Futbolun rəhmətə getdiyi ölkə

Futbolun rəhmətə getdiyi ölkə
12 iyun 2019
# 10:43

Azərbaycan futbolu deyəndə hamımız üzümüzü turşudur, ironiya edir, lağa qoyuruq. Millimiz sonuncu oyunda slovaklara darmadağın oldu. Düzünü desəm, oyuna baxmadım.

Sağ olsun sosial media, bar-bağırırdı ki, rüsvay oluruq. Stadionda “AFFA istefa, AFFA istefa” şüarları sosial şəbəkələrə də yayılmışdı. Azarkeşlər bir şeyi başa düşmürlər, duymurlar ki, AFFA-dakılar istefa versə belə Tanrı bizim ölkəyə futbol bəxş etməyib. Zorla deyil axı. Olmur. Alınmır. Tanrı futbolu Latın Amerika zonalarına hədiyyə edib. Biz futbolda tamaşaçı ola bilərik, oyunu şərh edə bilərik. Futbolçu yetişdirmək bizlik deyil. Latın Amerika dedim, orda təkcə futbol yox, ədəbiyyat da, inqilabçılar da sözünü deyib.

Azərbaycan və futbol. Biz futbol ölkəsi deyilik. Bu iki ifadə eşidilən kimi adamda kinayə dolu təbəssüm yaranır.

Niyə bölgələrimizdə futbol yoxdur? İsmayıllıda, Şəkidə, Qubada, Qusarda, Kürdərmirdə, Salyanda, Qazaxda, Lənkəranda, Astarada, Naxçıvanda, Mingəçevirdə, Şamaxıda, Yevlaxda və digər adını çəkmədiyimiz rayonlarımızda futbol adına bir şey yoxdu. O zaman biz hansı futboldan danışaq?

Uşaq futbolundan da danışaq. Danışsaq guya faydamız olacaq. Uşaq yaşlarımda futbol meydanlarından əl çəkməzdim. Bütün günü oynayardıq, qar, yağış demədən. İndi baxıram, məhəllələr, stadionlar boş, bir-iki uşaq topa könülsüzcə toxunurlar. Bu mənzərələr mənə çox toxunur. Daxilən içimdəki futbol sevgisi qar dənəcikləri kimi əriyib yoxa çıxır. Üstəlik də Azərbaycan futbolunun bu günü də.

Atam beynəlxalq futbol çempionatlarına tamaşa edərdi. Həmişə kasıb, iqtisadi cəhətdən zəif ölkələrə daha çox azarkeşlik edərdi və bu sevgini bizə də aşılayardı. Heç unutmaram, daha çox Afrika ölkələrinin tərəfində olardı; Qana, Kamerun, Seneqal, Fildişi Sahili, Anqola və s. Bir də yadımdan çıxmayan bir cümləsi var: "Kasıbların futbolu da kasıb olur!”

Amma bizim futbol heç kasıb da deyil. Məzmunsuz, darıxdırıcı bir film kimidir. Rejissor olsaydım, bizim futbolumuzdan kədərli bir film çəkərdim. Elə çəkərdim ki, qoy dünya görsün, biz də futbol doğulmayıb. Amma futbola necə aşiq xalqıq.

Nə qədər yazsaq, müzakirələr etsək də ölkəmizdə futbol canını tapşırmaq üzrədir. Gedib Joze Mourinyonu, Zinəddin Zidanı, Fatih Terimi də gətirsən, biz düzələn deyilik. Qısası, futbolumuzdan əlimizi üzək!

# 2450 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #