Şortik geyinənin anası-bacısı yoxdur?

Şortik geyinənin anası-bacısı yoxdur?
29 iyun 2017
# 11:11

Sirr deyil ki, Avropa həyat tərzinə yavaş-yavaş uyğunlaşırıq. Onların mədəniyyətini əxz edərkən geyim mədəniyyətindən də müəyyən detallar götürəcəyik. Necə ki, götürmüşük.

90-cı illərdə xor baxılan libaslar bu gün adi qaydada qəbul edilir. Yəni bundan təbii bir şey ola bilməz. 40 dərəcə istidə yay maykalarının üstündən sırıqlı geyəsi deyilik ki? O cümlədən də kişilərin geyindiyi şortik.

“Ağız ona bax ey, qadam ürəyinə, qısa şalvarda adam içinə çıxıb. Anası-bacısı yoxdur bunun?”

Niyə adamlar hesab edir ki, öz geyimində sərbəst olan, özü istədiyi kimi geyinən adam mütləq kiməsə hesabat verməli, kimdənsə geyimi üçün üzr istəməli, ya xəcalət çəkməlidir? Bəs harda qaldı insan haqları, insan azadlığı?

Bir də kişilər adam deyillər bəyəm? Bəyəm onlara isti olmur? Olmaya onların orqanizmi istini yaxşı keçirən materialdan “düzəldilib”?

Bu günlərdə bir əcnəbi filmə baxdım. Yaddaşını itirmiş yaşlı adam tez-tez başqalarının yanında şalvarını çıxarır və bu görkəmdə rahatca gəzişir. Tanış insanlar bunu anlayışla qarşılasalar da, kişinin gənc oğlu xəcalət çəkir. Bir gün sevgilisiylə hislərini bölüşərkən “Axı atam mənim idealım idi, məsləhətləşdiyim tək insan idi”, - deyir.

Nyu-Yorkda yaşayan, sərbəst düşüncə tərzinə alışmış qız ona “rahat ol,” - deyir, - “o, yenə sənin atandır, əvvəlki adamdır. Onun yeni vərdişləri heç nəyi dəyişmir.” “Bəs insanlar?” - kompleksli gənc soruşur, - “İnsanların ona necə baxdığını görmürsən?” “İnsanların ona necə baxdığı önəmli deyil, önəmli olan sənin onun necə baxmağındır, -qız deyir.

Görünür qızın dedikləri təsirsiz ötüşmür. Filmin sonunda məsələ həllini tapır: Atasının kafedə şalvarını çıxardığını görən oğlan bir anlıq məyusluqdan sonra özü də şalvarını çıxarır və atasıyla üzbəüz oturub rahatca nahar etməyə başlayır.

Bu situasiyaya haqq qazandırmıram, amma mühakimə də etmirəm. Bu, rejissorun baxışıdır; filmin qəhrəmanı tragik vəziyyəti komik bir tərzdə həll edir və öhdəsindən gəlmək gücündə olmadığı situasiyanın düyünü beləcə özü-özlüyündən çözülüb gedir.

Bizim hər bir məsələyə azad baxışımız çox önəmlidir və çox vaxt insanlığın taleyini elə bizim heç nədən və heç bir kəsdən asılı olmayan müstəqil baxışımız həll edir. Kiçik görünən bir detal bəzən nəhəng bir texnikanı işə salacaq qədər önəmlidir.

Kiminsə geyimini, ya həyat tərzini qınayanda, mühakimə edəndə kənardan bir də özünüzə baxın. Öz zahirinizə deyil, daxili aləminizə baxın. Orda yatıb qalmış o qədər cəllad görəcəksiniz ki! O cəlladlar əlində qılınc “günahkarların” boynunu vurmağa fürsət gəzir. “Vurun onun boynunu”, - deyə qışqırmazdan qabaq, ya da onlar “günahkarlar”ın boynunu vurmazdan əvvəl o cəlladları içinizdən çıxarmağa tələsin.

# 1819 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #