Pornoulduzun təhqir olunmuş dodaqları

Pornoulduzun təhqir olunmuş dodaqları
12 sentyabr 2014
# 15:41

Nicat Həşimzadə

Sadist məhəbbət

Həm çox yaxınsan,

həm bir o qədər uzaq.

sevsən də, sevilsən də,

hələ dünənki uşaqsan.

böyüdə bilmədim səni,

kiçik qəlbimin böyük sevgisi ilə,

bu o deməkdir ki,

anan haqlıdır,

səni xoşbəxt edə bilmərəm.

get sevgilim, get,

anan böyütsün,

özü arzuladığı oğlana qovuşdursun.

Mənsə bakirə fahişə,

Mariyanın rəsminə baxaraq,

tənhalıqla söhbətləşim.

Dünyanın seks simvolu -

Silvia Sayntın təhqir olunmuş

dodaqlarından öpüş almaq qədər

mənasızdır həyat.

Fəqət ölüm daha amansızdır.

Nakam qalır arzular,

anlayırsan ki, artıq hər şeyin sonudur.

Hə, bu arada, unut məni,

sənə divanə sadist gərək deyil,

mənə də xəstə mentalitet çocuğu....

# 1096 dəfə oxunub

Oxşar xəbərlər

# # #