey çıx­ma­sa, bir­ba­şa Ros­to­va üz tut­ma­ğın la­zım ol­du­ğu­nu bil­di­rir.

Şə­kin­si­ki Mə­hər­rə­min fi­ki­riy­lə ra­zı­la­şır və yo­la çıx­maq üçün la­zım olan xər­c­li­yi də ver­mək is­tə­yir. Rə­şid oğ­lu Mə­hər­rə­min pu­la eh­tiya­cı olmadığını bildirir və yo­la dü­şüb Ti­bi­li­si­yə gə­lir, bir­cə gü­nə bur­da­kı bü­tün lo­tu­lar­la əla­qə­yə gi­rib, izin bu­ra­la­ra da gəl­mə­di­yi­ni öy­rə­nir. Vaxt itir­mə­dən Ros­to­va üz tu­tur.

Onu bü­tün İt­ti­faq oğruları yax­şı ta­nı­yır­dılar. Rə­şid oğ­lu Məhərrəmin bu şə­hə­rə gəl­di­yi­ni eşi­dən av­to­ri­tet­lə­rin ha­mı­sı onun gö­rü­şünə gə­lir. Pu­lun müt­ləq bu­ra­da ol­du­ğu­nu bil­di­rən Məhərrəm nə­yin ba­ha­sı­na olur­sa-­ol­sun çistoqanın ta­pıl­ma­sı­nın va­cib­li­yi­ni söy­lə­yir. Bank hə­qi­qə­tən də ros­tov­lu­lar tə­rə­fin­dən apa­rıl­mış olur. Lo­tu­lar elə hə­min gün pul­la­rın ha­mı­sı­nı qay­ta­rıb Rə­şid oğ­lu Məhər­rə­mə verir və onu ge­riyə, Bakıya yo­la sa­lır­lar. De­yi­lən vax­tda Rə­şid oğ­lu Mə­hər­rəm pul­la­rı Şə­kin­si­ki­yə çat­dı­rır...

Məm­məd əmin Şə­kin­si­ki sö­zü­nün üs­tün­də du­ra­raq Ba­kı şə­hər Mi­lis İda­rə­si­nin rəi­si vəzifəsində çalışdığı döv­r­də Rə­şid oğ­lu Məhərrəmə gö­zün üs­tə qa­şın var de­yən ol­mur.

Otuzuncu illərin əv­vəl­lə­rin­də baş ver­miş hə­min bu ha­di­sə­dən az son­ra Rə­şid oğ­lu Mə­hər­rəm son sro­ku­nu ala­raq Ru­si­ya­ya etap edi­lir. Və hə­min dövr üçün ən ağır la­ger­lə­rin yer­ləş­di­yi Ko­lı­ma­ya gön­də­ri­lir.

Çox par­laq şəx­siy­yət olan Rə­şid oğ­lu Mə­hər­rə­min həbsi o vax­ta kimi köl­gə­də qa­lan müx­tə­lif qrup­laş­ma­la­rın can­lan­ma­sı­na sə­bəb olur. Ay­rı-­ay­rı özün­dən de­yən­lər bir­lə­şə­rək mü­tə­şək­kil dəs­tə­lər yara­dır­lar. Əs­rin əv­vəl­lə­rin­də Ba­kı qo­çu­la­rı­nın qəd­dar­lı­ğı­nı öz canla­rın­da sı­na­mış əs­lən iran­lı olan və el için­də “həm­şə­ri­lər” adlan­dı­rı­lan soy­daş­la­rı­mı­zın içə­ri­sin­dən çı­xan kri­mi­nal ele­men­t­lər də məhz bu ha­di­sə­dən son­ra öz möv­qe­lə­ri­ni gün­bə­gün möh­kəmlən­dir­mə­yə baş­la­yır­lar və qı­sa bir za­man kə­si­yin­də yer­li kri­minal av­to­ri­tet­lər­lə aş­kar rə­qa­bə­tə gi­ri­şir­lər.

“Xo­ra­lı” lə­qəb­li Hü­sey­nin baş­çı­lıq elə­di­yi bu kri­mi­nal qrup­laş­ma qısa bir za­man­da Ba­kı­nın müx­tə­lif na­hi­yə­lə­ri­ni öz nə­za­rə­ti­nə gö­türür. Rə­şid oğ­lu Mə­hər­rə­min səh­nə­dən get­mə­si ilə güc­lən­miş dağ­lı kri­mi­na­li­te­ti də qüv­və top­la­maq­da idi. Ba­kı­nın yu­xa­rı məhəllə­lə­ri­ni öz tə­si­ri al­tı­na sal­mış bu dəs­tə­yə isə Ağa­qu­lu ad­lı bir şəxs baş­çı­lıq edir­di.

İn­di Nə­ri­man Nə­ri­ma­no­vun hey­kə­li ilə üz­bəüz eniş­də ya­şa­yan Ağa­qu­lu cə­mi bir ne­çə ay­da dəs­tə­si­ni si­lah­lan­dı­ra­raq ha­mı­ya meydan oxu­yur­du. Şə­hə­rin Er­mə­ni­kənd de­yi­lən çox bö­yük ərazisi isə büs­bü­tün er­mə­ni oğ­ru­la­rı­nın tə­si­ri al­tı­na düş­dü. Be­lə­lik­lə cə­mi iki il qa­baq son də­rə­cə mo­no­lit gö­rü­nən Ba­kı kri­mi­na­li­te­ti tam par­ça­lan­ma­ya mə­ruz qal­dı.”

Oxşar xəbərlər