Kukla Teatrının yeni mövsümdə sürprizləri

Kukla Teatrının yeni mövsümdə sürprizləri
15 sentyabr 2014
# 11:43

Ötən mövsümü bir sıra sənət uğurları ilə başa vuran Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümdə də balaca tamaşaçılarına maraqlı sürprizlər vəd edir. Teatrın mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, teatrın balaca tamaşaçılarına hədiyyəsindən biri sentyabrın 18-i, Milli Musiqi Günündə nümayiş olunacaq marionet tamaşadır. Dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında hazırlanan tamaşada baş rolu teatrın aparıcı aktyoru, Əməkdar Artist Rəhman Rəhmanov ifa edəcək.

Teatrın kollektivi ilin sonunadək bir neçə tamaşa təqdim edəcək. Dövlət sifarişi ilə Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesi əsasında hazırlanacaq “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasına teatrın baş rejissoru Qurban Məsimov quruluş verəcək. Fərqli yozumda hazırlanan tamaşanın bəstəkarı Vüqar Camalzadə, rəssamı Rəvanə Yaqubovadır.

Bundan başqa, Conatan Sviftin məşhur “Qulliverin səyahəti” romanı əsasında da tamaşa hazırlanacaq. Səhnə işini Elşad Rəhimzadə ərsəyə gətirəcək.

Teatrın direktoru, “UNİMA” Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə festivallara dəvətlər barədə məlumat verərək bildirib ki, yeni mövsüm üçün 5 beynəlxalq festivala dəvət alıblar. Bu dəvət marafonuna respublika daxilinə səfərlə start verilib. Şəkidə keçirilən I Beynəlxalq teatr festivalında Kukla Teatrı da tamaşa sovqatı ilə çıxış edəcək.

Bundan başqa, kollektiv oktyabr ayında Həştərxanda “Xəzər sahilləri” festivalında və Misirdə ənənəvi kukla teatrı festivalında iştirak edəcək.

# 2877 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər