Anar müəllimin Elina yazısında özünüifşası

<b>Anar müəllimin Elina yazısında özünüifşası</b>
25 aprel 2019
# 10:47

Ayxan Ayvaz

Biz illərdir AYB sədri, Xalq yazıçısı, hörmətli Anar müəllimi tənqid edəndə, onun necə sədr olduğunu deyəndə, yazıçı kimliyini itirdiyini car çəkəndə hamı qarşı çıxırdı:

“Anardan nə istəyirsiniz?”

“Anar bizim böyük yazıçımızdır”.

“Sən Anarın səviyyəsinə çat hələ”.

İllərdir, biz Anarı camaata tanıda bilmədik. Boğazımızı yırtdıq, sərt çıxışlar etdik, mədəni formada dedik – xeyri olmadı. Heç kim bizə inanmadı.

Və indi... Anar Elina ilə bağlı yazısıyla özünü nəhayət ki, tanıtdı... Siz də təəccübləndiniz. “Aaa... Anar müəllim, nöş belə?”

Anar Elinanın yox, Xalidə Bayramovanın yanındaydı. Yəni Anar sevgisizlikdən özünə qəsd etmiş Elinanın yox, həqiqəti ört-basdır edən birinin müdafiəsinə qalxdı.

Bu, həm də Anarın özüdür. İlk dəfə onun səmimiyyətini bu dərəcədə çılpaq şəkildə göstərməsinə təəccübləndim. Əslində, Anar əvvəllər də beləydi, sadəcə bunu bilməyənlər vardı. Heç kəs gerçəyi görmək istəmirdi. Hamı elə bilirdi ki, biz Anarın paxıllığını çəkdiyimiz üçün ondan xoşumuz gəlmir, böyük yazıçını yeri gəldi-gəlmədi tənqid edirik.

Anarın yazısından sitat:

“Yazıçılar Birliyi Səbael rayonun ərazisində yerləşir və bu rayonun İcra başçısının birinci müavini Xalidə xanım uzun illər boyu təşkilatımıza xeyirxah münasibət bəsləyir, tədbirlərimizdə iştirak edir, yazıçıların ona aid olan bütün məsələlərini həll etmək üçün əlindən gələni əsirgəmir. Əsas vəzifəsindən başqa yeniyetmələr və uşaqlarla iş üzrə rayon komissiyasının sədri kimi, Xalidə xanımın bu məsələyə necə sədaqətlə və məsuliyyətlə yanaşmasını bilirəm.

"Yeni Müsavat" qəzetində bir neçə hörmətli deputatın fikirləriylə tanış oldum. "Hələ istintaq gedərkən kiminsə haqqında fikir söyləmək doğru olmaz" deyirlər. X.Bayramovaya qarşı ədalətsizliyin yolverilməz olduğunu deyirlər və mən də bu rəylərlə razıyam. Başqa bir deputatın verdiyi sual da yerindədir: "Yəni doğrudanmı cəmiyyətdə insanların bir-birinə qarşı mərhəmət hissi azalıb?"

Bu da Xalq yazıçısı, xalqın sevimli yazıçısı... İllər öncə Təhminə obrazını yaradan, “Ağ liman”ı yazan və qadın azadlığını söz konusuna çevirən yazıçıya baxın. Anar hətta indi “Pozğun ailənin qızı” deyən məktəb direktorunu da dəstəkləyər. Fikir verin, Xalidə xanımı necə müdafiə edir, onun günahsız olduğuna da belə izah verir: tədbirlərə gəlirdi. Bu nə arqumentdir? Ağlı başında olan biri bu cür arqument gətirərmi?

Deməli, Anar yazdığı Təhminədə səmimi deyil. Deməli, Təhminəni söyənlərin tərəfindədir. Deməli, o əsəri yazanda həqiqətən də Təhminəyə “pozğun” kimi baxırmış.

Selincer şöhrətdən, Tolstoy mal-mülkdən imtina edir, Anar isə 30 ildir bir Yazıçılar Birliyininin kreslosundan imtina edə bilmir. Halbuki yazmaq imtinadır. Anar bu müddət ərzində nəinki imtina etdi, daha çox istədi və kreslosundan bərk-bərk yapışdı.

Adam çörəyin qiymətinə münasibət bildirməyib “Ölkədə yoxam” deyir, amma can verməkdə olan zavallı bir qızcığazı qarşıdan gələn “başağrını” dəf etmək naminə sorğu-suala tutan yüksək çinli məmurun müdafiəsinə qalxır! Özü də gözlənilmədən. Ondan heç nə soruşulmadığı halda.

Müdafiə elədiyiniz İcra Hakimiyyəti “26” nömrəli kafenizi əlinizdən aldı, Anar müəllim.

Kreslodan muğayat olun!

# 7932 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #