İki tərbiyəsizin qurbanı olan əkizlər-

İki tərbiyəsizin qurbanı olan əkizlər-
2 sentyabr 2014
# 13:43

Elə indicə saytlardan birindən dəhşətli bir xəbər oxudum. Çox əsəbiləşdim. Bu dəqiqə gözümdəki yaşı güclə saxlayıram. İş yerindəyəm deyə ağlamaq istəmirəm.

Masallıda bir ana əkiz uşaq dünyaya gətirəndən sonra onlardan imtina edib. Müxbirlər gedib onun evinə. Özünün 33, ərinin 79 yaşı var. Kişi elə arxayın, elə sərbəst danışır ki, sadəcə şokdayam. Deyir, mən kasıb adamam , neynirəm o uşaqları? Aparsınlar, lazım deyil, dövlətin olsun. Ana olacaq o əclaf, heysiyyatsız, məsuliyyətsiz, vəhşi qadın isə ərinin yanında dayanıb dişlərini ağardır.

Mən ömrümdə heç bir yazımda bu ifadələrdən istifadə etməmişəm. Amma indi hayqırmaq istəyirəm. Belə əclaf insanlar niyə körpələri bədbəxt eləyir? Dövlətin nəyinə lazımdır sənin sevgisiz, plansız, heyvani hissinin qurbanı olaraq dünyaya gətirdiyin uşaq? Küçədə qalmasın deyə onsuz da aparıb uşaq evlərinə qoymağa məcburdur dövlət.

Hansı ağılla, hansı vicdanla sən 9 ay qarnında daşıdın o körpələri? Niyə 2 tərbiyəsiz insanın heyvani hissinin, ani zövqünün qurbanı zavallı körpələr olmalıdır? Ya abort eləyirlər, ya da doğub tullayırlar. Sizin kimilər niyə var bu həyatda?! Olmaz olasınız!

Uşaq evlərində böyüyən yazıq balalar ömrü boyu valideyn həsrəti çəkir, gözü yollarda qalır. Təsəvvüründə yalnız normal insan hesab etdiyi valideynlərini yaşadır. “Gəl, məni apar, ana “ deyir çoxu. Budur e , ananın biri bu, dişlərini ağardan qadın. Ay balalar, arzulamayın belə valideynləri axtarıb tapmağı, sonradan onlara qovuşmağı. Elə xəyallarınızda bir obraz yaşadıb, ona inanın. Bunların üzünün görməsəniz yaxşıdır.

Bu hadisəni eşidib başını bulayan bir çox insan, guya sənin bundan geri qalan tərəfin var? Sən də dünyaya gəlməmiş bir zavallını elə bətnindəcə öldürmədinmi? Cərrahın aləti bətninə girəndə körpən büzüşüb bətninin ən uzaq yerinə sığınıb səndən imdad diləmədimi? Sən neylədin bəs?

Bu qadınların əclaf hərəkətləri üçün əsas gətirdiyi səbəbləri eşitmək istəmirəm. İmkanın yoxdur, onda tədbir gör, ailə planlaması elə. Ailəli deyilsənsə, əxlaqsızlığının nəticəsi olan uşağa hamilə qalma. Tədbir gör.

Ya doğulmuş, ya da hələ bətndə olan bütün körpələrdən imtina edən bütün insanlar mənim üçün İŞİD-in üzvüdür. Qatillər!

# 3210 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #