Yazıçılarımız peyğəmbərdən nə istəyir?

Yazıçılarımız peyğəmbərdən nə istəyir?
8 avqust 2017
# 12:05

Kulis.az Xanəmirin “Həsəd aparılan quzğunlar” yazısını təqdim edir.

Ədəbiyyat adıyla bu gün “vilayət tutmaq uğrundakı” vəhşiyanə vurnuxmalar sən deyən elə də sönük deyil. Bizim alışdığımız və qəbul etdiyimiz əslində cəhalət üfunəti verən o canlandırmanın cazibədarlığı tamamilə aldadıcı olduğunun qənaətindəyəm.

Yəni hər şey var, çox şey yoxdur. Salba atsan “yazara” dəyər. Yazarı sındırarsan, içindəki ləpənin cürük çıxdığının şahidi olarsan. Bütün yazarlar İsadan yazır, elə bir yazar yoxdur ki, hansısa mətnində İsanın adını çəkməsin. Bu gerçəklər göstərir ki, Azərbaycanın gənc yazarları yenidən ölüm girmiş canlarına dirilik umurlar. Ancaq o heç vaxt bizlərə ayan olmur ki, artıq İsanın ölüləri diriltmək fitrəti zəmanə bədənləri üçün keçərli deyil. Uzaq başı bu durum səni İsayla deyil, şeyx Nəsrullahla üz-üzə qoyar.

“Əyalətlər, ərazilər əldə etməyi unutmuş” yazarlar, gerçək ədəbi mühit və o ədəbi mühitin dirilik həngaməsi dəryaları cuşa gətirən fərqli dünyagörüşlərin, çaylara yeni şırıltı öyrədən çevrələrin və nəhayətdə cəmiyyətin anlayışına Məsihlik edəcək ədəbi məktəblərin mübarək varlığıyla şəkillənir.

XX əsrin Azərbaycan etnosu üçün burulğanlar yaşayan başlanğıcında “Füyuzat”ın və “Molla Nəsrəddin”in xalqımızın ruhsal meydanında cəngavərlik çiləyərək çevrəsində oluşdurduğu istedad ekibi böyük bir epoxanın millətin mənəviyyatının zadəgan duruşunu, aristokrat arqumentasiyasında varoluşunu gerçəkləşdirdi. Çünki millətin əsrlərdir birikmiş düşüncə, ideya, estetik qaymağını yavan çörəyinin üzərinə çəkən hər iki qanadda güclü istedadlar bir-birinin bulaşıqlarını yuya-yuya bir-birinin buddalarını bulmuşdurlar. Bu proseslərdə buddaları tanımaq qaçınılmaz olduğu kimi, onların var olmasının da təbii təzahürü qəbul edilməlidir. Bu zaman cızma-qaraçılara istər-istəməz yer qalmır. Onlar sıradan çıxır, əl-ayağa dolaşmır, gerçək qarşıdurma və mübarizə prosesində güclər dışa vurur. Bir yerdəki birqütbülü, eyni istiqamətli düşüncələr, fikirlər, inanclar pərvəriş tapdısa, (bağışlayın bunun adı birlik, həmrəylik deyil əsla) orda insanların cəsədləri diriykən qoxumağa başlar. Başları üzərində qarğa-quzğunlar leş hayı-harayıyla bir süzər, bir süzər ki...doğuluşundan çezmiş cəmdəklərdə dirilən quldarlıq dönəminin qırışmal qurdları o quzğunlara sadəcə həsəd aparar....

# 2329 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
#
#
# # #