Aqil Abbasın iki aylıq maaş cəzası

Aqil Abbasın iki aylıq maaş cəzası
26 aprel 2019
# 14:40

Oğuz Ayvaz

2016-cı ilin sentyabr ayı. Sısqa bədənli, cibində 1-2 manatı, həyatının boşluqlarla dolu ayları olan bir oğlan göründü "Ədalət” qəzetinin redaksiyasında. Elə bil həyatını zibil yeşiyinə tullamışdılar. Dostlarının ayrılığı, işsizlik, pulsuzluq, boşluq qarışqa misalı üzərinə hücum çəkmişdi. Həmin gün payız küləyi əsirdi küçələrdə. Pəncərədən buludlar qaşqabağını tökür, redaksiyada sükut bayrağı əsirdi. O oğlan bəndəniz idim.

Günlər keçməyə başlayırdı. Hər gün işə tələsir, yazılar yazır, iş yoldaşlarıma alışmağa başlayırdım. Aqil Abbas ağır günlərimdən sonra işıq tutmuşdu sonrakı illərimə. Yadıma düşür, qəzetdə bir hekayəm çap olunmuşdu. Redaksiyaya zəng gəldi. Bəs dedilər ki, səninlə danışmaq istəyirlər. Telefonu qulağıma yaxınlaşdıran kimi donquldanan kişi səsi eşidildi. Söyüşün biri bir qəpikdən. İlk dəfə yazdığım hekayəyə söyüş və təhqir eşidirdim. Ürkmüşdüm. Axşamüstü Aqil Abbas zəng elədi. Elə bildim, o da məni söyəcək. Ancaq hekayəyə görə təşəkkür etdi.

"Ədalət” qəzeti həyatımda bir çox boşluqları doldurdu. Burada yeni dostlar qazandım, ailə qurdum, həyat təcrübəsi, yazılarımda inkişaf əldə etdim.

Bir dəfə işdən tez çıxmaq istəyirdim. Kompüterimi söndürüb, kurtkamı geyinib çıxırdım ki, birdən müdirlə üz-üzə gəldik. Tez kompüterin qarşısında oturub, guya işləyirmiş kimi mişkanı tıkladım. Müdir bunu görüb mənə yaxınlaşıdı, gördü ki, onu aldatmaq istəyirmişəm. Gülüb keçdi. İş yoldaşlarım isə şaqqanaq çəkib güldülər.

Bir gün isə səhər vaxtlarında Aqil müəllimə üzümü tutub dedim:

- Müəllim, belə iş olar, milli komanda bir oyun uduzub, bir oyun heç-heçə edib, oyunçuların hərəsinə beş min manat mükafat veriblər.

- Veriblər- veriblər də, istəyiblər ki, ruhdan düşməsinlər.

- Pul olanda milli ruh olmur, gərək pulun verməyəsən ki, milli ruh yüksəlsin, yaxşı çalışsın.

- Oğuz, oğlum, sənin milli ruhunu və yaxşı çalışmağını stimullaşdırmaq üçün iki ay maaş verməyəcəm.

Çoxdu belə məzəli əhvalatlar. Burda keçən səmimi dolu illəri artıq arxada qoyuram. Üç il işlədiyim qəzet artıq xatirələr arxivimə yollanır. Ən başlıca Aqil Abbasa təşəkkür edirəm ki, ən çətin günlərimdə mənə qapı açdı. Onun bu xeyirxah addımını heç vaxt unutmayacam. Və ən əsası burda işləyən adamları, maraqlı hadisələri unutmayacam.

Bu son yazımdan sonra gedim "Ədalət”in kollektivini toplayım, şəkil çəkdirim. Görüşənədək, "Ədalət” qəzeti!/adalet.az/

# 3103 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #