Səfalət içində ölən Yusif Vəzir və Köçərli

Səfalət içində ölən Yusif Vəzir və Köçərli
29 may 2015
# 12:37

Sən şəhərdə yerləşən, üstünə “Kitablar”, “Dəftərxana ləvazimatı” yazılmış, içində karandaş-qələmdən, pozandan tutmuş dua kitabından, Əmək məcəlləsinə qədər ən ciddi kitablar satan kitab mağazası olacaqsanca sənə sözümüz yox.

Sənin kitabla əlaqən elə mağazanın adındakı “Kitab” sözündən ibarət olacaqsa, sənə sözümüz yox.

Məqsədin yalnız qazanc əldə etməkdirsə sənə sözümüz yox.

Sabah kitablar satılmasa mağazanı boşaldıb “şmotka” alverinə keçərsənsə sənə sözümüz yox.

Nə istəyirsən, necə istəyirsən sat, öz işindi.

Yox.

Əgər sən səfalət içində yaşayıb sürgündə ölmüş Yusif Vəzirin romanını özünə “qalxan” edəcəksənsə.

O adla tanınacaqsansa.

Milli ədəbiyyatı dirçəltmək üçün müsabiqə təşkil edəcəksənsə.

Kitab klubu yaradıb gəncləri mütaliəyə dəvət edəcəksənsə.

Kitab müzakirələri, ədəbiyyat müzakirələri gedən verilişlərə çıxacaqsansa.

Ədəbiyyat adına danışacaqsanca.

O zaman.

İşçilərinin Azərbaycan ədəbiyyatını anlamağına, dilimizdə normal danışmasına, yerli müəllifləri tanımalarına borclusan.

Rəflərində yerli müəlliflərə yer ayıracaqsan.

Necə ki, yerli müəlliflər kitablarından milyon qazana bilmirlər, sən də qazanmayacaqsan.

Onlarla yanaşı addımlayacaqsan.

Bu yolun cəfasına da qatlanacaqsan, səfasına da.

Yox, əgər bunları da istəmirsənsə onda köçünü çəkib gedəcəksən bu ədəbiyyatdan, Köçərli xanım.

# 2692 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
# # #