Bu şəhərə sükut çökər ŞEİR

Bu şəhərə sükut çökər ŞEİR
29 sentyabr 2014
# 10:55

Kulis.az gənc şair Turalın şeirini təqdim edir.

***

Bu şəhərə sükut çökər

şəhər yatar,

mən yatmaram…

Yalnızlıqdan

ürəyimə qəm səpilər,

tək qalaram

bu şəhəri yuxusundan oyatmaram.

Bilirəm ki

nə bu gecə, nə bu şəhər

yalnızlığa çarə tapmaz...

gözlər donuq, hər yan sükut -

ürək yatmaz…

Bu şəhərdə heç bir kəsin

halına ağlamazlar...

Yalnızlıq bürüyər ətrafı,

bir kimsəni

tənhalıqdan almaq üçün

əl atmazlar -

ağlama, tənhalıq!

Bu şəhərdə göz yaşı silinmir;

dərd üstünə dərd gəlir,

dərdli dərdini bilmir…

Çox üzdü bu şəhər

səni də, məni də, onu da...

çətin bu şəhər

bu üzüntünü unuda...

# 972 dəfə oxunub

Oxşar xəbərlər

# # #