Səmra deyəndən, məmə deyənə qədər...

Səmra deyəndən, məmə deyənə qədər...
11 may 2016
# 12:23

Avroviziya təmsilçimiz Səmra Rəhimli yarışma zamanı sinəsini bəlli edən don geyinib. Vəssalam. Camaatın əlinə fürsət düşüb. Müğənninin ifası qalıb bir tərəfdə, hamı sinəsindən (döş yazmağa utanıram) danışır. Mentalitet, milli-mənəvi dəyər keşikçiləri düşüblər ortaya. Üç gündür bu xanım müğənninin gözəgəlimli bədən üzvlərinin müzakirəsi gedir.

Əgər Səmra adi don geyinsəydi heç bu qədər diqqət çəkməyəcəkdi. Şəxsən mənim üçün Avroviziya müsabiqəsi neçə ildi öz marağını itirib. Ona görə bu qızın “məmə” məsələsi olmasaydı bəlkə də bu il bizim ölkənin təmsilçisi bilməyəcəkdim kimdi.

Adından da göründüyü kimi “şou-biznes” deyilən bu sənət sahəsi təkcə oxumaq, təkcə oynamaq deyil, həm də geyimdir, bədəninin ən gözəgəlimli hissəsini nümayiş etdirmək məharətidir.

Cenifer Lopez neçə illərdir, bədəninin arxa qabarıqlığı ilə gündəmdədir. Onun mahnılarından, filmlərindən çox arxası məşhurdur. Cenifer Lopez deyəndə adamın gözlərinin qabağında məlum nəhəng bədən üzvü canlanır. Kim Kardaşyan barədə də eyni şeyi demək olar. Bizim Səmra xanım da sinəsini qabağa verib gedib müsabiqəyə.

Kimin nəyi var onu da nümayiş etdirir.

Hər il “World Music Awards”ın təqdimetməsi zamanı müğənnilər musiqilərindən çox tədbirə geyindikləri geyimləri ilə yadda qalırlar. Ledi Qaqanın hansı mahnının oxuduğunu bilməsək də hansı paltarı geyindiyini və ya tədbirə nə qədər çılpaq gəldiyini bilirik. Çünki Ledi Qaqa özünün ətdən hazırlanmış geyimi ilə ictimaiyyətin diqqətini cəlb etməyi bacarmışdı. Bu yaxınlarda Madonna özünün açıq-saçıq geyimi ilə gündəmə gəlmişdi.

Hər il Kann kimi ciddi festivalda filmlərlə yanaşı qırmızı xalçanın üzərində özlərinin ektsravaqant geyimləri ilə poz verən sənət adamları da gündəmə gəlir.

Belə nümunələr kifayət qədərdir. Dünyanın hər yerində şou-biznes bu cür işləyir. Şou-biznes həm də geyimlə, performansla gündəmdə qalmaq bacarığıdır. Çünki insan ta Roma imperiyası dövründən bəri “tamaşa, tamaşa” görmək istəyir. Öz işinin peşəkarı olan PR mencerlər də insanların bu zəif xasiyyətinə bələd olduqları üçün bundan maksimum yararlanmağa çalışırlar.

Ledi Qaqa özünün yarıçılpaq geyimləri ilə amerikalıları da heyrətləndirir. Sadəcə amerikalılar bizdən fərqli olaraq Ledi Qaqanın qarşısına mentalitetlə, milli-mənəvi dəyərlə çıxmırlar. Onlar bilirlər ki, şou-biznes adamının borcu tamaşaçını heyrətləndirməkdir. Ən çox heyrətləndirən isə ən çox tanınır.

Biz isə yenə də Avropanın yaxşı şeylərini götürüb pis şeylərini atmaqla məşğuluq. Ta bu Səmranı tənqid edənlər düşünmürlər ki, məkan Avropa, müsabiqə Avropanın, qaydaları avropalılar tərtib edib, sən də razılaşıb bu yarışa qatılmısansa daha özündən niyə fokus çıxarırsan?

Bu yarışı milli-mənəvi dəyərlərə zidd hesab edirsənsə əvvəla baxma. Ta baxırsansa niyə “məmə-məmə” deyib ortalığa düşürsən? Ya zövq al, ya da baxma. Hərçənd inanmıram, baxmayan olsun.

# 1019 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #