İlon Mask Nolanı tənqid etdi – “Odissey”i yenidən çəkəcək

İlon Mask Nolanı tənqid etdi – “Odissey”i yenidən çəkəcək
1 sentyabr 2026
# 13:45

İlon Mask Kristofer Nolanın rekordlar qıran yeni "The Odyssey" filminə qarşı tənqidlərini artıraraq öz alternativ layihəsini çəkməyi planlaşdırdığını elan edib.

Kulis.az xəbər verir ki, Nolanın Homerin dastanını şərhetmə tərzini sərt şəkildə tənqid edən Mask, "X" platformasında verdiyi açıqlamada "Grok" süni intellekt texnologiyasından istifadə edərək tarixə və orijinal əsərə daha sadiq tammetrajlı film hazırlayacağını bildirib.

O, həmçinin layihə üçün rejissor Mel Qibson ilə əməkdaşlıq etmək təklifinə də müsbət cavab verib.

Maskın və bəzi mühafizəkar dairələrin narazılığı əsasən aktyor heyətindəki müxtəlifliklə bağlıdır.

Troyalı Helen rolu üçün qaradərili aktrisa Lupita Nyonqo və Sinon rolu üçün transseksual aktyor Elliot Peycin seçilməsi Mask tərəfindən "Homerə hörmətsizlik" kimi qiymətləndirilib.

Sosial şəbəkələrdəki kampaniyaya baxmayaraq, Nolanın 250 milyon dollar büdcəli ekran işi "Rotten Tomatoes" platformasında 94 faiz tənqidçi bəyənməsi toplayıb və ilk həftəsində dünya üzrə 282 milyon dollardan çox gəlir əldə edərək kassada böyük uğura imza atıb.

# 65 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisa nüfuzlu mükafata layiq görüldü

Məşhur aktrisa nüfuzlu mükafata layiq görüldü

11:50 1 sentyabr 2026
Mel Gibson buna görə üzr istədi

Mel Gibson buna görə üzr istədi

11:00 1 sentyabr 2026
Kinoyazar.az saytının fəaliyyəti  dayandırıldı

Kinoyazar.az saytının fəaliyyəti dayandırıldı

21:48 31 avqust 2026
Tom Kruz yenidən sükan arxasında - "İldırım günləri"nin davamı çəkiləcək

Tom Kruz yenidən sükan arxasında - "İldırım günləri"nin davamı çəkiləcək

17:39 31 avqust 2026
Venesiya Film Festivalı keçiriləcək – Hansı filmlər yarışacaq?

Venesiya Film Festivalı keçiriləcək – Hansı filmlər yarışacaq?

11:40 31 avqust 2026
Azərbaycan Kinematoqrafçılar İttifaqının iclasından DANIŞAN FOTOLAR

Azərbaycan Kinematoqrafçılar İttifaqının iclasından DANIŞAN FOTOLAR

18:00 29 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər